(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Hanı qeydiyyata alınan 100 minlərlə futbolçu?!

Hanı qeydiyyata alınan 100 minlərlə futbolçu?!

Tahir Süleymanov email:

Millinin heyəti açıqlandı. Qurban Qurbanovun ilk sınağıdır. Futbolçuların seçimi ilə bağlı müzakirələr səngimir. Mütəxəssis, jurnalist, azarkeşlərin subyektiv fikirləri təbiidir, başadüşüləndir. Obyektiv səbəblər isə tam fərqlidir...

Azərbaycan futboluna böyük pulların axını başlayanda indiki milli üzlərinin bir çoxunun 10-12 yaşları var idi. U-21-ın futbolçuları isə futbol bir tərəfə, yeriməyi təzə öyrənirdilər. Bəxtləri də gətirmişdi. Özləri də bilmədən "yağ-bal" içində üzəcəkdilər. Daha öncəki futbol nəsli kimi "peraşki" dərdi çəkilməyəcəkdi...

Qalırdı gələcək istedadların əlindən tutub futbolu öyrətmək. Öyrədildimi?!

Futbolun kabab iyinə axın başladı, nə başladı...

Qohum, dost, yerli, işsiz-gücsüz, öz sahələrində bacarıqsızlar ordusu üçün kabinetlər, fərdi maşınlar, "paket"lər ayrıldı. Futbolda 11 nəfərin oynadığını futdola gələndən sonra öyrənənlər "dəllək"liyə başladılar. Pul qırpmaq üçün yeni "layihə"lər, yeni "ideya"lar işə düşdü. Top çiləyə-çiləyə uşaq futbolçular yetişmirdi, istedadlar məhv edilirdi...

Bu gün millilərdə çıxış edən Mahir Mədətov, Coşqun Diniyev, Fəhmin Muradbəyli, Abbas Hüseynov və digərləri onların əməyi deyil. On ildi AFFA-da bəslənilən Lippertin illik vəsaiti ilə onlarla istedadlı futbolçu yetişərdi... Federasiyada isə monopoliya yaradıldı...

Uşaq-gənclər futbolu gələcək peşəkar futbolun təməlidir. Futboldan bixəbərlər uşaq futboluna rəhbərlik edirlər. 100 milyonlarla vəsait havaya uçurulur. İndi deyirlər ki, uşaq futboluna biz cavabdehlik daşımırıq. Bəs, hanı qeydiyyata alınan 100 minlərlə futbolçu?! Kimlər cavabdehdi kağız üzərində yaradılmış qalaq-qalaq "futbolçu"lara...?!

Ziyanın yarısından geri qayıtmaq əvəzinə bacarıqsızlıqlarını ört-bastır etmək üçün xaricə üz tutdular. Klublara idman direktorlarını sırıyıb, dövlətin milyonlarını Avropa banklarına yönəltdilər. Kütləvi şəkildə onlarla futbolçu milliləşdirildi...

Vəziyyət nə həddə çatıb ki, dəvət göndərilən futbolçu düşmən ölkədə “Arçax” klubunu seçir. Bu tək futbol deyil, xalqımıza, dövlətçilimiyizə qarşı cinayətdir, düşmənçilikdir...

Yarıtmaz futbol strategiyası nəticəsində klublar dağıldı, dağıdıldı. İndi isə millinin heyəti, futbolçuları müzakirə olunur. Əgər futbolumuzun parlaq sabahını görmək istəyiriksə, qeyd etdiklərim və etmədiklərim yüzlərlə obyektiv səbəblər müzakirəyə çıxarılmalıdır...

Hər birimizin başına gəlib. Azərbaycan futbolunda işini bilənlər hər zaman hədəfdə olublar. Futbola cavabdehlər, Toşak, Gede, Starkov, Dənizli, Adams, Lippert, Çxadadze, Nikolov, Avşar, nə bilim Pakistandan gətirilmiş idman direktoru, məşqçiləri yada salan yoxdu. Apardıqları milyonları xərcləyib kənardan seyr edirlər...

Azərbaycan futbolunda 3-5 işini bacaran, nəticə verən yerli mütəxəssis var. Onlar da yox edilsin. Onsuz da illərdi "sapı özümüzdən olan baltalar"ın sayəsində ona doğru planlı şəkildə gedilir. Bununla futbol düzələcəkmi...?!

Qurban Qurbanov, Rəşad Sadıqov və digər məşqçilərin millilərə gəlməsi bir şansdır/ola bilər. Bir şərtlə: bütün sağlam qüvvələr birləşsin. Narazılıqlar, şəxsi maraqlar kənara qoyulsun. Hədəf, hədəflər Azərbaycan futbolunun gələcəyi naminə doğru seçilsin...

Bu gün millilərə keyfiyyətli futbolçular tapılmırsa, bunun günahı bu gündə deyil. Amil Yunanov və digərləri də milliyə çağırıla bilər. Bununla Azərbaycan futbolunun yarası sağalmayacaq. Futbola yeni inkişaf modeli gətirilməli, yeni sistem formalaşdırılmalı, yarıtmaz, təsadüfi insanlar futboldan yox edilməlidir. Ağacın budağına çalaq etməklə kök düzəmir...

On ildi Azərbaycan futbolunu məhv edənlər illərin "qurd"u Berti Foqts, "Real", "Barselona" görmüş Prosineçkiləri yola salıblar. Onlara futbol lazım deyil, yeni "qurban"lar lazımdır... Qurbanların verilməməsi üçünsə... Düşünün, düşünün ki, sabah "calaq" kimi istifadə olunub çölə atılmayasız...


 
tarix: 27-01-2018 17:54


 
Xəbər lenti
23.10.2018

10:47   Qurbanov Bordinlə qonşu oldu

10:35   Mahmudovlu “Frankfurt” yenə uduzdu

10:01   Rəşad Sadiqov Premyer Liqada məşqçi dəyişir?!

09:41   “eTopaz”da günün canlı oyunları

09:12   Nəbiyev dubla imza atdı, “Slaviya”…

09:00   GÜNÜN SUALI: Klublar Komitəsi niyə toplaşmır?

01:17   “Real Sosyedad” “Jirona” ilə bacarmadı

01:08   Son oyunda qolsuz heç-heçə

00:53   “Qarabağ”ın rəqibi 3 xalı 3 qolla qazandı

00:16   “Qəbələ” Moldovada

22.10.2018

23:49  “Trabzonspor”dan doğma meydanda xal itkisi

23:22  17-ci dəfə ölkə çempionu oldu

21:00  GÜNÜN NİDASI: Milinkoviç çox duruş gətirməyəcək!

20:35  “Qəbələ” “Sumqayıt”la oyun üçün hazırlığa start verdi

18:25  Şevçenko: “Bu olmasaydı, Azərbaycan Avropa çempionatına iddia edə bilməzdi”

18:05  “Napoli”də itki: PSJ-yə qarşı oynamayacaq

17:20  AFFA-dan Region Liqasındakı qalmaqallarla bağlı bəyanat

16:57  Topaz Premyer Liqasında 9-cu turun oyun cədvəli

16:26  “İnter”də ağır itki: “Barselona” ilə matçda olmayacaq

15:41  Elmir Vəliyev “Kəpəz”dən getdi - RƏSMİ

15:21  “Neftçi” - “Qarabağ” matçı “El-klasiko”ya görə tez başlayacaq

15:00  GÜNÜN XATIRLATMASI: Startda gözləyən var...

14:26  “Qarabağ”ın rəqibinin hələ də futbolçulara borcu var

14:10  “Qarabağ”ı sevindirən, “Qəbələ”ni üzən hakim

13:55  Paytaxt klubu baş məşqçini qovdu

13:08  Filip Ozobiç: “Vorskla” qrupda oynayırsa, necə zəif ola bilər?” 

12:51  “Keşlə” antirekord seriyasını qırdı

12:40  Premyer Liqanın 23-cü uğursuzu

12:21  Premyer Liqada 100-cü oyun

12:12  “Qarabağ” - “Vorskla” matçının hakimləri bəlli oldu

12:05  AFFA-nın bacarıqsızlığı üzündən hiss edilən təhlükə

11:48  Əliyar Ağayev Avroliqa matçına təyinat aldı

11:37  Əsgərovdan daha bir qol, komandasından darmadağın

11:19  “Sumqayıt”ın intizam, “Keşlə”nin heyət dərdi

11:01  “Topaz”: 45 illik “tilsim” və ya heç-heçə oynamayan 2 komandanın dueli

10:40  Turalla Kamran oynadı, “Yonava”…

10:22  Dadaşovun komandası kubokla erkən vidalaşdı

10:00  “eTopaz”da günün canlı oyunları

09:30  Ozan Canın komandası səfərdə uduzdu

09:00  GÜNÜN SUALI: İlk olaraq kim gedəcək?

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az