(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
AFFA-nın yalanı: hollandlar razılıq verməyibmiş

AFFA-nın yalanı: hollandlar razılıq verməyibmiş

AFFA-nın yalanları bir-bir ifşa olunur. Həm də maraqlıdı ki, bütün yalanlar milliylə bağlıdı. Sanki qurum bilərəkdən yığmalara məsuliyyətsiz yanaşır, bu komandalara gəlmiş yeni məşqçilər qrupuna süni əngəl yaradır.
 
Futbolinfo.az xəbər verir ki, qurum bir neçə gün öncə Ozan Can Kökcünün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışında iştirak etməyəcəyini açıqladı. Qurumun rəsmi saytındakı məlumatda qeyd olunur: “Futbolçunun milliyə cəlb olunması ilə bağlı öncədən klubu "Valveyk"lə razılıq əldə olunsa da, yanvarın 12-dən çempionatın ikinci dövrəsinin başlanmasını əsas gətirən Hollandiya təmsilçisinin rəhbərliyi Özan Can Kökcünün yığmanın toplanışına qatılmasına icazə verməyib”.
 
Klubun futbolçunu millinin düşərgəsinə buraxmamağa ixtiyarı var. Toplanış uzunmüddətlidisə və sınaq matçları FİFA pəncərəsində yer almırsa, heç kim nə “Valveyk”I, nə də başqasını günahlandıra bilməz. Bu məsələdə əsas məqam AFFA-nın yalanıdı. Qurum futbolçunun milliyə cəlb olunması ilə bağlı klubla öncədən razılaşdıqlarını iddia edir, əslində isə belə deyil.
 
Bu məqam “Valveyk”in vədinə xilaf çıxmasının səbəbini öyrənmək üçün müraciət etdiyimiz Hollandiya klubunun idman direktoru Said Boutaharla söhbət zamanı üzə çıxdı: "Fikrimcə, burda anlaşılmazlıq olub. Düzdür, AFFA bizim yeni futbolçumuz Ozan Can Kökcünü milli komandaya dəvət etmişdi. Onlar bizə məktub göndərmişdilər və bildirirdilər ki, Kökçünü U-21 milli komandasının Antalyadakı 3 həftəlik toplanışına buraxaq. Bizim isə onlara ilk və tək cavabımız oldu: Ozan Can klubunda yenidir. Klubumuzun da yeni baş məşqçisi var. Həmçinin komandamızı qarşıda vacib 3 matç gözləyir. Həmçinin sizin dediyiniz vaxt FİFA-nın tarixinə uyğun deyil. Buna görə də Ozan Can milliyə gələ bilməz. Yəni, biz heç vaxt hansısa razılıq verməmişik".
 
Hollandiya klubunun rəsmiləri AFFA-nın yalanını üzə çıxardılar. İndi AFFA-dan cavab gözləyirik. Ümid edirik onlar “Valveyk”in rəsmi icazəsini əks etdirən hansısa sənədi bizə təqdim edərlər. Varsa…

 
tarix: 16-01-2018 09:28


 
Xəbər lenti
24.01.2019

01:50   “Mançester Siti” finalda

01:01   “Keşlə” qazaxlara belə uduzdu - VİDEO

00:50   “Trabzonspor” və “Göztəpə” 1/4 finalda

23.01.2019

23:26  AFFA-nın milliləşdirdiyi oyunçu haqda: “Azərbaycanla əlaqəsi yoxdu”

23:01  "Qəbələ" günü bir məşqlə başa vurdu

22:50  “Qəbələ” – “Fakel” oyununun vaxtı açıqlandı

22:20  Bordin: "Çatışmazlıqlar üzərində işləyəcəyik"

22:03  "Slovan"ın baş məşqçisi: "Yüksək səviyyəli rəqibə qarşı oynadıq"

21:46  Mamadu Kane: “Məğlubiyyətə layiq deyildik”

21:38  "Oyunların hamısına ciddi yanaşırıq"

21:02  Qurban Qurbanov: “Almeydaya bir az vaxt lazım ola bilər”

19:51  “Qarabağ” heç-heçə oynadı - YENİLƏNİB

18:59  “Keşlə” yenə uduzdu - YENİLƏNİB

18:19  “Neftçi” “Slovan”a uduzdu - YENİLƏNİB

18:00  AFFA-nın Lisenziyalaşdırma qrupu ilə bağlı yoxlamanın nəticələri açıqlandı

17:50  “Sabah”ın da saytı var

17:00  “Atletiko” futbolçusunu geri qaytardı

16:25  Sabiq “Real”lı aşağı liqa klubunda

15:56  “Neftçi” transferini rəsmən açıqladı

15:12  “Sabah” vətənə qayıtdı

14:55  İtkin düşən futbolçunun son mesajı yayıldı

14:33  “Zirə” yenə tək qolla qalib gəldi - VİDEO

14:11  “Sevilya” yeni transferini itirdi

13:45  Bundesliqa klubunda yeni müqavilə

12:56  Tərlan Əhmədov: “Bu mövqeyə daha yaxşı futbolçu seçmək istəyirik”

12:20  Millimizin ruslarla heç-heçəsi - VİDEO

11:55  “Sumqayıt”dan “Vardar” üzərində inamlı qələbə - VİDEO

10:30  Demba Ba yenidən Super Liqa klubunda

09:30  Ronaldo Messiyə çatdı

02:58  “Valensiya” “Xetafe”yə ilk oyunda məğlub oldu

02:11  “Neftçi” yeni transferini rəsmən açıqladı - VİDEO

01:04  Elşad Əhmədov: “Hücum xəttində irəliləyiş olması müsbət məqamdı”

00:31  “Qalatasaray”dan qələbə, “Akhisarspor” 1/4 finalda

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az