(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Kosovo seçimi: Məmmədyarov da Məmmədov kimi düşünür?

Kosovo seçimi: Məmmədyarov da Məmmədov kimi düşünür?

 
Məmmədov müsahibəsinin davamında son günlərin ən qalmaqallı mövzusuna da toxunub və ciddi narazılıq doğuran addımına bəraət qazandırmağa çalışıb.
 
O, jurnalistin “Azərbaycan millisinin Gürcüstan yığmasının əvəzinə Kosovo ilə yoxlama matçı keçirməyə qərar verməsi müzakirələrə səbəb olub. Bu barədə nə deyə bilərsiniz” sualına maraqlı cavab verib: “Bununla bağlı məlumat vermişdik. Bu cür addımları atmazdan öncə Xarici İşlər Nazirliyi (XİN - red.) ilə məsləhətləşirik. Çünki hər şeyi başa düşürük. Bu, bizim ilk addımımız deyil. Kosovo Futbol Federasiyası FIFA və UEFA-ya üzv olmaq üçün müraciət edən zaman bu məsələ AFFA rəhbərliyi səviyyəsində müzakirə olunmuşdu. “Bakı 2015” I Avropa Oyunlarında Beynəlxalq Olimpiya Komitəsinin üzvü kimi Kosovo nümayəndə heyəti Azərbaycana gəlmişdi. Kosovo artıq FIFA və UEFA-nın da üzvüdür. Ötən il 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Kosovo ilə bir qrupda yer almışdıq. Həmin vaxt püşkatmadan dərhal sonra XİN-lə müzakirələr apardım və onlardan da müsbət cavab aldıq. Kosovo Futbol Federasiyası da AFFA kimi FIFA və UEFA üzvüdür. Ona görə də biz qaydalara hörmətlə yanaşmalıyıq. Bu səbəbdən, bir neçə ay əvvəl Azərbaycan və Kosovo yığmaları arasında “Dalğa Arena”da rəsmi oyun təşkil edildi. Həmçinin, bizim milli komandamız Kosovoya səfər etdi. İndiki halda isə bu, yoxlama matçıdır və 3-cü ölkədə keçiriləcək. Bunu da unutmamalıyıq. Bu görüş Azərbaycan və ya Kosovoda olsaydı, bu barədə düşünərdik. İndiki durumda isə problem görmürük. Təkrar edirəm: XİN-lə məsləhətləşmişik və müsbət cavab almışıq”.
 
Əvvəla, Məmmədov söhbəti rəsmiyyətlə pərdələməyə çalışıb. Mətbuatın tənqidi isə fərqli yöndə idi. Bizi maraqlandıran UEFA və FIFA-nın məcburiyyəti olmadan, Kosovonun könüllü şəkildə rəqib seçilməsidi. Bəli, püşkün nəticəsinə görə bu komandayla qarşılaşmaq qaçılmazdı. Lakin belə məcburiyyət olmadığı halda dövlətimizin tanımadığı ölkənin milli komandası ilə qarşılaşmaq düşmən dəyirmanına su tökməkdi.
 
Məmmədov bu məsələdə də məsuliyyəti bölüşüb. O, XİN rəhbəri Elmar Məmmədyarovu da zərbə altında qoyub. Guya ki, bu məsələdə AFFA İcraiyyə Komitəsinin üzvü olan nazirin rəhbərlik etdiyi qurumla məsləhətləşiblər. “İndiki halda isə bu, yoxlama matçıdır və 3-cü ölkədə keçiriləcək. Bunu da unutmamalıyıq. Bu görüş Azərbaycan və ya Kosovoda olsaydı, bu barədə düşünərdik” sitatı problemin olmasının etirafıdı. Məmmədov matçın Türkiyədə keçirilməsini problemin həlli kimi qabardır. Görəsən, millimiz Serbiyada toplanış keçsə idi, bu rəqiblə üz-üzə gələ bilərdikmi?
 
Özünü ağıllı göstərmək hələ ağıllı olmaq demək deyil. Ortada siyasi maraqlarımızı da silkələyə biləcək ciddi səhv var və buna görə Elxan bəy məsuliyyət daşıyır. XİN-lə müzakirələr püşkatmadan sonra aparılıb, yoxlama oyunu üçün məcburiyyət olmadan rəqib seçmək isə fərqlidi. Hələ gec deyil və Kosovoyla oyundan imtina etmək olar. İmtina edilməlidi ki, sabah oxşar oyunla gündəmə gələ biləcək Serbiyadan inciməyək. Onlar da yaramızın qaysağını qopara bilər. Boş yerə niyə problem yaradıb, özümüzə başağrı tapaq ki?..
 
FƏRİD

 
tarix: 18-01-2018 14:41


 
Xəbər lenti
19.07.2018

23:05   “Qəbələ” “Proqres”ə qalib gəlir - CANLI YAYIM

23:00   “Neftçi” “Uypeşt”ə qarşı - YENİLƏNİR

21:57   “Keşlə” qalib gəlsə də, Avroliqa ilə vidalaşdı

20:49   “Sumqayıt” “Əl-Şəhaniyə” ilə heç-heçəyə razılaşdı

19:56   “Səbail” Super Liqa klubuna məğlub oldu

19:21   “Zirə”nin hazırlıq planında dəyişiklik

18:46   “Sabah” daha 3 oyunçu ilə müqavilə bağladı - FOTO

18:04   İspaniya yığmasının yeni baş məşqçisi rəsmən təqdim olundu - FOTO

17:14   "Sabah"a niyə AFFA-dan pul ayrılır?

16:08   “Sumqayıt” yeni mövsüm üçün formalarını təqdim etdi - FOTOLAR

15:55   Bayıl stadionunun süni örtüyünə FİFA sertifikatı verildi

14:35   Rauf Əliyev: “Qarabağ” “Kukesi” ilə oyunların favoritidi”

14:01   Premyer Liqa klubundan 20 milyonluq transfer

13:12   İlk yoxlama matçında 5 cavabsız qol

13:07   “Sumqayıt” ilk yoxlama oyununa çıxır

12:33   “Qarabağ”ın “Kukesi” ilə oyunlarının vaxtı açıqlandı

12:11   “Sabah”ı da AFFA maliyyələşdirəcək

12:05   Venesuela yığmasının forvardı İtaliya klubunda

11:54   Elxan Məmmədovun cəh-cəhi, bəh-bəhi

11:35   Portuqaliyalı futbolçu Super Liqa klubunda

11:07   Millimizin baş məşqçisi: “Qəbələ” bizim üçün çox güclü rəqib oldu”

11:03   Həminki “Qarabağ”

10:22   “eTopaz”da günün canlı oyunları

10:17   Azərbaycan 1 pillə gerilədi - UEFA reytinqi

10:11   “Qarabağ”ın potensial rəqibləri

10:06   Millimizin üzvünün debütü

10:00   “TOPAZ”DA BU GÜN

09:53   Cavid revanşa köklənib: “Qəbələ”nin bu komandaya uduzmağa haqqı yox idi”

09:31   Vaqner da Silva: “Bu, məni narahat etmir”

09:00   Avroliqada 1-ci təsnifat mərhələsinə yekun vurulur - YENİLƏNİR

03:14   “Neftçi” Budapeştdə - VİDEO

02:31   Rəşad Sadıqov: “Belə davam etsə, onu da itirə bilərik"

02:27   Abdullah Zubir: “İlk oyun məndə xoş təəssüratlar yaratdı”

02:22   Emin Mahmudov: “Cavab matçında motivasiya çatışmazlığı olmayacaq”

02:19   Roberto Bordin: “Buna hazır olmalıyıq”

02:04   “Qarabağ” - “Olimpiya” 0:0 - VİDEO

01:17   Millimizin oyunçusundan “Astana”da uğurlu debüt

00:51   ÇL-də birinci təsnifat mərhələsinə yekun vuruldu

00:32   Avroliqa: “Jelezniçar” da növbəti mərhələdə

18.07.2018

23:58  Qurban Qurbanov: “Daha yaxşı oyun göstərməyə qadirik”

23:39  İliya Stoliça: “Qarabağ” asan rəqib deyildi”

23:05  “Neftçi” “Keşlə”yə məğlub oldu

22:53  “Qarabağ” ÇL-in növbəti mərhələsində!

22:37  “Güclü olduğumuzu sübut etmək istəyirik”

22:29  Millimiz 2 cavabsız qolla qalib gəldi

19:40  “Sabah” rəhbərliyini barmağına dolayan Əhmədov: kluba dəyən ziyan onun maaşından tutulmalıdı!

19:16  “Qol buraxmağa haqqımız yoxdu”

19:06  “Sabah” Türkiyə klubu ilə “sülh bağladı”

18:45  “Səbail” Super Liqa klubu ilə qarşılaşacaq

17:27  “Zirə” 4 yaşında

16:38  "Sabah" 2 illik müqavilə bağladığı xorvat futbolçu ilə müqaviləni ləğv etdi

16:24  “Qarabağ”ın rəqibindən iki yeni transfer

15:10  Baqali Dabo: “Budapeştə qələbə üçün yollanırıq”

14:25  “Neftçi” Macarıstana yola düşdü

14:02  Qəbələdəki qələbə Baştoşu da şoka salıb: “Evdə daha çətin olacaq”

13:43  Premyer Liqa klubundan La Liqaya

13:23  “Sumqayıt”ın rəqibləri məlum oldu

12:59  “Sabah” “Girəsunspor”a qarşı

12:26  AFFA Dəniz Yılmazı unudub: "Bu barədə çox danışmaq istəmirəm"

12:19  “Trabzonspor”dan Ramil Şeydayevlə bağlı qərar

11:22  Mərakeş yığmasının üzvü Super Liqa klubunda

11:00  “eTopaz”da günün canlı oyunları

10:30  “Beşiktaş”ın sabiq forvardı Portuqaliya klubunda

10:21  “Neftçi”ni dünənində kölgələnənlər

10:00  “TOPAZ”DA BU GÜN

09:30  Daha bir milli komanda baş məşqçisiz qaldı

09:00  “Keşlə”ylə AFFA-nın şərikli fırıldağı

01:12  “Neftçi” “Uypeşt”ə qarşı - VİDEOANONS

01:00  ÇL: 10 klub 2-ci təsnifat mərhələsində!

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az