(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vətəndaşlıqdan imtina edib: Sərkan Baloğlu millimizə çağırıla bilməz

Vətəndaşlıqdan imtina edib: Sərkan Baloğlu millimizə çağırıla bilməz

AFFA ölkəmizə kifayət qədər müvəqqəti Azərbaycan vətəndaşları qazandırıb. Milliləşdirilmiş əksər futbolçular yalnız yığmalarımızda oynayarkən bizim şəxsiyyət vəsiqələrini daşıyır.
 
Hazırda milli komandamızın üzvü olan bir çox futbolçu var ki, xaricdə fərqli vətəndaşlıq daşıyır, lakin yenə də komandalarımıza cəlb olunurlar. Halbuki bu, qanunla qadağandı.
 
Azərbaycan Respublikasının vətəndaşlığı haqqında qanuna görə, bizdə ikili vətəndaşlıq yolverilməzdi. Qanununun 10-cu maddəsində yazılır:
Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin ikili vətəndaşlığı olduqda (Azərbaycan Respublikası vətəndaşlığı ilə yanaşı, digər dövlətin (dövlətlərin) vətəndaşı olduqda) həmin şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyəti, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş və ya Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq surətdə həll edilmiş hallar istisna olmaqla tanınmır.
Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı bir ay müddətində bu barədə AR-in səlahiyyətli orqanlarına yazılı məlumat verməlidir. Belə məlumatı verməyən şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. (10-cu maddə, ikinci hissə)
Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir. (18-ci maddə)
 
Xarici dövlətin vətəndaşlığını qəbul etmiş vətəndaşımız yalnız iki halda paralel olaraq Azərbaycan vətəndaşı kimi də qala bilər - beynəlxalq müqaviləyə və ya dövlət başçısının qərarına əsasən. Belə ki, ”Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Qanunun 10-cu maddəsinə əsasən, şəxsin ikili vətəndaşlığı olduqda həmin şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyəti, Azərbaycanın beynəlxalq müqavilələrində nəzərdə tutulmuş və ya prezidentin icra qaydasında həll etdiyi hallar istisna olmaqla, tanınmır.
 
Beləliklə, ikili vətəndaşlıq Azərbaycanda ümumən qadağandır, amma istisnalar ola bilər. Bununla belə, təbii, xarici dövlətin vətəndaşlığını qəbul etdiyinə görə Azərbaycan vətəndaşlığını itirmiş şəxs sonradan xarici vətəndaşlıqdan imtina edib yenidən bizim vətəndaşlığı əldə etmək üçün ümumi qaydada müraciət edə və dövlət başçısının qərarı ilə onun vətəndaşlığı bərpa oluna bilər.
 
Azərbaycan Respublikasının vətəndaşlığından çıxma bu qanunla müəyyənləşdirilmiş qaydada şəxsin vəsatəti üzrə həyata keçirilir. Lakin aşağıda yazacağımız faktlarda bu qaydalara əməl olunubmu?
 
Türkiyə qaynaqlarında milliləşdirilmiş futbolçularımızın məlumat hesablarına baxırıq. Məsələn, Ufuk Budak çoxdandı yığmamıza çağırılmır. Onun vətəndaşlığını bildirən qrafada “Türkiyə Cümhuriyyəti” yazılması anlaşılandı. Ola bilsin, o, millimizə qayıtmayacağını bildiyindən bu addımı atıb. Onun kimi Uğur Pamuk da Azərbaycan vətəndaşlığından imtina edib.
 
Bu futbolçular, eləcə də digər əcnəbilər legioner limitindən azad olmaq üçün eyni addımı atırlar. Hazırda milli komandamıza namizəd olan Dəniz Yılmazın da oxşar problemi yaranıb. Hücumçu yenicə anlaşdığı “Gənclərbirliyi”ndə bu baxımdan əziyyət çəkir. Bildiyimizə görə, o, AFFA-dan milliyə yenidən dəvət alıb-almayacağı ilə bağlı xəbər gözləyir. Millimizin baş məşqçisi Qurban Qurbanov onun xidmətindən imtina etsə, Dəniz Azərbaycan vətəndaşlığından çıxacaq. Hələ ki, sənədlərdə o, bizlərdən biri kimi qeyd olunur.
 
Maraqlı olan Sərkan Baloğlunun məlumat toplusudu. 21 yaşlı futbolçu “Eyupspor”da Türkiyə vətəndaşı kimi qeydiyyatdadı. Halbuki o, ötən il noyabrın 14-də millimizin heyətində Kosovoya qarşı rəsmi görüşə çıxıb. Deyək ki, o, həqiqətən də bu matçdan sonra Türkiyə vətəndaşlığını qəbul edib. Lakin bu, həm də o deməkdi ki, Sərkanın, eləcə də onun kimi addım atan digərlərinin millilərimizə yolu bağlanıb. Ölkəmizdə ikili vətəndaşlıq yolverilməzdi, Baloğlu da o qədər böyük fitri istedada malik deyil ki, ölkə başçısı onun hər növbəti müraciətini müsbət cavablandırsın.
 
Deməli, AFFA-nın kütləvi milliləşdirdiyi futbolçu ordusu (onların sayı onlarladı – müəl.) bir də millilərimizə çağırıla bilməz. Qanunun 18-ci maddəsində yazıldığı kimi, “Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir”.
 
Futbol qurumumuz qanunları ayaqlasa, ifşa olunacaq. Hələliksə assosiasiyanın xəttiylə müvəqqəti Azərbaycan vətəndaşı olanların əsl niyyətlərini görürük. Qazanmaq imkanı olarkən bizim vətəndaşlardılar, əslində isə onları Azərbaycanla heç nə bağlamır.
 
 
 
 
FƏRİD

 
tarix: 23-01-2018 09:15


 
Xəbər lenti
18.08.2018

14:31   “Napoli”nin futbolçusu “Sampdoriya”da

14:00   Rəhbərliyi tənqid edən baş məşqçiyə şok cəza

13:30   “Liverpul”un futbolçusu A Seriyası klubunda

13:11   David Ospina rəsmən “Napoli”də

13:00   Topaz Premyer Liqasında yay bazarlığı - YENİLƏNİR

12:43   Litva yığmasının üzvü “Keşlə”də - RƏSMİ

12:25   Donald Gerrye: “Yaxşı start “Qarabağ” üçün çox vacibdi”

12:04   Bordin: “Neftçi”ni layiq olduğu yerə qaytarmalıyıq” - VİDEO

11:23   Millimizin üzvü ilk oyunda şans qazanmadı

11:00   “eTopaz”da günün canlı oyunları

10:47   “Keşlə” yenə qarışıb

10:32   “Traktorsazi”dən ilk qələbə

10:21   İtaliya klubu Salih Uçanı təqdim etdi - FOTO

10:15   Şeydayev "Krılya Sovetov"da “11” geyəcək

10:00   “TOPAZ”DA BU GÜN

09:33   Millimizin üzvü yenə ehtiyatda qaldı

09:00   “Qarabağ” “Səbail”ə, “Zirə” “Keşlə”yə qarşı - YENİLƏNİR

02:11   La Liqa da başladı

01:07   Lion “Olimpik”i səfərdə uduzdu

00:45   “Trabzonspor” 3 xalı 3 qolla qazandı

17.08.2018

23:19  Məşhur hücumçu yenidən İtaliya A Seriyasında

22:51  “Qalatasaray”dan Fransa klubuna - RƏSMİ

21:07  “Mançester Siti” yeni transferini icarəyə göndərdi

19:12  “Keşlə”yə qol vursam, qeyd edəcəm”

18:40  Messiyə hökm oxundu - 2,5 il

18:35  Orxan Sadıqlı rəsmən “Sumqayıt”da

18:04  Emin Mahmudov ən yaxşı futbolçu seçildi

17:58  FİFA “Atletiko”nu cərimələdi

17:25  Vəli Qasımov Avopa Liqasının püşkatmasına gedəcək

16:51  Millimizin Bakı toplanışı üçün 23 futbolçu

16:32  Super Liqada ikinci dövrə start götürdü

16:15  “Milan”dan 2 transfer - RƏSMİ

15:53  “Neftçi”nin həsrəti nə vaxt bitəcək?

15:39  Topaz Premyer Liqasında ilk turun rəmzi komandası

15:19  İtaliyalı futbolçu Super Liqa klubunda

14:46  “Şerif” “Qarabağ” üçün 25 futbolçu sifariş etdi

14:25  “Qarabağ” üçün 21 yaşlı “arı”

13:45  “Şerif” - “Qarabağ” matçı 2-8 manata

13:28  Markizio “Yuventus”dan getdi - RƏSMİ

13:01  Milli komandada yeni baş məşqçi

12:40  Azərbaycan gerilədi - UEFA reytinqində

12:27  “Neftçi” - “Qəbələ” matçının hakimləri məlum oldu

12:15  Davud Kərimi "Keşlə"də!

12:10  “Şerif”lə hər 2 oyun eyni vaxtda

12:05  Avroliqanın püşkündə azərbaycanlı səfir

12:00  “Sumqayıt” gözləyir, Sərdarsa Polşada oynayacaq

11:47  İtaliya klubundan daha bir transfer

11:31  “Şalke” Kosovo yığmasının forvardını icarəyə verdi

11:00  “eTopaz”da günün canlı oyunları

10:41  “Monpelye”də yeni “10 nömrə”

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az