(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Natiq Muxtarlı
Tahir Süleymanov
Etibar Cəbrayıloğlu
Komitə oyunu: Məmmədov MK-nı İK ilə üz-üzə qoyur

Komitə oyunu: Məmmədov MK-nı İK ilə üz-üzə qoyur

AFFA-nın baş katibi Elxan Məmmədov yenə “Report”a üz tutub. Qurum rəsmisi son vaxtlar gündəm olan bir çox məsələlərə aydınlıq gətirməyə çalışıb.
 
Müsahibədən hiss olunur ki, katib çox narahatdı və bu agentliyə üz tutmasında da məqsəd tənqidlərə cavab verməkdi. Özünümüdafiə xarekterli açıqlamalardakı dolaşıqlıqlar, özünü labirintə salmaq faktları da var. Çünki Məmmədov həqiqətləri demir, yalan danışanda isə təzadlar ortaya çıxır.
 
Xüsusilə “Futbolinfo”da gedən yazılara cavab vermək cəhdi hiss olunan açıqlamalarda Elxan bəy qarşılıqlı ittihamlardan da çəkinmir. Belə qəzəb isə adətən zərbə hədəfə dəyəndə yaranan haldı.
 
Katib AFFA yanında Media Komitəsinin gələcək taleyindən danışarkən qələm əhlini üz-üzə qoymağa, araya nifaq toxumu səpməyə çalışıb. Onun məsuliyyəti birbaşa komitənin üzərinə atmaq cəhdi isə saf niyyətlə yaratmadıqları qurumun gözlənilən iflasını sığortalamaq üçündü.
 
Məmmədov bildirib ki, AFFA İcraiyyə Komitəsinə (İK) təqdim olunması üçün Media Komitəsinin fəaliyyətinə dair illik hesabat hazırlanır: “İcraiyyə Komitəsi təsdiqləsə, Media Komitəsi fəaliyyətini davam etdirəcək. Təsdiqləməsə, davam etdirməyəcək. İK "formatı dəyişdirilsin" desə, dəyişdiriləcək. Nə qərar veriləcəksə, katiblik də ona uyğun icra edəcək. Unutmayaq ki, maliyyə ili dekabrdan-dekabradəkdir".
 
Katib Media Komitəsinin illik büdcəni aşdığına dair söz-söhbətlərə də (bu məsələni “Futbolinfo” qabartmışdı) reaksiya verib: "Media Komitəsinin öz büdcəsi var. Büdcə çərçivəsində görülən və büdcədənkənar işlər olur. Büdcədən kənara çıxmaların olub-olmadığını bilmək üçün isə baxmaq lazımdır: Büdcəni keçiblərsə, daha layihələr olmayacaq. Əks halda, yeni layihələr olacaq. Büdcəni aşıb-aşmadıqlarını indidən deyə bilmərəm. Bundan ötrü AFFA-nın baş mühasibi Xalid Cavadovdan arayış almalıyam. Hələlik almamışam. Alsam, ilk növbədə, mətbuata deyil, əvvəlcə Media Komitəsinə, sonra isə İK-ya bildirəcəyik. Yanvar – mart ayları üçün yeni layihənin olub-olmayacağını isə Media Komitəsinin sədri Mahir Rüstəmli açıqlaya bilər”.
 
Elxan bəyin məsuliyyəti Rüstəmlinin boynuna atmaq cəhdi aşkardır. Bəli, müəyyən səhvlər ola bilər, lakin Mahir bəy hansısa məmurun sözüylə xərclənəcək adam deyil. Katibin az qala yaşı qədər şərəfli jurnalist karyerası olan Rüstəmli bacarıqsızlığı deyil, AFFA-nın süni əngəlləri üzündən komitənin fəaliyyətini tənzimləyə bilməyib. Məhz Məmmədovun məkri üzündən komitədən kənarda qalan onlarla jurnalist, mətbuat orqanı var, bəziləri də zaman-zaman İdarə Heyətindən istefa verib. AFFA-nın yaratdığı mühit üzündən bu qurumdan qaçan aparıcı yazarların yoxluğunda Mahir bəy zəif komandayla meydanda qalıb və MK-nın ümidi doğrultmaması da sədrin bacarığıyla deyil, məhz bu amillə bağlıdı.
 
Büdcənin aşılması məsələsəinə gəlincə, AFFA-nın komitədə əlaqələndiricisi var, o, bu işlərə nəzarət etməli, rəhbərliyi vaxtında məlumatlandırmalıydı. Ötən il də büdcə aşılmışdı və AFFA buna göz yummuşdu. Bu səbəbdən eyni halın təkrarlanması gözlənilən idi. AFFA-yla MK arasındakı əlaqələndirici il ərzində layihələrə nəzarət etməli və büdcənin aşılmasına imkan verməməliydi. Verilibsə, deməli, Rüstəmlini zərbə altında qoymağı planlayıblar və indi məhz buna görə 2018-ci ilin ilk 3 ayında maliyyə ayrılmayacağını bəyan etməklə sədrin nüfuzu ilə oynamaq istəyirlər.
 
AFFA-nın baş mühasibi Xalid Cavadovun adını ictimailəşdirməsi maraqlı məqamdı. Hamı maliyyə işləri üzrə menecer Xanım Hüseynovadan danışarkən, baş katib SOCAR-ın nümayəndəsini meydana atıb. Öz kadrı olsaydı, belə etməz, onu qoruyardı, bu məqamda isə Cavadovun adını təsadüfən çəkməyib, hətta hələ arayış almadığını, büdcənin aşılıb-aşılmadığını builmədiyini deyib. Maraqlıdı, bəlkə Məmmədov bununla hələ də 2017-ci ilin büdcə hesabatının verilmədiyinə eyham vurmaq istəyir?
 
(davamı olacaq)
 
FƏRİD

 
tarix: 18-01-2018 12:35


 
Xəbər lenti
21.03.2019

16:14   “Neftçi”nin futbolçusu Seneqala qarşı 90 dəqiqə oynadı

15:43   İngiltərə millisi daha bir futbolçusunu itirdi

14:34   “Neftçi” “İzmir Cup”da iştirak edəcək

13:58   Türkiyə millisində itki: Heyətdən çıxarıldı

12:43   Emenike Türkiyəyə qayıdır

11:28   İker Kasilyasdan yeni müqavilə

10:26   Ferqyusonun çeynədiyi saqqız 455 min avroya satıldı

10:00   AÇ-2020: Seçmə mərhələyə start verilir - YENİLƏNİR

09:41   Sabiq “Qalatasaray”lı İtaliya klubunda

09:00   Millimiz Xorvatiyaya qarşı - YENİLƏNİR

02:10   Millimizin rəqibinə 1 qol bəs etdi

00:07   Millimiz Zaqrebdə son məşqə çıxdı - FOTOLAR

00:01   Maksim Medvedev: “Oyun səviyyəmiz nisbətən azdır”

20.03.2019

22:40  Azərbaycan – Litva: Hakim təyinatları açıqlandı

22:17  Nikola Yurçeviç: “13 futbolçu arasından seçim edəcəm”

21:22  Luka Modriç: “Azərbaycanı tam ciddiyə alırıq”

21:13  Daliç: “Azərbaycanın necə oynayacağını maraqla gözləyirik”

20:35  “Heç-heçəni qələbəyə bərabər hesab etmək olar”

20:10  Azərbaycan millisi ilk oyunda Rusiya ilə heç-heçəyə razılaşdı

19:15  Premyer Liqa klubunun baş məşqçisinə cəza

17:51  Patonun yeni klubu məlum oldu

16:07  Belçika millisində ciddi itki

15:12  Yurçeviç üçün daha iki köməkçi

14:25  Abramoviç “Çelsi”yə qiymət qoydu: 2,5 milyard!

13:17  “Səbail”in futbolçusu əfsanələrin oyununa dəvət aldı

12:32  Futbol tarixinin ən yaxşı 50 baş məşqçisi

11:31  Bundesliqa klubu yeni baş məşqçisini açıqladı

10:29  “Səbail” 6 futbolçunu qovdu

10:15  ECA, “Morethanfootball” və “Neftçi”

09:09  “Qəbələ”dən 2 oyuna 31 qol

01:11  “Neftçi” “Qaradağ Lökbatan”la “sülh bağladı”

00:42  “Sabah” Region Liqası klubu ilə qarşılaşacaq

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az