(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Aydın Bağırov
Ruslan Abışov: “Neftçi” kuboku qazana bilər”

Ruslan Abışov: “Neftçi” kuboku qazana bilər”

“Neftçi” mövsümün ikinci yarısının hazırlıqları çərçivəsində bu gün yoxlama matçına çıxıb. "Ağ-qaralar" "Keşlə" ilə qarşılaşıb və 1:2 hesabı ilə məğlub olub.

Futbolinfo.az xəbər verir ki, "Neftçi"nin kapitanı oyundan sonra jurnalistlərə müsahibə verib.

- Hazırlıq necə gedir?
- 1 həftədir ki, ağır məşqlər keçirik. Yükləmələr çoxdur. Antalya toplanışında yaxşı hazırlaşmalıyıq. “Kəpəz”lə çempionat matçında tam hazır olmalıyıq. Kuboka da iddiamız var. Finala çıxmaq istəyirik. “Qəbələ” ilə oyun erkən final olacaq. Əsas odur ki. heç kəs zədələnməsi. Komandaya 1-2 oyunçu da qoşulmalıdır. İnşallah, çempionatın ikinci dövrəsinə hazır olacaqğıq.

- Sizcə, “Neftçi”yə çox transfer lazımdır?
- Məşqçilər korpusu siyahısını rəhbərliyə təqdim edib. Əlbəttə, istəyirik ki, yaxşı futbolçular, legionerlər komandamıza gəlsin. “Neftçi”yə layiq futbolçular olsun.

- Mövsümün ikinci yarısında “Neftçi”dən nə gözləmmək olar?
- Medal qazanmaq istəyirik. Amma bu, çətin görünür. Sona qədər mübarizə aparacağıq.  Avrokuboklara vəsiqə qazanmağı aruzlayırıq. Ölkə kubokunu da qazanmaq istəyirik. Yarımfinalda güclü rəqiblə qarşılaşacağıq. Yaxşı hazırlıq keçsək, kuboka yiyələnə bilərik.

- Qarşıdan milli komandamızın toplanışı gəlir. Baş məşqçi Qurban Qurbanovdan dəvət gözləyirsən?
- Əlbəttə, dəvət gözləyirəm. 8 ildir ki, milli komandanın formasını geyinirəm. Robert Prosineçki barədə danışmaq istəmirəm. Qurban müəllimin dönəmində yenidən öz mövqeyimdə oynamaq istəyirəm. Yığmaya fayda vermək istəyirəm. Əlbəttə, hər şey özümdən aslıdır. Zədələnməsəm, klubda uğurlu çıxış etsəm, milliyə dəvət alaram.

- Qurban Qurbanovun milliyə təyinatı barədə nə deyə bilərsən?
- Qurban müəllim azərbaycanlı futbolçuları tanıyır. Hamını izləyir və hər kəsin xarakterinə yaxşı bələddir. Məncə, yaxşı nəticələr olacaq. Millətlər Liqasında və AÇ-2020-nin seçmə mərhələsində iddialı olmalıyıq. Məncə, nəticə olacaq.

- “Neftçi”nin düşərgəsində millinin toplanışına yollanmaq klub üçün problem yaratmayacaq?
- Problem yaradır. Amma buna öyrəşmişik. Neçə ildir ki, belə davam edir.

- Ölkə kubokunda əsas favorit “Qəbələ” və “Neftçi” göstərilir. Bu duelin qalibini kuboka yiyələnəcəyini gözləmək olar?
- “Sumqayıt”ı da iddialı sayıram. “Keşlə” də yaxşı komanda qurur. “Qəbələ”ni keçsək, final oyunu daha rahat olacaq.


 
tarix: 14-01-2018 18:19


 
Xəbər lenti
19.01.2018

15:19   “Neftçi”nin futbolçuları reqbi oynadılar - VİDEO

14:49   Millimizin məşqində 1 dəqiqəlik sükut - FOTOLAR

14:16   FİFA “Çelsi”yə transfer qadağası qoya bilər

13:49   "Neftçi”yə uduzmaq Əhməd Ələsgərov üçün faciə idi”

13:10   Millimizin oyununda 5 qol

12:55   Vitali Borisov: “Hamının şansı bərabərdi”

12:41   Millimizin baş məşqçisi: “Məqsədimiz mərhələ adlamaqdı”

12:16   Rauf Əliyev: “Keşlə” ilə razılığa gələ bilmədik”

11:23   “Sumqayıt” - “Səbail” matçında 3 qol - VİDEO

11:14   “Qəbələ” Divizion klubu ilə “sülh bağladı”

11:00   “eTopaz”da günün canlı oyunları

10:23   Premyer Liqa klubu yunan futbolçu transfer etdi

10:00   “TOPAZ”DA BU GÜN

09:27   Çexiya millisinin üzvü Super Liqa klubunda - FOTO

02:35   “Real” səfərdən qələbə ilə döndü

02:26   “Qalatasaray” səfərdə də 3 qola sevindi

00:11   İsrafilov sıradan çıxdı, “Ximnastik” qalib gəldi

18.01.2018

22:39  “Qarabağ” öncə fitnessdə, sonra meydanda çalışdı

22:00  “Sumqayıt” debütanta belə uduzdu - FOTOLAR

21:31  “Neftçi” Antalyada belə hazırlaşır - VİDEO

20:07  Fransa klubu baş məşqçisini qovdu

19:45  Təbriz klublarından biri uduzdu, digəri liderlə heç-heçə etdi

19:29  “Sumqayıt” “Səbail”ə doğma meydanda uduzdu

19:01  Millimizin rəqibi heyətini açıqladı

18:50  Cavid Hüseynov: “Yüz faizlik şanslardan yararlana bilmədik”

18:31  “Qəbələ” “Sürix”ə belə məğlub oldu - VİDEO

18:14  “Fənərbaxça” fanatları “Qarabağ”ın düşərgəsində - FOTO

17:56  Klublarımız avrokuboklarda iştirakdan imtina edib?

17:37  Premyer Liqamızdan 16 pilləlik sıçrayış

17:14  “Kəpəz” daha bir transferi rəsmən açıqladı

17:05  Millimizə daha bir futzalçı qoşuldu

16:33  “Sabah”dan növbəti transfer - FOTO

16:10  Araz “Anortosis”ə penalti qazandırdı - VİDEO

16:00  Topaz Premyer Liqasında qış bazarlığı - YENİLƏNİR

15:45  “Futzal aləmində Azərbaycan millisi ilə hesablaşırlar”

15:16  Hakimlərdən “Keşlə” üçün seminar

14:41  Kosovo seçimi: Məmmədyarov da Məmmədov kimi düşünür?

14:28  “Kəpəz” də Türkiyəyə getdi

14:06  “Qarabağ” - “Kuban” matçından FOTOLAR

13:56  Ozan Can millidən Lippertə görə imtina edibmiş - MÜSAHİBƏ

13:44  Millimizin baş məşqçisinin brifinqi olacaq

13:37  Millimiz FİFA reytinqində gerilədi

13:22  İkisi birində: Sadıqovun komitəsi, Tuayevin birliyi

12:52  Azərbaycan klubu Sağlamla anlaşdı

12:42  “Ruslan Abışova ateist olduğumu deyəndən sonra mənimlə danışmadı”

12:35  Komitə oyunu: Məmmədov MK-nı İK ilə üz-üzə qoyur

12:33  “Qarabağ” Qvardiolanın “Barselona”sı kimi tiki-taka futbolu oynayır”

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az