(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

“Sürix”lə ikinci sınaq - VİDEO

“Sürix”lə ikinci sınaq - VİDEO

Yanvarın 5-dən Türkiyədə təlim-məşq toplanışında olan “Qəbələ” sabah növbəti yoxlama oyununu keçirəcək. 

Futbolinfo.az xəbər verir ki, 2017/18 mövsümünün ikinci yarısına hazırlıq çərçivəsindəki 2-ci görüşdə rəqib İsveçrə təmsilçisi “Sürix” olacaq. Antalyadakı “Kaya Bələk” otelinin meydançasında baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 16:30-da başlayacaq.

“Sürix” “qırmızı-qaralar” üçün tanış rəqibdi. Komandalar 2 il öncə də Antalya toplanışında üz-üzə gəliblər. 2016-cı il yanvarın 20-də baş tutan qarşılaşmada “Qəbələ” 4:0 hesabı ilə qələbə qazanıb. Həmin matçda Aleksey Antonov iki, Vadim Abdullayev və Samir Zərgərov hərəyə 1 dəfə fərqlənib. Hazırda “qırmızı-qaralar”ın şərəfini qoruyanlardan Dmitri Bezotosnı, Voislav Stankoviç, Asif Məmmədov, Vitali Vernidub, Ürfan Abbasov, Qismət Alıyev 728 gün öncə Roman Qriqorçukun şans verdiyi oyunçulardan olublar. 

Həmin matça Sami Hyuypiyanın rəhbərliyi altında çıxan “Sürix”də isə baş məşqçi artıq Ulrix Fortedi. Finlandiyalı mütəxəssisin postundan ayrılmasına isə enişli-yoxuşlu 2015-2016-cı illər mövsümü səbəb olub. Çempionatı sonuncu pillədə başa vuran “Sürix” Superliqanı tərk edib. Bundan cəmi 4 gün sonra isə komanda ölkə kubokunu qazanmaqla Avropa Liqasına yüksəlib. Əslində klubun aşağı liqa macəraları da uzun sürməyib. 2016-2017-ci illər mövsümündə Çelenc Liqanın çempionu olan komanda Superliqaya qayıdıb.

Ümumilikdə isə 1896-cı ildə yaranan Sürixin eyniadlı klubu 122 illik zəngin tarixə malikdi. 12 dəfə İsveçrə çempionu, 9 dəfə kubokun qalibi olan komanda avrokuboklarda da kifayət qədər uğurlu çıxış edib. “Sürix” 2 dəfə Çempionlar Kubokunun yarımfinalına qədər irəliləyib. “Qəbələ”nin rəqibinin son uğurları XXI əsrə təsadüf edib. 2005-2006, 2006-2007, 2008-2009 mövsümlərində çempion olan klub 2004-2005, 2013-2014, 2015-2016 mövsümlərində kuboka yiyələnib.

Bir illik fasilədən sonra yenidən Superliqada çıxış edən “Sürix”in işləri heç də pis getmir. Qış fasiləsinə qədər keçirilən 19 turda 28 xal toplayan komanda 3-cü pillədə qərarlaşıb. Düzdür, “Yanq Boyz”dan 12, “Bazel”dən 10 xal geri qalan Fortenin yetirmələri çempionluq mübarizəsindən uzaq düşüb. Amma rəqibimiz bürünc və avrokuboklara vəsiqəyə iddialıdı.

“Sürix”lə görüş “Qəbələ”nin 95-ci beynəlxalq yoxlama matçı olacaq. Bunadək 94 oyuna çıxan “qırmızı-qaralar” 42 qələbə qazanıb, 19 heç-heçə edib və 33 dəfə uduzub. Hesabında 154 qol olan komandamız 100 top buraxıb.

Xatırladaq ki, Antalyadakı ilk sınağında Türkiyənin “Akhisar Bələdiyyəspor” klubu ilə qarşılaşan “qırmızı-qaralar” meydandan 1:1 hesablı bərabərliklə ayrılmışdı.

Yoxlama oyunu
17 yanvar

16:30. “Qəbələ” - “Sürix”
Antalya. “Kaya Bələk” otelinin meydançası.


 
tarix: 16-01-2018 22:31


 
Xəbər lenti
24.05.2018

01:01   “Səbail”də mövsümün ən yaxşıları açıqlandı - FOTOLAR

00:07   Super Liqa klubunda yeni baş məşqçi

23.05.2018

23:53  “Neftçi”nin prezidenti futbolçularla görüşdü

23:29  “Napoli” Sarrini yola salıb, yeni baş məşqçisini açıqladı - FOTO

21:45  “Keşlə” - “Qəbələ”: 45-ci duel - VİDEO

21:32  Azərbaycan - Qırğızıstan: Bilet satışı davam edir

21:26  Yubiley oyununda 8 qol

21:20  Millimiz mərkəzi arenada, Qurbanov…

21:09  U-12 Liqasının qalibi bəlli oldu

17:51  Ukrayna futbolunda zəlzələ: 35 klub danışılmış oyunlarda günahlandırılır

17:25  Transfer dövrü açıqlandı - Azərbaycanda

14:55  Zeedorf istefaya göndərildi

14:48  “Səbail”dən daha bir məşqçi getdi: Yeni iş yeri də məlumdu 

14:26  Tender qrupunun üzvləri AFFA-da

13:56  100 illik yubileyə həsr olunmuş yoldaşlıq oyunu keçiriləcək

13:49  AFFA-dan iranlılara 10 oyunluq cəza

13:44  Eltun Yaqublunun idarə etdiyi “Səbail”

13:12  Azarkeşlərindən “Sumqayıt”a daha bir zərbə

13:07  Billiat “Qarabağ”a qolla gəlir

13:00  Cavid Hüseynova ağır cəza

12:49  Divizion klubları üçün vaxt bitdi

12:44  "Qarabağ"da daha iki ayrılıq

12:01  Regional həvəs

11:18  “Arsenal”ın yeni baş məşqçisi rəsmən açıqlandı

11:12  La Liqa klubunda yeni baş məşqçi

11:04  Tərlan Əhmədovun yeni iş yeri

11:00  “eTopaz”da günün canlı oyunları

10:47  Samir Əliyev niyə getdi?

10:28  Millimiz məğlub oldu

10:00  “TOPAZ”DA BU GÜN

09:32  Eminsiz “Kalmar” yenə məğlub oldu

01:03  “Səbail”in futbolçusu Uelslə oyunlara dəvət olundu

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az