(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
İkisi birində: Sadıqovun komitəsi, Tuayevin birliyi

İkisi birində: Sadıqovun komitəsi, Tuayevin birliyi

 
Məmmədov Media Komitəsi ilə yanaşı, Məşqçilər Komitəsinin də fəaliyyətini dayandıracağı barədə iddialara isə belə münasibət bildirib: “Məşqçilər Komitəsi tam ayrı fəaliyyəti nəzərdə tutur. Birincisi, bu komitənin sədri Vaqif Sadıqov İcraiyyə Komitəsinin üzvüdür. Yəni rəhbərlik etdiyi komitə ilə bağlı sualı ona ünvanlasanız, daha yaxşı olar. Bəzi jurnalistlər və bloqqerlər hər şey yaza bilərlər. Amma bu, o demək deyil ki, belə məsələlər gündəmdədir. Ümumiyyətlə, komitələrin fəaliyyəti tamamilə fərqlidir. Axı, Məşqçilər Komitəsini Media Komitəsi ilə necə müqayisə etmək olar? Onların bir-birindən tamamilə fərqli fəaliyyətləri var. Sayları da, büdcələri də, məqsədləri də tam fərqlidir. Ona görə də işin içində olmayanlar belə mövzuda yazı yaza bilərlər. Onda gəlin, İntizam Komitəsini də, Apellyasiya Komitəsini də, Apellyasiya Arbitraj Tribunalını da, bir sözlə, bütün komitələri müzakirə edək. Düzü, bu, gülməli görünür”.
 
Elxan bəy nəyəsə gülmək istəyirsə, mövzu verək. Məsuliyyətin Sadıqovun boynuna atılması cəhdi bir oyundu. Dəfələrlə Vaqif bəyin dilindən baş katibə məlumat verməsi ilə bağlı etiraflar eşitmişik. İndi isə katib deyir ki, sualları ona ünvanlayın. Bəli, Sadıqov üzvü olduğu qurumun səlahiyyətlərini tam dərk etsə, Elxan bəy at oynada bilməz. Katibin özü İK-ya hesabat verəcək adamdı, lakin bu qurumun üzvlərindən hesabat alır. Məsələlər belə dolanbac yollara düşdükdə isə o, yaxasını kənara çəkir.
 
“Məşqçilər Komitəsini Media Komitəsi ilə necə müqayisə etmək olar?” – maraqlı sitatdı. İşə yarayanda adları yanaşı çəkilir, problem yarananda onlar arasında fərq qoyulur. Media Komitəsinə görə sədr cavab verməlidi, Məşqçilər Komitəsinə görə İK üzvü. Bəs, bu komitələrin yaranmasının ideya müəllifi olan, onların iflasında əsas səbəkar kimi göstərilən Məmmədov kimdi? Lazım gələndə hər şeyin təşkilatçısı, bütün uğurların memarı, problem yarananda İK-nın qərarlarının sadəcə, icrasına nəzarət edən biri?
 
“Onda gəlin, İntizam Komitəsini də, Apellyasiya Komitəsini də, Apellyasiya Arbitraj Tribunalını da, bir sözlə, bütün komitələri müzakirə edək” deyən Elxan bəyə başqa bir sual verək? Azərbaycan Futbol Məşqçiləri İctimai Birliyi, onun sədri olan digər İK üzvü Kazbek Tuayev varkən, ümumiyyətlə, Məşqçilər Komitəsinə nə ehtiyac var idi? Yoxsa Tuayevdən hesabat istəmək, onun fəaliyyətini araşdıra bilməmək səbəbindən adını çəkmirsiz?
 
2 İK üzvü, 2 məşqçi birliyi – nonsense deyilmi? Yoxsa qondarma qurumlar yaradıb, insanları üz-üzə qoymaq, iz azdırmaq niyyətindəsiz? Sadıqov və Tuayevin rəhbərlik etdiyi bu 2 təşkilat bizə nə verib ki, onları belə müdafiə edirsiz?
 
Ümumiyyətlə, təzadlı vəziyyətdi. Azərbaycan Futbol Məşqçiləri İctimai Birliyinin varlığı konfransdan konfransa, seçkidən seçkiyə səs verəndə yada düşür; AFFA Məşqçilər Komitəsi rayon icra hakimlərinin qəbuluna gedib, Region Liqasına komanda yığmaqla məşğul olur, uşaq komandalarının məşqinə nəzarət etmək tapşırığı alır və s. bu kimi adla işin uyğun gəlmədiyi fəaliyyətlə məşğul olur. Və ən əsası, məşqilərlə bağlı bütün məsələlərə bir başqası rəhbərlik edir – kursların, seminarların təşkilinə, kateqoriyaların verilməsinə idman direktoru Bernard Lippert, Aslan Kərimov və başqaları məsuldu. Əcəba, niyə? Ondansa Tuayevə Səsverənlər Birliyini, Sadıqova Futbol naminə Fəhləlik Komitəsini tapşırın, vəziyyət aydınlaşsın da.
 
AFFA-da eyni sahə üzrə bir neçə komitə və qurumun mövcudluğuna adət etmişik. Peşəkar Futbol Liqası varkən, Klublar Komitəsinin qondarılması nə dərəcədə qəribədisə, Həvəskarlar Futbol Federasiyası ola-ola Region Liqasının təşkilinin bir başqasına həvalə edilməsi bir o qədər məntiqsizdi. Və ya Mini Futbol Liqasının yaradılması, onların nə Həvəskarlar, nə də Futzal Federasiyasına tabe olmaması araşdırılmalı mövzudu.
 
(davamı olacaq)
 
FƏRİD

 
tarix: 18-01-2018 13:22


 
Xəbər lenti
25.09.2018

23:42   “Neftçi” “Səbail”lə oyuna hazırlığı davam etdirir

22:36   “Qarabağ”la “Zirə”nin 13-cü dueli

19:23   Müəmmalı transferin təfərrüatı

18:36   Birinci Divizionda 5-ci turun hakim təyinatları

18:11   Yığmamızdan Moldova ilə heç-heçə

17:40   Bordinlə Qurbanov irəlilədi

16:54   “Keşlə”dən ayrılan serb futbolçu rəsmən “Sabah”da

16:41   “Qarabağ”da 2 yubiley

16:15   “Keşlə”dən 700-cü, Slavikdən 10-cu qol

16:03   Yığmamızın oyunlarının başlama vaxtı açıqlandı

15:41   “Qarabağ” - “Arsenal”: 20 min bilet satılıb

15:27   “Neftçi”: 8 ildən sonra ilk dəfə

14:38   “Qarabağ”ın rəqibi erməni futbolçusunu da itirdi

14:12   Qriqorçuk “Astana” ilə yollarını ayırıb?

13:38   “Qarabağ”la oyunda zədə alan futbolçu 1 ay oynamayacaq

13:20   Topaz Premyer Liqasında 6-cı turun hakimləri bəlli oldu

13:09   “Qarabağ” – “Zirə” matçının hakimləri bəlli oldu

12:56   Messi Ronaldoya səs verib

12:46   “Kəpəz”in futbolçusu 3 oyunluq cəzalandı

12:29   Abasovla Bordinə 1, “Sumqayıt”ın məşqçisinə 10 oyunluq cəza

11:54   Utkin Şeydayevin hərəkətini axmaqlıq sayır

11:00   “eTopaz”da günün canlı oyunları

10:44   Kamran Ağayev qaliblərə inanmırmış

10:30   Super Liqa klubunda yeni baş məşqçi

10:15   Elədi, “Gedin, sabah gələrsiz”!

10:00   “TOPAZ”DA BU GÜN

09:30   “Qarabağ”ın rəqibi ilk məğlubiyyətini aldı

09:00   Qurban Qurbanov isminin 6 halı

01:14   FİFA 2018-ci ilin ən yaxşılarını elan etdi - VİDEO

00:12   İstanbul derbisində hərəyə 1 qol, 1 xal

24.09.2018

22:05  Şeydayev oynamadı, komandası darmadağın oldu

20:45  Yezerskidən 7 cavabsız qol vurduqları Azərbaycan yığmasına tərif

19:37  Farer adaları - Azərbaycan matçı 40 manata

18:35  “Kəpəz”dən yoxlama oyununda qələbə

17:47  Riçard Almeydadan ilk qol açıqlaması

16:41  Tarixdə 102-ci, Premyer Liqada 62-ci

16:01  Emin ehtiyatda qaldı, “Kalmar” 4 cavabsız qola üzüldü

15:12  Topaz Premyer Liqasında 6-cı turun oyun cədvəli

14:54  UEFA-dan “Qarabağ”a 4 milyon avro

14:45  Cavid İmamverdiyev üçün əlamətdar tur

14:25  “Arsenal” “Qarabağ”la oyun öncəsi itki ilə üzləşdi

13:44  “Qarabağ”ın rəqibində ciddi itki

13:02  Denis Silvanın 250-ci oyunu

12:54  Təxirə salınan oyun rəqəmlərin gözü ilə

12:44  Birinci Divizion: 5-ci turun bütün oyunları eyni saatda

12:36  “Neftçi”nin 5 il gözlədiyi seriya

12:25  Şevçenko Bakıya gəlməyi planlaşdırır

12:17  “Zirə”nin tarixinə düşən legioner

12:09  Ukraynalı məşqçi Bakıda hakimlərə hücum etdi

12:04  İsrafilov yenə ehtiyatda qaldı, “Alkorkon”…

11:51  “Neftçi”də seneqallı müdafiəçi: qışda gəlməsi razılaşdırıldı

11:35  Nəbiyev oynadı, “Slaviya” uduzdu

11:28  89,5 faizlə Bakı çempionatı

11:22  Təxirə salınan oyun üçün start vaxtı

11:17  Niyə Tərlan Əhmədov?

11:07  Əfranın hüzuru: “Milli komanda haqda düşünmürəm”

10:58  4300-dən 2300-ü...

10:52  “eTopaz”da günün canlı oyunları

10:45  Sərtanın başına 8 tikiş qoyuldu

10:39  “Sumqayıt”ın yeni, saxta milli sevgisi

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az