(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Riad Rəfiyevin növbəti oyunu

Riad Rəfiyevin növbəti oyunu

Robert Prosineçki, Ozan Can Kokçü, Dəniz Yılmaz, Elnur Cəfərov - bu 3 şəxsi birləşdirən yeganə amil “Bursaspor”du.
 
Xorvat məşqçi uzun müddət bu kluba gedəcəyi ilə bağlı reklam kampaniyası apardı, qiymətini artırmağa çalışdı; milliləşdirilmiş futbolçu Türkiyə klubuna düşdü, sonra isə qovuldu; Dəniz Yılmaz bu klubdan millimizə çağırıldı və tezliklə yararsız olduğu aydınlaşdısa, Elnurun adı indi bu komandayla yanaşı hallanır. Guya ki, Cəfərov “Bursaspor”a təklif edilib.
 
Ölkə mətbuatına ötürülən xəbərdə deyilir:
“Futbol üzrə Azərbaycan yığmasının və “Neftçi”nin yarımmüdafiəçisi Elnur Cəfərov karyerasını Türkiyədə davam etdirə bilər. Bu barədə qardaş ölkə mətbuatı məlumat yayıb. Türkiyəli həmkarlarımızın məlumatına görə, menecerlər 20 yaşlı futbolçunu yarımmüdafiəçi axtarışında olan Super Liqa təmsilçisi “Bursaspor”a təklif ediblər. Həmçinin, yüksək liqanın digər klubu “Kayserispor”un da Cəfərovla maraqlandığı qeyd edilib.
Elnurun “Neftçi” ilə müqavilə müddəti mövsümün sonunda başa çatacaq. O, cari mövsümdə “ağ-qaralar”ın heyətində cəmi 8 oyunda şans qazanıb. Bakı klubunun baş məşqçisi Tərlan Əhmədov gənc futbolçunu intizamsız davranışına görə mövsümün gedişində əsas komandadan uzaqlaşdırmışdı. Elnurun qışda “Neftçi”dən ayrılacağı gözlənilsə də, Əhmədov ona daha bir şans vermək qərarına gəlib. O, hazırda mövsümün ikinci yarısına hazırlaşan “flaqman”ın əsas komandasının məşqlərinə qatılır.
“Xəzər Lənkəran”ın yetirməsi olan Cəfərov, əsas milliylə yanaşı, aşağı yaş qruplarından ibarət yığmalarda da çıxış edib. Gənc futbolçu daha öncə legioner karyerası yaşayıb. Ancaq onun ölkə xaricindəki çıxışı heç də uğurlu alınmayıb. 2016-cı ildə Portuqaliyanın “Tondela” klubuyla anlaşan Elnur, cəmi bir neçə gün sonra baş məşqçiylə münaqişəyə görə bu klubdan ayrılmışdı. Bundan sonra Xorvatiyanın ikinci liqa təmsilçisi “Duqopolye”də çıxış etməyə başlayan 20 yaşlı yarımmüdafiəçi, əsas heyətə düşməkdə çətinlik çəkmişdi. O, ötən ilin yayından “Neftçi”nin üzvüdü.
Xatırladaq ki, millimizin hücumçusu Dəniz Yılmaz “Bursaspor”da oynayıb. Burada çıxış etdiyi 1,5 il ərzində bir neçə dəfə intizamsızlığa görə əsas komandadan kənarlaşdırılan Yılmaz, nəhayət, bu ay klubdan ayrılıb. O, karyerasını “Gənclərbirliyi”ndə davam etdirəcək”.
 
Əvvəla, xəbərin özündə səhv var – Cəfərov “Neftçi”nin yox, U-21 millimizin düşərgəsindədi. Bundan əlavə, klubdan aldığımız məlumata görə, Elnurla bağlı məsələdən onlarına xəbəri yoxdu. Əcəba, bakılılara məxsus futbolçunu onlardan xəbərsiz, bursalılara kim təklif edib? Həm də niyə başqası yox, məhz “Bursaspor”?
 
Təbii ki, bütün bunlar AFFA-nın baş katibi Elxan Məmmədovun milli komandalardakı eşidən qulağı Riad Rəfiyevin oyunlarıdı. Cəfərovu bütün Avropa klublarında gəzdirən, hamısında futbolçunun karyerasını yox, öz cibini düşünən, axırda “Neftçi”yə calaq edib 10 min manat xidmət haqqı götürən millinin meneceri indi yenə qazanmaq həvəsindədi. Bu səbəbdən futbolçunu reklam edir, onun qiymətini qaldırır. Odur ki, belə xəbərlərə çox diqqət etməyin, Elnurun bacarığının maksimumu “Neftçi”də ehtiyatda qalmaqdı, “Bursaspor”da oynamaq yox.
 
CAVAD

 
tarix: 15-01-2018 12:45


 
Xəbər lenti
19.02.2019

18:10   AFFA-dan “Səbail”ə 2400 manatlıq cərimə

17:21   “Neftçi” “Səbail”lə oyuna da Aqilsiz hazırlaşır

17:04   “Sportinq”də daha bir erkən vida

16:24   “Espanyol”dan La Liqada yeni rekord

15:57   Premyer Liqa klubunun forvardı sıraya döndü

15:19   İqor Mitreski: “Həm “Neftçi”, həm də Bakı mənim qəlbimdədi”

14:55   Braziliya millisinin kapitanı “Barselona”da

14:34   Şeydayevsiz qələbə

13:51   AFFA “Keşlə”yə texniki məğlubiyyət verdi

13:32   Birinci Divizionda top və xərək daşıyanlara görə cəzalar

13:03   Rəfiyev şikayət etməyəcək: “Öz günahımızdan uduzduq”

12:57   İngiltərə klubuna casusluğa görə cəza verildi

12:36   Kapitan 220 gün sonra qayıdır

12:15   Millimiz Türkiyəyə qarşı - YENİLƏNİR

11:51   Stuxlikin tələbi VAR

11:45   Rauf 10 gündən sonra qayıdacaq

11:40   Dadaşovun oynamamasının səbəbi

11:30   “Bavariya” və “Barselona” üçün çətin səfər - YENİLƏNİR

11:02   Paşayev ermənilərə qarşı oynadı

10:51   Şeydayev yenidən Türkiyədə

10:39   1/4 final cütlükləri bilindi

10:31   Erat oynadı, komandası məğlub oldu

10:23   Vengerin favoriti

10:12   De Xeaya yeni təklif

10:01   AFFA-nın faydalı limiti: daha nələr etmək olar?

09:47   Milli komandada yeni baş məşqçi

09:30   Nəbiyev oynadı, “Slaviya” səfərdən xalsız döndü

09:21   Nani rəsmən ABŞ klubunda

09:14   “Sumqayıt”ın milliləşdirdiyi oyunçu: “Damarlarımda İsrail qanı axır”

09:00   Hakimliyin fiaskosu: turun bütün oyunlarında ciddi səhvlər var idi!

02:02   “Mançester Yunayted” “Çelsi”ni 1/4 finala buraxmadı

01:51   “Atletik” səfərdən 3 xalla döndü

01:32   “Borussiya” səfərdə xal itirdi

01:24   “Roma”dan çətin qələbə

18.02.2019

23:26  Super Liqanın liderinə 1 qol bəs etdi

18:20  Azərbaycanlı hakimlər VAR sertifikat turnirinə dəvət aldı

17:15  Yurçeviçin millimizlə Bakıda debüt matçının vaxtı bilindi

16:46  Milimizin rəqibi gürcülərlə qarşılaşacaq

15:19  “Napoli”dən ayrılan futbolçu rəsmən Çin klubunda

14:50  Millimizin üzvü Latviya klubunda - RƏSMİ

14:24  Messi bunu da bacardı

13:51  Birinci Divizion: 16-cı turun hakimləri

13:17  Premyer Liqada 18-ci turun hakim təyinatları açıqlandı

12:55  “Arsenal”dan “Napoli”yə

12:38  Qışdan sonra: “Neftçi” 4-cü pillədə

12:24  Azərbaycan çempionatının 99-cusu

12:02  Namiq Ələsgərov üçün əlamətdar tur

11:49  “Sumqayıt” 70-ə çatdı

11:25  Bayılla “Bəhramov” arasındakı onqat fərq

11:19  İtaliya çempionatında 20:0 hesablı qələbə - VİDEO

11:15  Mbappe tarixə düşdü

11:11  Qadına görə qadağa

10:56  Zidanın tələbləri

10:49  Almeyda həsrəti bitirdi

10:41  Xal itirməyən qalmadı

10:27  Məğlublar hakimlərdən şikayətləndi

10:17  “Qarabağ” hücumçusunu Ukrayna klubuna satır

10:10  Lukaku satılır

10:01  “Azərbaycanda yaxşı şəraitlə qarşılaşdıq”

09:52  Axundovun xilası naminə səhv...

09:41  Riçard Almeyda: “Qəbələ” fasilədən sonra bizdən üstün idi”

09:31  Ozan Canın yoxluğunda komandası məğlub oldu

09:24  “İlk yarı heç-heçə bitsəydi, yaxşı nəticə əldə edə bilərdik”

09:11  “Eştoril” Dadaşovsuz xal itirdi

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az