(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Tərlan Əhmədov: “Mən heç kimə əsas heyətdə yer söz vermirəm”

Tərlan Əhmədov: “Mən heç kimə əsas heyətdə yer söz vermirəm”

Azərbaycan Premyer Liqasının 15-ci turunda evdə “Kəpəz”i məğlub edən (1:0) “Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Futbolinfo.az xəbər verir ki, Əhmədov öncə oyunla bağlı fikirlərini bildirib:

- Məqsədimiz qələbə qazanmaq idi, buna da nail olduq. Bir neçə qol fürsətimiz olsa da, dəyərləndirə bilmədik. Ancaq futbolçuları göstərdikləri oyuna görə təbrik edirəm.

- Artıq neçənci dəfədi ki, Mirabdulla Abbasov oyuna sonradan çıxsa da, komandaya qələbə qazandırır. Onun start heyətində meydana çıxmamasına səbəb nədi?
- Bunu əvvəl də demişdim. Mirabdulla 20-25 dəqiqə mübarizə apara bilir. “Zirə” ilə oyunda da qol vurduqdan sonra meydanda görünmədi. Onun potensialı çox böyükdü. Ancaq 90 dəqiqə oynamağa hazır deyil. Sonradan meydana çıxanda isə komandaya xeyri dəyir. Bu gün də onu sonradan meydana buraxdım və komandaya qələbə qazandırdı. Ümumiyyətlə, bizim hücum xəttində ciddi problemlərimiz var.

- Aqil Məmmədov qışda komandaya cəlb edilsə də, qısa müddət sonra komandadan ayrıldı...
- Bu sualın cavabında onu deyə bilərəm ki, mən komandada heç kimə əsas heyətdə yer söz vermirəm. 

- Qış fasiləsində bir çox tənqidlərə məruz qaldız. Demək olar ki, bu qələbə ilə bu tənqidlərə cavab verdiz?
- Mənim şəxsi həyatıma qarışmağa heç kimin haqqı yoxdu. Mənim işimə qiymət versinlər. Bu gün uduzsaq, məni tənqid etsələr, razıyam. “SKA-Xabarovsk”a 1:8 uduzanda, tənqid olundum. Buna heç nə demirəm. Həmin oyundakı səhvlərimdən nəticə çıxardım. Bugünkü oyundan çox razı qaldım. Bir də deyirəm, heç kimin mənim şəxsi həyatıma qarışmağa haqqı yoxdu.  

- Növbəti turda “Sumqayıt”la qarşılaşırsız...
- Artıq bu oyunu yaddan çıxarıb, “Sumqayıt”la oyuna köklənməliyik. Tək bu matç heç nəyi həll etməyəcək. Qarşıda 13 oyunumuz var. Hər bir oyun önəmlidi. Mən bu komandanı qəbul edəndə, cəmi bir xalımız var idi. Ancaq indi bir xeyli irəliləmişik. Sumqayıtda süni örtükdə oynayacağıq. Bu,çətinlik yarada bilər.

- Bir neçə gün öncə “Forza Neftçi” fan-klubunun 9 yaşı tamam oldu. Bu qələbəni onlara həsr etdiyinizi demək olar?
- Əlbəttə, bu, onların qələbəsidi. Əvvəlcədən də demişdim ki, çalışacağıq, bu gün onları qələbə ilə sevindirək.

- Hakimin idarəçiliyindən razı qaldız?
- Səhvsiz insan yoxdu. Sadəcə, mən istəyirəm ki, hakim meydanda çox fit çalmasın. Belə olanda, oyunun tempi aşağı düşür. Buna görə, bəzən olur ki, hakimlərə sərt etiraz edim. Ancaq hakimləri də başa düşmək olar. Hamı öz işini görür. (Komanda)


 
tarix: 11-02-2018 20:01


 
Xəbər lenti
10.12.2018

12:00   “Fənərbaxça” tarixində ilk

11:30   Millimizin sabiq forvardı üçün 85 dəqiqə və 1 xal

11:00   Ufuk Budak oynadı, “Boluspor” uduzdu

10:45   Əliyevin komandasından “Krasnodar”la heç-heçə

10:30   Elxan Məmmədovun 2020 vədi

10:15   Libertadores Kubokunu “River Pleyt” qazandı

10:00   “eTopaz”da günün canlı oyunları

09:45   İsrafilovun komandası zirvəni əldən verdi

09:30   Paşayev oynadı, komandası məğlub oldu

09:15   “Neftçi” Karikarini yola salmaq istəyir

09:00   Qış yuxusuna gedərkən: zirvədə və zirzəmidə qiyabi döyüş

02:06   “Real”a 1 qol bəs etdi

01:42   “Milan” ev oyununda xal itirdi

01:01   Soni Mustivar: “Bir xal qazanmadıq, iki xal itirdik”

00:30   “Borussiya” “Ştutqart”ı darmadağın etdi

00:16   “Qarabağ”dan 6 cavabsız qol - VİDEO

00:01   Rəhman Hacıyev: “Hər bir xal bizim üçün çox önəmlidi”

09.12.2018

23:58  “Nyukasl” doğma meydanda uduzdu

23:52  “Fənərbaxça” darmadağın oldu

22:59  “Neftçi” ili xal itkisi ilə başa vurdu - VİDEO

22:48  “Sabah” - “Keşlə” matçında 3 qol - VİDEO

22:47  Qurban Qurbanova maksimum şərait yaradılacaq

22:46  Rəşad Sadıqov: “Əziyyətimiz Azərbaycan futbolunun halal xoşu olsun”

22:27  Ayxan Abbasov: “Onların əziyyətinin boşa getməsini istəmədim”

22:19  Samir Abasov: “Tamadalıq etmək istəmirəm”

22:09  Qurban Qurbanov: “Milli ilə məğlubiyyətlərdən sonra kefimiz pozulurdu”

22:08  Roberto Bordin: “Ənənəvi hücumları qura bilmədik”

21:29  “Neftçi” xal itirdi, “Qarabağ” 6 qola sevindi

21:10  “Səbail”lə “Qəbələ”dən heç-heçə - VİDEO

21:03  Aftandil Hacıyev: “Belə getsə, çempion son turda bəlli olacaq”

20:57  Sənan Qurbanov: “Qışdan sonra qələbələri sıralayacağıq”

20:19  “Neftçi” üçün yeni sponsor

19:16  Kamran Ağayev: “Futbolu bilən yeganə insan Qurbanov idi, o da getdi”

18:43  Elşad Əhmədov: “Bu heyəti məcburiyyətdən qurmuşduq”

18:38  Tərlan Əhmədov: “Onun oyunundan razı deyiləm”

15:23  Şeydayev Rusiyada dava saldı - VİDEO

14:27  Mahmudov oynadı, “Frankfurt” yenə uduzdu

13:45  Eratın komandasından inamlı qələbə

11:50  Dadaşov üçün 80 dəqiqə və 3 xal

11:00  Şeydayev Quliyevin komandası üzərində qələbəyə sevindi

10:00  “eTopaz”da günün canlı oyunları

02:29  “Barselona” 3 xalı 4 qolla qazandı

02:12  “Mançester Siti” ilk məğlubiyyətini “Çelsi”dən aldı

01:49  “Napoli”dən darmadağın, “Roma”dan xal itkisi

01:28  “Renn” evdə, “Amyen” səfərdə qələbə qazandı

00:27  “Qarabağ”ın rəqibinə 1 qol bəs etdi

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az