(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Aydın Bağırov
Futbolçunu vuran hakim cəzalandı, qərarı ləğv olundu

Futbolçunu vuran hakim cəzalandı, qərarı ləğv olundu

Fransa çempionatının 20-ci turunun “Nant” – PSJ matçının baş hakimi Toni Şapronun bu matçın gedişində meydan sahiblərinin futbolçusu Dieqo Karlosa zərbə endirdiyini, üstəlik onu meydandan qovduğunu xəbər vermişdik.

Futbolinfo.az xəbər verir ki, onun bu addımı cavabsız qalmayıb. Belə ki, Fransa Futbol Federasiyası Şapronu müvəqqəti olaraq hakimlikdən kənarlaşdırıb. Bu barədə qurumun yaydığı rəsmi açıqlamada bildirilir. Qeyd olunur ki, hazırda sözügedən məsələ ilə bağlı araşdırma aparılır. Araşdırmaların nəticəsinə uyğun olaraq, hakimi sərt cəza gözləyir. Hətta onun ömürlük hakimlikdən uzaqlaşdırılması da gündəmdədi.

FFF-nin digər qərarı ilə Karlosa məhz sözügedən epizod zamanı göstərilən ikinci sarı vərəqə də ləğv olunub. Bir sözlə, braziliyalı futbolçu növbəti matçı buraxmalı olmayacaq və komandasına kömək edə biləcək. 

Şapron da bu matçda baş verənlərə münasibət bildirib. O, hazırda az qala bütün dünyanın danışdığı epizoda və futbolçuya qarşı etdiyi hərəkətə görə Karlosdan üzr istəyib:

“Oyun zamanı Dieqo Karlos mənə toxundu. Həmin anda kəskin ağrı hiss etdim və oyunçuya cavab verməyə çalışdım. Hərəkətim tamamilə yersiz idi. Karlosun qarşısında üzr istəmək istərdim”.

Qeyd edək ki, Şapron Fransa çempionatının 21-ci turunda “Anje” – “Trua” matçına təyin almışdı. Amma məlum qərardan sonra onun bu oyuna təyinatı ləğv olunub. “Nant” isə növbəti turda “Tuluza” ilə qarşılaşacaq.


 
tarix: 16-01-2018 10:27


 
Xəbər lenti
20.02.2018

02:42   MS-ni kubokdan qovdular - VİDEO

02:31   “Xetafe”dən darmadağın - VİDEO

02:19   “Latsio”dan inamlı qələbə - VİDEO

01:57   “Ayntraxt” “Leytpsiq”i məğlub yola saldı - VİDEO

01:21   “Beşiktaş” millimizin qapıçısını icarəyə verdi

19.02.2018

23:43  “Göztəpə” darmadağına üzüldü

23:24  Millimizin hücumçusu ehtiyatda qaldı

22:10  ÇL: Azərbaycan klubu yenə uduzdu

20:00  Rövlan debüt etdi, Fərid qol vurdu, “Slaviya” 8 qola üzüldü

18:38  “Neftçi” “Xəzər Lənkəran”ı 6 cavabsız qolla məğlub etdi

17:15  “Səbail” - “Qarabağ” matçında 5 qol

16:56  “Region Liqası”nın iştirakçıları ilə görüş - FOTOLAR

16:43  Ayxan Abbasovu Qəbələdə döyüblər?

16:07  Millimizin AÇ-də keçirəcəyi oyunların təqvimi və məkanı bəlli oldu

15:48  “Ayntraxt”ın yeni baş məşqçisi: “Renatdan razı qaldım”

14:47  “Real”da Marselo şoku

14:08  16-cı turun hakimləri bəlli oldu

13:35  9 futbolçu qırmızı vərəqə aldı, oyun dayandırıldı - VİDEO

12:43  Qara Qarayev: “O təklifi 3-4 il əvvəl alsaydım, gedərdim”

12:33  Azərbaycan çempionatlarının ilk uqandalısı

12:27  Ozobiç 60-a çatdı, Dabo Kamananı keçdi

12:14  “Xəzər Lənkəran”ın üzvü millidə

12:05  Amit Quluzadə Kosovoda debüt etdi

11:58  Maksimovun ilk qələbəsi 300-cü qolla gəldi

11:45  Yenə “Qarabağ”, yenə Mədətov

11:00  “TOPAZ”DA BU GÜN

10:31  Eratsız “Duysburq” ikinci dövrəyə məğlubiyyətlə başladı

10:00  “eTopaz”da günün canlı oyunları

09:01  Qəbələ finalı üçün 2 şübhə

02:36  “Olimpik”lərdən biri qalib gəldi, digəri büdrədi - VİDEOLAR

02:17  “Yuventus”la “Napoli” tək qolla sevindi - VİDEOLAR

01:49  “Real”dan çətin qələbə - VİDEOLAR

01:05  “Keşlə” Gəncədə belə qələbə qazandı - FOTOLAR

00:02  Araz Abdullayev oynadı, “Anortosis” 4 qola sevindi - VİDEO

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az