(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Əlini bayrağımdan çək, Axundov!

Əlini bayrağımdan çək, Axundov!

Azərbaycanın futzal üzrə yığma komandası Portuqaliya ilə oyunda darmadağın oldu, hamımızın üzünü qızartdı. Üzrlü sayın, mənim bu komandaya milli deməyə dilim gəlmir. Heyətə candərdi, say doldurmaq və gözdən pərdə asmaq üçün dəvət almış, vaxtlarını əsasən ehtiyat oyunçular skamyasında keçirən azərbaycanlılara hörmətimə rəğmən, bunu deməliyəm.
 
Bu komanda milli deyil, yığmadı. Hətta yığılma komanda. Sovet vaxtının adamları yaxşı xatırlayır. Köhnə maşınları bir neçə avtomobilin ehtiyat hissələri ilə təmir edirdilər, sürməyə başlayırdılar. Belə maşınlar hər nə qədər baxımlı olsaydı, problemsiz sürülsəydi də, adındakı damğanı təmizləməzdilər. Bəli, adına "yığılma maşın” deyib, kinayə edərdilər. Zaur Axundovun AFFA-nın xeyir-duası ilə Azərbaycan millisinin formasını geyindirdiyi komanda da məhz belədi.
 
Ürəkağrıdan məsələ təkcə komandanın Portuqaliyaya 1:8 hesabıyla uduzması deyil. Başa düşən, ürəyində bu vətənə və bu millətə sevgi gəzdirən adama bizim bu cür alçaldıcı hesabla yenilgiyə braziliyalıların iştirakıyla məruz qalmağımız, onların ayağının altına bir ətək pul səpə-səpə uduzmağımız daha çox təsir edir, ağır gəlir. Kimlər üçünsə Azərbaycan millisinin formasının əcnəbilərə verilməsinin heç bir isti-soyuğu olmasa belə, biz bu dərdi ürəyimizdə daşıyırıq.
 
Daha bir qanqaraldıcı məqam Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundovun davranışları idi. Adam bütün dünyanın gözü qarşısında bizi rəzil etdi. Adicə oyun epizodundan yaranan mübahisəyə qarışdı, rəqib futbolçunu sinəsindən itələdi. Kənardakıların müdaxiləsi olmasaydı, onu ayağının altına salıb təpikləyərdi də. Öz aləmində də bununla portuqaliyalılardan alçaldıcı məğlubiyyətin qisasını alacaqdı. Görün, bizi hansı günlərə salıblar, mötəbər yarışlarda, böyük idman arenalarında Azərbaycanı hansı təfəkkürə sahib adamlar necə təmsil edirlər.
 
Amma bütün bu biabırçılıqların memarı, rəzalətin əsas səbəbkarı olan Zaur Axundov ayıbları ilə kifayətlənmək, günahını boynuna alıb, susmaq niyyətində deyil. Danışır və danışdıqca da özünü batırmaqda davam edir. Sanki heç bir qəbahətə yol verməyib. Federasiya prezidentinin son müsahibəsindən bir sitata diqqət edin: "Lazım gəlsə, Azərbaycan bayrağının yüksəldilməsi və himnimizin səsləndirilməsi üçün yığma komandada hindular və çukçalar da oynayacaq. Komandada kimin oynamasından asılı olmayaraq, tarixdə nəticə qalır”.
 
Səhv edirsiz, cənab Axundov. Tarixdə sizin Azərbaycan futzalını necə məhv etməyiniz, azərbaycanlı balalarını ölkədən perik salıb, braziliyalılara qucaq açmağınız qalacaq. Yalançı uğurunuz, aldadıcı və ötəri nəticələriniz heç kimin yadına düşməyəcək. Azərbaycan xalqının yetərincə dəyərli və istedadlı övladları var ki, onlar bayrağımızı da yüksəltməyə, himnimizi də səsləndirməyə də hazırdılar. Yetər ki, siz bizim bayrağımızdan əlinizi çəkin, himnimizi və millimizi rahat buraxın. Gedin "Keşlə”nin bayrağını kimin əliylə yüksəltmək istəyirsizsə, yüksəldin. Milli komanda ilə belə davranmağa ixtiyarınız yoxdu. Bizi hinduların və çukçaların ayağına verməyin!
 
mənbə: sport7.az
 
P.S.: Fransa üzərində qələbədən sonra dil-dil ötən AFFA-nın vitse-prezidenti Rauf Əliyev gözə görünmür. Ancaq xarici səfərlərdə görünən, assosiasiyanın maliyyəsi hesabına dünyanı gəzməklə işini bitmiş sayan bu məmur niyə susub görəsən? Qələbə olanda gözə girənlər məğlubiyyət reallaşanda siçan deşiyi axtarır.

 
tarix: 09-02-2018 12:23


 
Xəbər lenti
21.04.2018

17:24   “Keşlə” “Zirə”yə qalib gəlir - YENİLƏNİR

17:04   Tilsim qırıldı: “Neftçi” cari mövsümdə ilk dəfə…

16:45   Manjqaladze: “Sonuncu yerə layiq deyilik”

16:33   “Sabah” çempionu səfərdə darmadağın etdi - VİDEO

16:15   “Qəbələ”nin “Neftçi” ilə 45-ci dueli

15:35   400 min avro qazanacaqlar - Dünya çempionu olsalar

12:55   Balotelli Fransa klubunu tərk edir: “Beş oyunum qalıb”

11:49   “Beşiktaş”ın prezidenti Bakıya gəlir

11:00   “eTopaz”da günün canlı oyunları

10:32   Millimizin üzvü oynadı, komandası qalib gəldi

10:00   “TOPAZ”DA BU GÜN

09:31   La Liqa klubu baş məşqçisini qovdu

01:29   Lion “Olimpik”i 3 xalı 5 qolla qazandı - VİDEOLAR

01:18   İlk oyunda heç-heçə - VİDEO

00:38   “Başakşəhər”dən inamlı qələbə

00:24   “Borussiya” 3 xalı 3 qolla qazandı - VİDEO

20.04.2018

23:49  “Sumqayıt” kapitansız başladı - “Qarabağ” üçün

23:06  Əliyar Ağayevdən MS - “Barselona” matçında 5 sarı, 1 qırmızı vərəqə

19:14  Millimiz Xorvatiyaya penaltilərlə uduzdu

18:45  “Xəzər”dən “Binə”yə 3 cavabsız qol - VİDEO 

18:21  “Xəzər” “Binə”ni, “Sabah” çempionu darmadağın etdi

18:09  Əvəzedici heyətlər: 24-cü turun hakimləri

17:55  Topaz Premyer Liqası: 24-cü turun hakim təyinatları açıqlandı

17:29  Əhmədovun istefa vədinin pərdəarxası

16:06  Azərbaycan kubokunda 14 komanda

15:30  “Sumqayıt” - “Qarabağ” matçı da canlı yayımlanacaq

15:05  Yaşasaydı, bu gün 60 yaşı tamam olacaqdı…

14:46  “Mil-Muğan” - “Zaqatala” matçında heç-heçə - VİDEO

14:01  “Arsenal”da Venger dövrü sona çatdı!

13:30  “Ağsu” - MOİK matçında 4 qol - VİDEO

13:12  Millimiz UEFA İnkişaf turnirində Türkiyə və Gürcüstana qarşı

12:57  Elxan Məmmədov Nyona yollandı

12:45  Yayım problemi: klubların məsuliyyətsizliyi, yoxsa...?

12:38  “Fənərbaxça”ya texniki məğlubiyyət veriləcək

12:21  Ukraynalı jurnalistlər həmyerlilərini qarşılaşdırdı – 2:1

11:42  “Kəpəz”in zədəli legionerindən xəbər var

11:27  PFL klubları günahkar çıxardı: "Nə CBC Sport"un, nə də bizim problemdir"

11:12  “Malaqa” vidalaşdı

11:07  “eTopaz”da günün canlı oyunları

11:00  Finaldakı Maksimus

10:51  "Qarabağ"ın çempionluq matçı canlı yayımlanmır?!

10:00  “TOPAZ”DA BU GÜN

09:01  3 vəsiqə, 5 namizəd

01:30  “Atletiko” darmadağına üzüldü - VİDEOLAR

00:55  “Çelsi”dən səfərdə çətin qələbə - VİDEOLAR

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az