(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Yunis Hüseynov: “Narazı qaldığım yeganə məqam qol buraxmağımız oldu”

Yunis Hüseynov: “Narazı qaldığım yeganə məqam qol buraxmağımız oldu”

Azərbaycan Premyer Liqasının 15-ci turunda səfərdə “Neftçi”yə uduzan (0:1) “Kəpəz”in baş məşqçisi Yunis Hüseynov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Futbolinfo.az xəbər verir ki, Hüseynov əvvəlvə matçla bağlı fikirlərini bildirib:

- Bu gün yeni “Kəpəz” gördük. Komandada bir çox dəyişiklik olub. Buna baxmayaraq, futbolçuların oyunundan razı qaldım. Düzdü, rəqib mərkəzi ələ keçirmişdi. Lakin buna özümüz şərait yaratmışdıq. “Neftçi” qapımızda yüzfaizli qol vəziyyəti yarada bilmirdi. 20-ci dəqiqədə qol buraxsaydıq, təəssüflənməzdim. Lakin son dəqiqədə buraxılan qol təsir edir. Məncə, bu gün oyunun ədalətli nəticəsi heç-heçə idi. Fikrimcə, komanda daha bir-iki turdan sonra komanda tam komplektləşəcək.

- Dario Frederiko bu gün oyunun iştirak nəticəsinə salınmamışdı...
- Bunun günahı bizdə deyil. O, sonuncu dəfə Koreya klubunda çıxış edib. Onun qeydiyyatı ilə bağlı icazəni gec verdilər. Bu gün meydanda olsaydı, oyun fərqli ola bilərdi.

- Sanki Dieqo Souzanın artıq çəkisi var idi...
- Onun artıq çəkisi yoxdu. Biz hər gün futbolçuların çəkisini ölçürük. Hansı futbolçunun artıq çəkisi varsa, ona cəza veririk. Dieqonun bədən quruluşu belədi. “Xəzər Lənkəran”da oynayanda da bu cür çəkisi var idi.

- Bu gün komandanı meydana qələbə üçün çıxarmışdız?
- Əlbəttə, sadəcə, komanda hələ yenidi. Buna görə, hələ tam istədiyim oyunu sərgiləyə bilmir. Belə deyim, komanda 70 faiz hazırdı.

- Vinçesteri erkən əvəzləməyinizə səbəb nə idi?
- Vinçester komandaya yeni qoşulub. Onu meydana buraxmaqla, təcrübəsindən yararlanmaq istədim. Ancaq hələ komandaya tam uyğunlaşmayıb.

- Artıq yeni komanda formalaşdırmısız...
- Yeni komandanın oyunu mənim xoşuma gəldi. Fikrimcə, vaxt keçdikcə daha yaxşı olacaq.

- Antalyada komandanın oyununu Darionun üzərində qurmuşduz. Bu, çempionatda da belə olacaq?
- Antalyada keçirdiyimiz oyunların heç də hamısında oyunu Darionun üzərində qurmamışdıq. Fikrimcə, bu gün meydana çıxsaydı, nəticə başqa cür olardı.

- Komandadan razı qaldığınızı dediz, bəs narazı qaldığınız məqamlar nələrdi?
- Bircə narazı qaldığım məqam, qol buraxmağımız oldu. Həmin epizodda da uşaqlar dedilər ki, ofsayd olduğunu zənn ediblər. Ancaq belə epizodlarda əli havaya qaldırmaq yox, oynamaq lazımdı.

- Reqlamentə görə, çempionatda 8-ci yeri tutan komanda aşağı liqaya düşməlidi. Ancaq ola bilsin, növbəti mövsümdən Premyer Liqada komanda sayı çoxaldılsın və 8-ci yeri tutan komanda yüksək liqada qalsın...
- Bu barədə siz daha yaxşı bilərsiz (gülür). Mənim bu barədə heç bir məlumatım yoxdu. Sadəcə, çalışacam ki, komanda ən azı çempionatı axırdan ikinci pillədə başa vursun və yüksək liqada yerini qoruyub saxlasın. (Komanda)


 
tarix: 11-02-2018 19:53


 
Xəbər lenti
17.02.2019

01:41   “Barselona” və “Atletiko”ya 1 qol bəs etdi

01:30   “Milan” “Atalanta”ya səfərdə qalib gəldi

01:14   Meydan sahibləri üçün növbəti uğurlu gün

00:55   “Mançester Siti” darmadağınla 1/4 finalda

16.02.2019

23:53  “Leyptsiq”dən səfərdə inamlı qələbə

23:45  “Fənərbaxça” evdə xal itirdi

21:23  “Neftçi”nin futbolçusu “Qəbələ”yə azarkeşlik edəcək

21:22  “Neftçi”də ciddi itki

20:57  Stuxlikin uduzdurduğu “Sumqayıt”

20:48  “Neftçi” belə xal itirdi - VİDEO

20:24  Abbasovun istefa qərarı son anda dəyişdi

20:14  “Onu özüm gətirmişəm, zəif olduğun deyə bilmərəm”

20:02  Roberto Bordin: “2 xal itirdik”

19:48  “Qarabağ”dan yeni endirim

19:23  “Neftçi” Zirədə büdrədi

18:43  “Sumqayıt”dan daha bir transfer - RƏSMİ

18:25  “Keşlə”nin “Sumqayıt” üzərində qələbəsi - VİDEO

17:30  Ayxan Abbasov: “Azarkeşlərə cavab vermək çətindi”

17:18  “Kiminsə bədbəxtliyi üzərində xoşbəxtlik qurmaq olmaz”

16:47  “Sumqayıt” “Keşlə”yə məğlub oldu

16:07  “Keşlə” - “Sumqayıt” matçının baş hakimi fasilədə əvəzləndi

15:01  Naninin yeni klubu məlum oldu

13:20  “Səbail”də nigeriyalı forvard - RƏSMİ

13:03  “Neftçi” yeni transferini sifariş etdi

12:42  Premyer Liqa klubunda iki yeni müqavilə

11:07  Kamran Quliyev – “like”?

11:00  “Qarabağ” yenə Miçelsiz hazırlaşır

10:32  Əliyev İspaniya klubu ilə heç-heçəni kənardan izlədi

10:00  Dəniz Yılmaz oynadı, komandası qalib gəldi

09:32  “Traktorsazi”yə 1 qol bəs etdi

09:17  Ziya Əzizovsuz məhsuldar heç-heçə

09:00  Limitlə uyğun gəlməyən legioner bolluğu

02:23  İlk 1/4 finalçı bəlli oldu

02:04  Meydan sahiblərinin günü

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az