(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Rəşad Sadıqovla peşəkarlıq müzakirəsi

Rəşad Sadıqovla peşəkarlıq müzakirəsi

Azərbaycanın U-21 millisinin baş məşqçisi Rəşad Sadıqov Gürcüstanla 1:1 bitən yoxlama oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb. O, oyunu şərh edib, eyni zamanda bizim qapıya “papaq atıb”.
 
“Futbolinfo”da gedən, U-21 millimizin Albaniya U-20-ə uduzması haqda yazıya işarə edən Rəşad bunları deyib: “Bunu fikirləşmədim. Bu dəqiqə elə şeylər mənə maraqlı deyil. Kim hansı heyəti buraxır, kim neçə yaşlılarla oynayır – bunların mənim üçün əhəmiyyəti yoxdu. Bəzi qeyri-peşəkar söhbətlərlə qarşılaşdım ki, guya bizə qarşı Albaniyanın 20 yaşlıları oynayıb. 7 nəfər oynayıb 1998-99-cu illər, bizdə də “Alanyaspor”a qarşı 6 nəfər - 1997/98-ci il təvəllüdlü uşaqlar meydanda idi. Onda biz də U-20 ilə oynamışıq. Belə bir məntiq yoxdu. Məlumat olaraq deyim ki, əgər bir nəfər 1997-ci il oynayırsa, bu, artıq U-20 deyil. Hamısı 98/99 olsaydı, başqa məsələ. Onların heyətində 4 nəfər daha yaşlı oynayırdısa, bu, artıq U-20 deyil. Digər tərəfdən, məşqçinin öz seçimidi  və istənilən yaşda olanı oynada bilər. Mənim heç ağlıma gəlmir ki, U-20-ni, ya U-21-i buraxıram. Yoldaşlıq oyunudu, daha cavanlara şans vermək, heyətdə rotasiyalar etmək normaldı. Belə şeyləri qabartmaq qeyri-peşəkarlıqdı. Səhv eləmirəmsə, Albaniya mətbuatında yazılmışdı. Bu məsələ mənim üçün önəmli deyil, sadəcə, görürəm, yanlış informasiyalar yayılır. Ona görə də bu açıqlamanı verməyi lazım bildim”.
 
Sadıqovun manevri xoşuma gəldi – mətbuata (əsasən də bizə - müəl.) iradını çatdırır, “ağıl öyrədir” və sonda Albaniya mətbuatını hədəf göstərirmiş kimi davranır. Əhsən, əla taktiki gedişdi. Lakin...
 
...Sadıqov unutmasın ki, bu xəbəri alban mətbuatı yox, Albaniya Futbol Federasiyasının rəsmi saytı yazmışdı. Bu məqamda rəqibin deyil, Rəşadın dedikləri bizim üçün daha vacibdi. Sadıqovun peşəkarlığına, dürüstlüyünə, vətənpərvərliyinə, bacarığına qətiyyən şübhə etmirik. Bununla belə, ortada doğru olmayan nəsə var və bunu dəqiqləşdirmək üçün havaya danışmaq lazım deyil, 25-də növbəti dəfə üz-üzə gələcəyiniz albanlardan hesab sormaq lazımdı.
 
U-21-in Antalyada təlim-məşq toplanışını davam edir. Sadıqov ilk sınaq matçlarındaca bir canlanmaya nail olub, iddialıdır, yeni sistem gətirir, üzərində çalışır. Qısa müddətdə bunu etmək mümkün deyil, zamana ehtiyac var. İşin daha çətin tərəfi isə 10 ildə məhv edilmiş bir komandanı qəbul etməsidi. Özü də etiraf edir ki, istedadlar var, qalır doğru işləmək.
 
Sadıqovun mətbuata diqqət ayırmasını, hər nüansa peşəkar yanaşmaq istəməsini, səmimiyyətini, mətbuata açıq olmasını alqışlayırıq. Gələcəkdə də belə olacağına şübhə etmirik. Amma “qeyri-peşəkarlıq” məsələsinə gəlincə, daha ağıllı davranmalıdı. Millilərlə bağlı peşəkarlığı ilk növbədə AFFA rəsmiləri etməlidi. Mətbuatın yalan yazdığını sübut etmək üçün oyunun protokolunu üzə çıxarmaq və ya AFFA-nın beynəlxalq yoldaşlıq oyunu üçün bağladığı müqaviləni təqdim etmək kifayətdi. Bunu edə bilmirsizsə, deməli, qeyri-peşəkarları Nobel prospektində, bir də öz düşərgənizdə axtarmalısız.
 
Rəşad jurnalistlər üçün əlçatan simadı. Bernard Lipperti tapmaq üçün bir həftə AFFA-nın qapısında gözləməlisən, açıqlama almaq üçünsə hətta baş katib Elxan Məmmədovdan icazə almalısan. Sadıqov isə hətta telefon vasitəsi ilə də müsahibə verəcək birisidi. Lippertin vəzifəsi millilərdə sistem qurmaq olmayıb, dəstəkçilərinin buyruqlarını yerinə yetirib. İndi də Sadıqov xarizması qarşısında qeyri-peşəkarlıqları üzə çıxmağa başlayır...
 
Təşkilatı işləri AFFA görür. Danışıqlar, müqavilələr, yaradılan şərait elə olmalıdır ki, baş məşqçinin biliyi ancaq qeyd etdiyi yeni sistemin oturuşmasına sərf edilsin. Albaniya FF-nin rəsmi saytı məlumatı yayan kimi, federasiya məmurları dərhal buna reaksiya göstərməliydi. Əks tərəfə rəsmi məktubla, mətbuata açıqlama ilə dərhal məsələlərə aydınlıq gələcəkdi. Peşəkarlıq budur, jurnalistə mətbuatla cavab vermək yox.
 
Belə məsələlərə baş məşqçinin başı qatılmamalıdır. Yoxsa gətirəcəyi yeni sistemə vaxt yetməz. Bu tipli qeyri-peşəkarlığın yükünü Sadıqov öz üzərinə götürəcəksə, federasiya məmurlarına nə ehtiyac var? Heç şübhəmiz yoxdu ki, Rəşad daxildə öz iradlarını bildirib, belə halların baş verməməsini tələb edib. Qeyri-peşəkarlıq istənilmirsə, belə də olmalıdır.
 
Millilərdə məşqçilər korpusu dəyişib, amma millilərlə məşğul olan, cavabdehlik daşıyan AFFA məmurlarının beyinləri dəyişməyib. Qeyri-peşəkarlığın davam etməməsi üçün ya onlar peşəkarlaşmalıdı, ya da yeni sistem ilk növbədə idarəçilkdə tətbiqini tapmalıdı. Əksi olacaqsa, qeyri-peşəkarlıqlara hələ çox rastlaşılacaq.
 
Meydanda yeni sistemin yaradılması üçün ilk növbədə yeni tələblərə cavab verən idarəçilik sisteminin yaradılması mütləqdir. Təklif vermişik, bir daha xatırladırıq: milli komandalarla bağlı, yeni gələn məşqçilərin ruhuna, xarizmasına, tələbkarlığına uyğun departament yaradılmalıdır. Sadıqov kimi iddialı, xarizması olan peşəkarlar meydandan kənar işləri peşəkarcasına yoluna qoymalıdır. Baş məşqçilər belə qeyri-peşəkarlıqla yüklənib mətbuat önünə çıxmamalıdır. Millilər Antalyada məşq, yoxlama oyunları keçirdiyi vaxtda AFFA rəsmiləri nə iş görür?
 
Milli komandaların meneceri Riad Rəfiyev oyunçu transferi ilə, Namiq Ələsgərovu “Jilina”ya aparıb, pul qazanmaqla məşğuldu. Qeyri-peşəkarlıq budur. Millilərdə futbolçulardan pul tutan rəsmilər deyil, Sadıqov kimi Azərbaycan futbolunu düşünənlər olmalıdır. Belə olmasa, qeyri-peşəkarlıqlar hələ çox davam edəcək.
 
Azərbaycan mətbuatı nə etməlidi ki? Albaniya FF-in rəsmi saytı ilə AFFA-nın rəsmi saytının yazdığı fərqlidi – bunu qabartmışıq. Albanların səhv yazdığını sübut etməyiniz üçün rəsmi müqaviləni, heç olmasa, oyunun protokolunu mətbuata açıqlamağınız kifayət idi. Bunu istəmişiksə, təmin edə bilməmisizsə, qeyri-peşəkar kimdi?
 
Əzizim Rəşad, bəli, bizdə də qeyri-peşəkarlıqlar olur. Amma bu, özünü albanların xəbərini istinadla paylaşanda büruzə vermir. Azərbaycan naminə, milli komanda naminə, xidmətlərə hörmət naminə “Qarabağ”ın kapitanının səhər U-21-in məşqində, axşam klubunun oyununda meydana çıxmasına göz yumanda qeyri-peşəkar oluruq...
 
FƏRİD

 
tarix: 24-01-2018 14:04


 
Xəbər lenti
27.05.2018

15:35   Əsgərovun komandasından ilk xal itkisi

15:23   “Səbail”dən daha bir təkzib bəyanatı

14:54   Azərbaycan mövsümü 23-cü pillədə başa vurdu

11:30   Millimizin Makedoniya ilə ikinci sınağı - YENİLƏNİR

11:25   Salahsız dünya çempionatı

11:18   Ronaldo ÇL-in tarixinə düşdü

11:12   “Zirə” qabıq dəyişir

11:00   “eTopaz”da günün canlı oyunları

10:49   Ronaldo "Real"dan ayrılır?

10:42   Zidan qələbədən həzz almağı məsləhət bilir

10:32   Premyer Liqaya sonuncu vəsiqə də sahibini tapdı

10:29   Beyl məyus imiş

10:00   “TOPAZ”DA BU GÜN

09:31   “Real” və Zidandan yeni rekord - ÇL-də

09:01   “Zirə” Ayxan Abbasova güvənir

09:00   Finalın ən yaxşısı bəlli oldu

01:08   ÇL-in finalında 4 qol - VİDEO

00:39   “Real” ardıcıl 3-cü dəfə ÇL-in qalibi oldu

26.05.2018

23:54  ÇL-in finalında daha bir şok

23:45  “Liverpul”da Salah şoku

22:06  ÇL-in finalından öncə bomba həyəcanı

21:28  Milli komanda “Zirə” ilə bacarmadı

19:30  Topaz Premyer Liqasında yay bazarlığı - YENİLƏNİR

19:25  Eyni rəqib, eyni hesab

18:02  Ramazanov da “Səbail”də!

17:50  “Sumqayıt” son mövsümdə - STATİSTİKA

17:23  Azərbaycan Kuboku: Finalın hakimləri bəlli oldu

17:09  “Sumqayıt”ın son mövsümdə vurduğu qollar - VİDEO

16:26  Rahid Əmirquliyev “Səbail”də

16:21  Premyer Liqa klubundan baş məşqçiyə yeni müqavilə

15:44  Almeyda millidən ayrıldı

14:36  Misir yığması Salahın yoxluğunda Küveytlə bacarmadı

12:39  “Səbail”dən gedənlərin sayı 12-yə çatdı

11:27  Sarri “Çelsi” ilə razılığa gəldi - İlinə 6 milyon avro

11:00  “eTopaz”da günün canlı oyunları

10:24  Zinəddin Zidan: "Özümüzü favorit görmürük"

10:17  Klopp şansa da ümid edir

10:12  Görüş vaxtı dəyişdi

10:00  “TOPAZ”DA BU GÜN

09:54  İsgəndər Cavadov Elxan Məmmədovu ifşa etdi!

09:47  “Beşiktaş”dan bu yayın ilk transferi

09:31  Vyana “Qarabağ”ı mövsümü qələbə ilə başa vurdu

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az