(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Aydın Bağırov
Ozan Can millidən Lippertə görə imtina edibmiş - MÜSAHİBƏ

Ozan Can millidən Lippertə görə imtina edibmiş - MÜSAHİBƏ

Son günlər Ozan Can Kökcüylə bağlı bir sıra maraqlı olaylar baş verdi. O, bir müddət əvvəl imtina etdiyi milli komandamıza qayıtmaq istədiyini açıqladı, U-21-in baş məşqçisi Rəşad Sadıqov da futbolçunun adını heyətə saldı. Lakin bir müddət sonra bəlli olduğu ki, milliləşdirilmiş türkiyəli yığmanın Antalya toplanışına qatılmayacaq. Buna səbəb yeni klubu “Valveyk”in futbolçunu buraxmamasıdı.

Bütün məsələlərə aydınlıq gətirmək üçün Ozan Canın atası Halis Kökcü ilə danışdıq.

- Ozancan milli komandadan niyə imtina etmişdi?
- Uğursuzluqların səbəbinin Ozan Canın üzərinə atılması ilə o, belə qərar verdi.  AFFA-da aşağı yaş qruplarından ibarət millilərlə işləyən, idman direktoru Bernard Lippert günahı Yaşar Vahabzadədə və Ozan Canda gördü. Amma lazımsız qollar buraxan Mustafa Özhitay, müdafiədə kobud səhvlər edən Onur Albayrak kimi oyunçular heyətdə qaldı. Səbəb isə onların Lippertin futbolçuları olması idi. Günah keçisi Ozan Can və Yaşar müəllim oldu. Onun Azərbaycanı çox sevməsinə baxmayaraq, haqqında təhqirlər yazıldı. Qəribədir ki, o vaxtkı yönətim də Ozan Cana dəstək olmadı, arxasında durmadı.

- AFFA-nın baş katibi Elxan Məmmədovla görüşdünüzmü?
- Yox, heç bir görüşmə olmadı. Mən heç zaman Elxan Məmmədovla üz-üzə gəlmədim. Ozan Can da onunla heç görüşməyib.

- Amma onunla telefonla da olsa, əlaqə saxlayıb, dərdiniz deyə bilərdiniz...
- Heç zaman bir danışığımız və ya söhbətimiz olmadı. Onunla əlaqə saxlamaq da çətindir. Ola bilər ki, Azərbaycandakı meneceri Elxan Məmmədovla görüşüb.

- Elxan Məmmədovla görüşmədinizsə, oğlunuzu Azərbaycan millisinə kim dəvət etdi?
- Norveçdə bir turnir keçirilirdi. Azərbaycandan da federasiyanın vəzifəli şəxslərindən biri – İsmixan Mirzəyev həmin turniri izləyirdi. Ozan Can orada “ən yaxşı” oldu. Sonra həmin adam bizə yaxınlaşıb soruşdu ki, Ozan Can Azərbaycan millisində oynamaq istəyərmi? Bildirdi ki, bizim komandaya belə istedadlı futbolçular lazımdır. Həmin dönəmdə Türkiyə və Hollandiya milli komandaları da onu istəyirdi. Amma türk ölkəsi olduğu üçün düşünmədən Azərbaycanı seçdik. Sonucda bizim dədə-babalarımız da Azərbaycandandır.

- Lakin “Bursaspor”da olarkən Ozan Can Azərbaycan yığmasından imtina etdi. Yəqin ki, klubda əcnəbi problemi ilə bağlı bunu etmişdi...
- Bəli, “Bursaspor” da Ozan Canın Azərbaycanda oynamasını istəmirdi. Türkiyə milli komandaları da bu seçimə görə ona etiraz etdilər. Lakin o, Azərbaycanı sevir.

- İkinci dəfə onu milliyə kim qaytardı?
- Rəşad Sadıqov bizimlə əlaqə saxlayıb onu millidə görmək istədi. Həmçinin Qurban Qurbanovla da bu barədə söhbəti olmuşdu. Bildirdi ki, gələcəkdə əsas milli komandada və “Qarabağ”da da onu görmək istəyərik.

- Lippertin hələ də AFFA-da olduğunu bilirsiz?
- Qurban Qurbanovun və Rəşad Sadıqovun milli komandada olması Ozanın ora qayıtmasına səbəb oldu. Çünki onların yanında Lippert söz sahibi olmayacaq. İndi qərarı məşqçilər verəcəyi üçün razılaşdıq.

- Ozan Canın Azərbaycan millisində pul aldığına dair söz-söhbətlər var idi...
- Xeyr, bunlar utancverici iddialardı. Ozan Can AFFA-dan yol xərcləri xaric 1 manat da pul almadı. Bizə təklif də edilmədi, biz də istəmədik. Mən də eşitdim ki, Lippert bir çox oyunçulara, MƏSƏLƏN, Sərkan Baloğluna, pul verib, Azərbaycan millisinə gətirir. Amma biz onunla danışmadıq və Azərbaycanda əlaqə saxlayan da o deyildi.

- Oğlunuz Azərbaycan millisindən imtina etdiyi vaxt Türkiyə yığmasına dəvət aldı?
- Həm o, həm qardaşı hər zaman belə dəvət alır. İndi oxuyuruq ki, ortalıqda şaiyələr var. Ozan Can Azərbaycan millisini guya pul üçün seçib, pulu verməyincə imtina edib. Hər kəsə burdan deyirəm ki, oğlumun pulla işi yoxdur. Onsuz da yetərincə qazanır. Azərbaycan millisinin formasını sevgi ilə geyinir. Başqa düşüncəsi yoxdur. AFFA da onun arxasında dursun. Komandaya çox faydalı olacaq.

CAVAD

P.S.: Məsələylə bağlı Lippertin də mövqeyini öyrənməyə çalışdıq. O, zəngimizə cavab verdi və az sonra danışacağını söylədi. Gözləyirik…


 
tarix: 18-01-2018 13:56


 
Xəbər lenti
20.02.2018

02:42   MS-ni kubokdan qovdular - VİDEO

02:31   “Xetafe”dən darmadağın - VİDEO

02:19   “Latsio”dan inamlı qələbə - VİDEO

01:57   “Ayntraxt” “Leytpsiq”i məğlub yola saldı - VİDEO

01:21   “Beşiktaş” millimizin qapıçısını icarəyə verdi

19.02.2018

23:43  “Göztəpə” darmadağına üzüldü

23:24  Millimizin hücumçusu ehtiyatda qaldı

22:10  ÇL: Azərbaycan klubu yenə uduzdu

20:00  Rövlan debüt etdi, Fərid qol vurdu, “Slaviya” 8 qola üzüldü

18:38  “Neftçi” “Xəzər Lənkəran”ı 6 cavabsız qolla məğlub etdi

17:15  “Səbail” - “Qarabağ” matçında 5 qol

16:56  “Region Liqası”nın iştirakçıları ilə görüş - FOTOLAR

16:43  Ayxan Abbasovu Qəbələdə döyüblər?

16:07  Millimizin AÇ-də keçirəcəyi oyunların təqvimi və məkanı bəlli oldu

15:48  “Ayntraxt”ın yeni baş məşqçisi: “Renatdan razı qaldım”

14:47  “Real”da Marselo şoku

14:08  16-cı turun hakimləri bəlli oldu

13:35  9 futbolçu qırmızı vərəqə aldı, oyun dayandırıldı - VİDEO

12:43  Qara Qarayev: “O təklifi 3-4 il əvvəl alsaydım, gedərdim”

12:33  Azərbaycan çempionatlarının ilk uqandalısı

12:27  Ozobiç 60-a çatdı, Dabo Kamananı keçdi

12:14  “Xəzər Lənkəran”ın üzvü millidə

12:05  Amit Quluzadə Kosovoda debüt etdi

11:58  Maksimovun ilk qələbəsi 300-cü qolla gəldi

11:45  Yenə “Qarabağ”, yenə Mədətov

11:00  “TOPAZ”DA BU GÜN

10:31  Eratsız “Duysburq” ikinci dövrəyə məğlubiyyətlə başladı

10:00  “eTopaz”da günün canlı oyunları

09:01  Qəbələ finalı üçün 2 şübhə

02:36  “Olimpik”lərdən biri qalib gəldi, digəri büdrədi - VİDEOLAR

02:17  “Yuventus”la “Napoli” tək qolla sevindi - VİDEOLAR

01:49  “Real”dan çətin qələbə - VİDEOLAR

01:05  “Keşlə” Gəncədə belə qələbə qazandı - FOTOLAR

00:02  Araz Abdullayev oynadı, “Anortosis” 4 qola sevindi - VİDEO

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az