(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Qurban Qurbanov: “Bu oyunda sadəcə, qol çatışmadı”

Qurban Qurbanov: “Bu oyunda sadəcə, qol çatışmadı”

Azərbaycan Premyer Liqasının 15-ci turunda evdə “Qəbələ” ilə qolsuz bərabərə qalan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Futbolinfo.az xəbər verir ki, Qurbanov əvvəlcə oyunla bağlı fikirlərini bildirib:

- Maraqlı oyun alındı. Yaxşı oyun izlədik. Hər iki komanda maraqlı oyun sərgilədi. Komandamdan razı qadım. Meydanda çox düşündülər. “Qəbələ”yə isə gələn oyunlarda uğurlar arzulayıram. Bu oyunda sadəcə, qol çatışmadı. Oyunçular hazırlıqdan yeni qayıtmışdılar. İkinci hissədə daha yaxşı oynadıq. Qarşıdakı vaxtda oyunumuzu daha da təkmilləşdirməyə çalışacağıq.

- Ramil Şeydayev yenə ehtiyatda qaldı. Bu oyunçuda nə çatışmır?
- Futbol elədi ki, ola bilsin, bir oyunçu bütün mövsümdə şans qazansın. Ramil öz üzərində çox çalışan oyunçudu. Bizim futbolçulardan öz tələblərimiz var. Bu gün oyunun gedişatı bunu tələb etdi. Oyunçu var ki, komandaya tez uyğunlaşır. Bəzi oyunçular da var ki, onlara vaxt lazımdı. Təəssüf ki, hələ onda alınmır. Ona inamım böyükdü. Əsas odu, onda istək var.

- Bir də, oyundan sonra azarkeşlərlə nə danışdız?
- Azarkeşlərimizi həmişə rəğbətlə qarşılamışam. 20-25 yaşlı uşaqlar "Qurban, Qurban" deyə qışqırırdılar. Etirazım buna idi. Gənc yaşda belə kiçik etiraz... Yenə də azarkeşlərə sağ ol deyirəm. Məncə, diqqətli olsalar, daha yaxşı olar.

- Qışda komandaya transfer etmədiz. Bu, çempionluğa oynayan komanda üçün problem olmayacaq ki?
- Heyətimiz elə də kasad deyil. Qara Qarayev, Miçel, Əfran İsmayılov zədəli idi. Onlar tam sağalandan sonra daha yaxşı olacaq. Qarşıda cəmi 14 oyunumuz var. Avroliqa, Çempionlar Liqasında mübarizə apardığımız zaman oyunçuya daha çox ehtiyacımız var idi. Düzdü, 2 transfer etmək istəyirdik. Lakin təəssüf ki, alınmadı.

- Bu gün meydanda millinin də üzvləri var idi. Onların oyununu necə dəyərləndirirsiz?
- Hazırlıq müddəti yeni bitib. Bunu nəzərə alsaq, milli üzvlərinin oyununu yaxşı dəyərləndirərdim. Meydanda yaxşı sürət, yaxşı mübarizə gördüm.

- Bu oyuna millinin baş məşqçisi kimi də baxa bildiz?
- Xeyr.

- Köməkçiniz Namiq Yusifovun komandadan göndərilməsinin səbəbi nədi?
- Bundan öncə də məşqçilər işdən çıxarılıb. Kimi tələblərimizə uyğun olmayıb, kimi isə başqa fikirdə olub. Namiq tələblərimizə uyğun olmadı. Bizim iş prinspilərimizdə bəzən bir məşqçi 3 saat yox, laızm olduqda 8 saat da işləməlidi. Buna görə, onunla yollarımızı ayırdıq. Bu, elə işdi ki, bu gün burdayıq, sabah burda olmaya bilərik.

- “Qarabağ”ın aşağı yaş qruplarında çalışa bilər?
- Bildiyim qədər onun C kateqoriyası var. İşləmək üçün təhsil almaq lazımdı. Futbolçu olan hər bir insan məşqçi işləyə bilməz. Ola bilsin, gələcəkdə təhsil alar, oxuyar ondan sonra bu barədə danışa bilərik.

- Yaroslav Deda Antalyaya əsas komanda ilə yollanmışdı. Onun əsas komandaya keçməsi ehtimalı var? 
- Gələcəkdə özünü yaxşı göstərsə, komandaya götürülə bilər. Ümumiyyətlə hər bir gənc futbolçu nəzarətimizdədi. 

- Nicat Süleymanov necə, əsas komandada möhkəmlənə bilər?
- Onun əzmkarlığı, çox çalışması xoşuma gəlir. Öz üzərində çalışsa, gələcəkdə əsas komandada çıxış edə bilər. Yaxşı mübarizə aparır, çalışır. Təkcə o yox, 4-5 gənc futbolçu var ki, onların inkişafına da vaxt ayırırıq. (Komanda)


 
tarix: 10-02-2018 21:38


 
Xəbər lenti
21.04.2018

17:24   “Keşlə” “Zirə”yə qalib gəlir - YENİLƏNİR

17:04   Tilsim qırıldı: “Neftçi” cari mövsümdə ilk dəfə…

16:45   Manjqaladze: “Sonuncu yerə layiq deyilik”

16:33   “Sabah” çempionu səfərdə darmadağın etdi - VİDEO

16:15   “Qəbələ”nin “Neftçi” ilə 45-ci dueli

15:35   400 min avro qazanacaqlar - Dünya çempionu olsalar

12:55   Balotelli Fransa klubunu tərk edir: “Beş oyunum qalıb”

11:49   “Beşiktaş”ın prezidenti Bakıya gəlir

11:00   “eTopaz”da günün canlı oyunları

10:32   Millimizin üzvü oynadı, komandası qalib gəldi

10:00   “TOPAZ”DA BU GÜN

09:31   La Liqa klubu baş məşqçisini qovdu

01:29   Lion “Olimpik”i 3 xalı 5 qolla qazandı - VİDEOLAR

01:18   İlk oyunda heç-heçə - VİDEO

00:38   “Başakşəhər”dən inamlı qələbə

00:24   “Borussiya” 3 xalı 3 qolla qazandı - VİDEO

20.04.2018

23:49  “Sumqayıt” kapitansız başladı - “Qarabağ” üçün

23:06  Əliyar Ağayevdən MS - “Barselona” matçında 5 sarı, 1 qırmızı vərəqə

19:14  Millimiz Xorvatiyaya penaltilərlə uduzdu

18:45  “Xəzər”dən “Binə”yə 3 cavabsız qol - VİDEO 

18:21  “Xəzər” “Binə”ni, “Sabah” çempionu darmadağın etdi

18:09  Əvəzedici heyətlər: 24-cü turun hakimləri

17:55  Topaz Premyer Liqası: 24-cü turun hakim təyinatları açıqlandı

17:29  Əhmədovun istefa vədinin pərdəarxası

16:06  Azərbaycan kubokunda 14 komanda

15:30  “Sumqayıt” - “Qarabağ” matçı da canlı yayımlanacaq

15:05  Yaşasaydı, bu gün 60 yaşı tamam olacaqdı…

14:46  “Mil-Muğan” - “Zaqatala” matçında heç-heçə - VİDEO

14:01  “Arsenal”da Venger dövrü sona çatdı!

13:30  “Ağsu” - MOİK matçında 4 qol - VİDEO

13:12  Millimiz UEFA İnkişaf turnirində Türkiyə və Gürcüstana qarşı

12:57  Elxan Məmmədov Nyona yollandı

12:45  Yayım problemi: klubların məsuliyyətsizliyi, yoxsa...?

12:38  “Fənərbaxça”ya texniki məğlubiyyət veriləcək

12:21  Ukraynalı jurnalistlər həmyerlilərini qarşılaşdırdı – 2:1

11:42  “Kəpəz”in zədəli legionerindən xəbər var

11:27  PFL klubları günahkar çıxardı: "Nə CBC Sport"un, nə də bizim problemdir"

11:12  “Malaqa” vidalaşdı

11:07  “eTopaz”da günün canlı oyunları

11:00  Finaldakı Maksimus

10:51  "Qarabağ"ın çempionluq matçı canlı yayımlanmır?!

10:00  “TOPAZ”DA BU GÜN

09:01  3 vəsiqə, 5 namizəd

01:30  “Atletiko” darmadağına üzüldü - VİDEOLAR

00:55  “Çelsi”dən səfərdə çətin qələbə - VİDEOLAR

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az