(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Araşdırın bu adamları…

Araşdırın bu adamları…

"Neftçi", ardınca "Kəpəz", indi də futzal yığması...

2018-ci ilin dəbdə olan məğlubiyyət hesabı: 1:8!

“Yaz-sil əməliyyatı" başlığı ilə bir yazı yazmışdım. Yazının ikinci hissəsi futzal yığmasına adi idi. 

*

Futzal üzrə əsas yığmada 6 braziliyalı oynayır.

Tyaqo Telez “Bolinya”
Fineo de Araujo
Eduardo Borges
Everton Kardoso “Qallo”
Villiams Oliveira Do Nascimento “Vassura”
Karvalho Vilela dos Santos Rafael

Futzal oyun qaydalarına görə, meydana start heyətində bir komandada 5 futbolçu çıxa bilər. Bizim 6 braziliyalımız var, a kişi! 

Səbəb? Bu komanda 10 qat dünya çempionu olsa, nə olacaq? Kimə lazımdı?

Təbii ki, AFFA-da oturan bəylərə. Nə qədər çox xarici, o qədər "yaz-sil" əməliyyatı.
Qısası, oxucu bilsin ki, dərdimiz bu idman növlərinin inkişafı və ya geriliyi ilə bağlı deyil. Dediyimiz odu ki, ikinci dərəcəli sahələrdə idmanla məşğul olunursa, elə öz oğlanlarımız, qızlarımıza sərf edilsin o vəsaitlər. Yəni Azərbaycanda futzalçı tapmaq belə çətindi?

*

Bu yazının altına futzal yığmasındakı milliləşdirməni dəstəkləyən şərhlər yazıldı. Görəsən, həmin braziliyalılarla Portuqaliyadan 8 top buraxdıqdan sonra, yenə də o şərhlərin sahibləri fikirlərində qalırlarmı? 

*

Niyə başa düşmək istəmirsiniz axı? Kimdi Zaur Axundov? Kimdi Fikrət Hüseynov? Araşdırın bu adamları. Çoxunuz tanıyırsınız da. 

Braziliyalılardan ibarət Azərbaycan yığma komandası qurduğuna görəmi uğurlu futbol funksioneri sayıldı Axundov, "Keşlə"yə prezident göndərildi?! AFFA İcraiyyə Komitəsində bu adam hansı əlahiddə xidmətlərinə əsasən otuzdurulub, bilən varmı? Hansı futbol bilgisiylə, hansı qabiliyyətlə Azərbaycan futbolu ilə bağlı strateji qərarların verilməsi prosesində iştirak edir?

*

Futzal, olimpiya idman növü deyil. Dünyada aşağı prestijli idman növü sayıldığından, ölkə təbliğatı üçün ciddi vasitə hesab oluna bilməz. Futzal üzrə milli komandanın futbolçusu Kardoso yox, məsələn, Namiq Məmmədkərimov, baş məşqçisi Alesio yox, məsələn, Mahir Eyniyev olsa, hər şey eyni olacaq, mahiyyət dəyişməyəcək. Braziliyalılar üzərindən gizlin pullar silən, onlara artıq maaş verib "otkat" edənlərin işləri yerlilərlə risk doğuracaq, fərq budu. Bu adamlar hər şeyi çox açıq edirlər əslində. Gözümüzün içinə baxa-baxa, həm də.

RƏSUL ŞÜKÜRSOY


 
tarix: 07-02-2018 14:19


 
Xəbər lenti
21.05.2018

11:12   Millimizin heyəti açıqlandı

11:00   “eTopaz”da günün canlı oyunları

10:32   Vüqar Əsgərovdan dubl, komandasından darmadağın

10:00   “TOPAZ”DA BU GÜN

09:31   İsrafilovsuz qələbə

09:00   Topaz Premyer Liqasında mövsümün son matçı - YENİLƏNİR

01:23   La Liqa da yekunlaşdı - VİDEOLAR

00:53   A Seriyasında mövsümə yekun vuruldu - VİDEOLAR

20.05.2018

23:10  Yuri Maksimov: “Dediklərimi etmirdi, ona görə əvəzlədim”

22:58  Amit Quluzadə Kosovo çempionu oldu

22:19  “Keşlə” mövsümü qələbə ilə başa vurdu – VİDEO

21:35  “Avropa Liqasına vəsiqə qazansaq...” – “Zirə”nin prezidenti

20:31  “Neftçi”ni üçüncü edən qələbə - VİDEO

20:21  “Zirə”dən vacib qələbə - VİDEO

20:17  Ayxan Abbasov: “Onların təhqirinə dözə bilmirdim”

20:12  Yunis Hüseynov: “Kəpəz”ə bir il də şans versəydilər, daha yaxşı olardı”

20:05  Samir Abasov: “Rəhbərlikdən asılı adam deyiləm”

19:55  Tərlan Əhmədov: “Mənə heç bir təklif olmayıb”

19:47  Bütün mükafatçılar bəlli oldu

19:28  Samir Abasov istefa verdi

19:10  “Bürünc” “Neftçi”nin oldu, “Zirə” 4-cü pilləni tutdu

16:36  Premyer Liqa klubundan 25 milyon avroluq transfer

16:00  “Qəbələ”nin “Qarabağ”la 47-ci dueli

15:38  Region Liqası: Finalçılar bəlli oldu

15:19  Millimizin heyəti açıqlandı

14:20  Hümbətovsuz “Deçiç” yenə uduzdu

12:00  Paşayevin komandası mövsümü qələbə ilə başa vurdu

11:37  Perspektivdəki vəsiqə üçün son döyüş

11:00  “eTopaz”da günün canlı oyunları

10:42  Super Liqaya son vəsiqə də sahibini tapdı

10:24  Ağasəlim Mircavadov və zibil yeşiyi

10:00  “TOPAZ”DA BU GÜN

09:41  Buffon göz yaşları içində vidalaşdı

09:21  Super Liqada daha bir baş məşqçi istefası

09:00  “Bütün oyunlar bizim üçün mövsümün oyunu idi”

01:35  Fransa çempionatında mövsümə yekun vuruldu - VİDEOLAR

00:58  “Real” mövsümü heç-heçə ilə başa vurdu - VİDEOLAR

00:40  Kuboku “Ayntraxt” qazandı: “Bavariya” üzərində qələbə ilə - VİDEO

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az