(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Aydın Bağırov
“Kapitanlıqda gözüm yoxdu”

“Kapitanlıqda gözüm yoxdu”

“Kəpəz”in əvəzedici heyətinə cəlb olunan Qaraxan Əliyev klubun saytına müsahibə verib.

Futbolinfo.az xəbər verir ki, gənc müdafiəçi söhbətə köhnə-yeni komandasına keçidindən başlayıb.

- “Kəpəz” mənim sevimli komandamdı, məşqçilər korpusundan təklif aldım və məmnuniyyətlə razılıq verib geri döndüm. Məşqçilərimiz məni yaxından tanıyırlar, nəyə qadir olduğumu bilirlər. Yenidən kluba qayıtdığım üçün sevincliyəm.

- Qaraxan, hazırlıq dövrünü necə qiymətləndirirsən?
- Hazırlıq dövrü həmişə çətin keçir. Çempionatda fasilə çox olduğundan məşq proseslərində yükləmələrə üstünlük verilir. Toplanış dövründə gündə iki dəfə məşq etmək asan gəlməsin. Elə gündə bir dəfə keçdiyimiz çalışmalar da ağır olurdu, çünki çox məşq edirdik. Komandada əhval-ruhiyyə yaxşıdı. Uşaqlar bir-biri ilə olduqca mehribandılar. İnşallah, hamımız əl-ələ verib komandanın düşdüyü vəziyyətdən çıxaracağıq. Çempionatı “Kəpəz”in adına layiq olan yerdə başa vurmağı hədəfləmişik. Bu yolda kollektivimizə uğurlar arzu edirəm.

- Yayda 1-ci divizionun iddialı klublarından olan “Şüvəlan”a keçməklə diqqətləri üzərinə çəkmişdin...
- Bu klubun şəraiti elita təmsilçiləri səviyyəsindədi. Yaxşı bazası, stadionu var. Ümumiyyətlə, futbol oynamaq üçün hər cür şərait yaradılıb. O ki, qaldı “Kəpəz”ə dönməyimə, mənə doğma olan komandaya bu çətin vəziyyətdə kömək etmək üçün geri qayıtdım. Gəncəli futbolçu kimi burada Qaraxan Əliyevə daha çox ehtiyac var.

- Yəqin həm də düşünürsən ki, əvəzedici heyətdən əsas komandaya düşə bilərsən.
- Əlbəttə, mən əvvəllər oynadığım vaxtlarda əsas komandaya dəvət almışam. Odu ki, oranın ab-havasını yaxşı bilirəm. Hədəfim bir yerli oyunçu kimi əsas komandaya düşüb orada möhkəmlənməkdi. Baş məşqçi Yunis Hüseynovun gəncəli olması da bizim üçün əla fürsətdi. Çünki o, buranın potensialını bilir. İnanıram ki, bir çox futbolçu əvəzedici heyətdən onun etimadını qazanacaq.

- “Kəpəz”i tərk edənə kimi kapitan sarğısını daşıyırdın. Yenidən kapitanlıq ürəyindən keçmir?
- Xeyr (gülür), mən komandadan gedəndən sonra kapitanlıq qapıçımız Cavid Əsgərova həvalə olunub. Cavid həm yaxşı oğlandı, həm də mövqeyində etibarlıdır. Liderlik keyfiyyətlərinə malikdi, sarğı onda qalsa, yaxşı olar. Kapitanlıqda gözüm yoxdu.


 
tarix: 08-02-2018 16:25


 
Xəbər lenti
20.02.2018

02:42   MS-ni kubokdan qovdular - VİDEO

02:31   “Xetafe”dən darmadağın - VİDEO

02:19   “Latsio”dan inamlı qələbə - VİDEO

01:57   “Ayntraxt” “Leytpsiq”i məğlub yola saldı - VİDEO

01:21   “Beşiktaş” millimizin qapıçısını icarəyə verdi

19.02.2018

23:43  “Göztəpə” darmadağına üzüldü

23:24  Millimizin hücumçusu ehtiyatda qaldı

22:10  ÇL: Azərbaycan klubu yenə uduzdu

20:00  Rövlan debüt etdi, Fərid qol vurdu, “Slaviya” 8 qola üzüldü

18:38  “Neftçi” “Xəzər Lənkəran”ı 6 cavabsız qolla məğlub etdi

17:15  “Səbail” - “Qarabağ” matçında 5 qol

16:56  “Region Liqası”nın iştirakçıları ilə görüş - FOTOLAR

16:43  Ayxan Abbasovu Qəbələdə döyüblər?

16:07  Millimizin AÇ-də keçirəcəyi oyunların təqvimi və məkanı bəlli oldu

15:48  “Ayntraxt”ın yeni baş məşqçisi: “Renatdan razı qaldım”

14:47  “Real”da Marselo şoku

14:08  16-cı turun hakimləri bəlli oldu

13:35  9 futbolçu qırmızı vərəqə aldı, oyun dayandırıldı - VİDEO

12:43  Qara Qarayev: “O təklifi 3-4 il əvvəl alsaydım, gedərdim”

12:33  Azərbaycan çempionatlarının ilk uqandalısı

12:27  Ozobiç 60-a çatdı, Dabo Kamananı keçdi

12:14  “Xəzər Lənkəran”ın üzvü millidə

12:05  Amit Quluzadə Kosovoda debüt etdi

11:58  Maksimovun ilk qələbəsi 300-cü qolla gəldi

11:45  Yenə “Qarabağ”, yenə Mədətov

11:00  “TOPAZ”DA BU GÜN

10:31  Eratsız “Duysburq” ikinci dövrəyə məğlubiyyətlə başladı

10:00  “eTopaz”da günün canlı oyunları

09:01  Qəbələ finalı üçün 2 şübhə

02:36  “Olimpik”lərdən biri qalib gəldi, digəri büdrədi - VİDEOLAR

02:17  “Yuventus”la “Napoli” tək qolla sevindi - VİDEOLAR

01:49  “Real”dan çətin qələbə - VİDEOLAR

01:05  “Keşlə” Gəncədə belə qələbə qazandı - FOTOLAR

00:02  Araz Abdullayev oynadı, “Anortosis” 4 qola sevindi - VİDEO

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az