(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Yeni qazon sıradan çıxdı: “Kəpəz” Gəncədə oynamaq istəmir

Yeni qazon sıradan çıxdı: “Kəpəz” Gəncədə oynamaq istəmir

“Kəpəz” Premyer Liqanın təqvimini yenə qarışdırmaq istəyir. Gəncəlilər 1-ci dövrədə olduğu kimi, təxirəsalmalarla vəziyyətdən çıxmağa çalışır.
 
Futbolinfo.az saytının əldə etdiyi məlumata görə, bu gün Qərb klubu Peşəkar Futbol Liqasına rəsmən müraciət edəcək. Gəncəlilərin məqsədi 16-cı turun “Keşlə” ilə ev oyununu təxirə saldırmaqdı. Ən pis halda “Kəpəz” qarşıdakı turda – fevralın 18-də səfərdə oynamaq, əvəzində 4-cü dövrədə meydan sahibi olmağı arzulayır. PFL-in hansı cavabı verəcəyi bəlli deyil, qurum rəsmi müraciətdən sonra bu məsələyə baxacaq.
 
Xatırlayırsızsa, “Kəpəz” ilk dövrədə “Zirə”ni Yevlaxda qəbul etmiş, qalan bütün rəqibləri ilə isə razılaşaraq səfərdə oynamışdı. Əvəzində 2-ci dövrədə Gəncədəki oyunlar reallaşmışdı. Buna səbəb şəhər stadionunun qazonunun dəyişdirilməsi idi.
 
İndiki təxirəsalma və ya yerdəyişmə istəyinin səbəbi də oxşardı. Hazırda Gəncə stadionunun qazonu arzuolunmaz vəziyyətdədi. Saralmış qazon hətta məşq etmək üçün də yararsızdı. Oyunun canlı yayınlaması qazonun durumunu geniş auditoriyanın görməsinə səbəb olacaq. Bu səbəbdən “Kəpəz” rəhbərliyi ot örtüyü yaşıllaşana kimi ev oyunlarından qaçmağa çalışır.
 
Yararsız qazonlu stadionlarda indiyədək də çox oyun keçirilib. Lakin bu dəfə vəziyyət başqadı. Arenanın təmirindən yarım il ötməyib, amma indidən qazon yarıtmaz vəziyyətdədi. Həmin meydanda futbol oynansa və bunu tamaşaçı kütləsi görsə, istər-istəməz suallar sıralanacaq. Axı, AFFA-nın büdcəsindən bura 650 min manat xərclənib. İsitmə sistemi quraşdırılmayıb və qazon bu hala düşübsə, o zaman həmin 650 minin hara xərcləndiyinin detallı açıqlaması verilməlidi. Hətta hansısa yeyinti yoxdusa, bu səviyyəli təmir, qışın yüngülvari soyuğuna dözməyən qazon kimə lazımdı? Gözdən pərdə asmaq üçün edilən təmirlə AFFA kimi aldadır?
 
Bütün bu söhbətlərin qarşısını almaq üçün funksionerlər oyunun təxirə salınmasını istəyir. PFL-in verəcəyi cavab çox maraqlıdı. İzləyirik...
 
AĞA
 
P.S.: Gəncəylə bağlı hansısa problem ortaya çıxan kimi Mikayıl Nərimanoğlu yada düşür. AFFA-nın sabiq mətbuat katibi, “Kəpəz”in Müşahidə Şurasına sədr müavini kimi göndərilən bu şəxs külli miqdarda yeyinti ittihamı ilə sıradan çıxdı. Deyəsən, yenə onun ruhuna salavat zikr etməli olacağıq.
 
P.P.S.: AFFA əli çatan bütün arenaların qazonunu baş katib Elxan Məmmədovun şərik olduğu məlum şirkətə tapşırır. Görəsən, vaxtilə “Bakcell Arena”nı yamyaşıl rəngləyən qardaşların “kraska”sı qurtarıb, yoxsa bu üsul dəbdən düşüb?

 
tarix: 12-02-2018 09:00


 
Xəbər lenti
15.10.2018

18:33   “Neftçi” məşqləri bərpa etdi

18:24   “Qəbələ” “Neftçi” ilə oyuna Bakıda hazırlaşır

18:02   Qvineya yığmasının üzvü “Neftçi”də - FOTO

17:25   5 liqada 3584 futbolçu

17:12   Bakıda AÇ-2020-nin oyunlarına hazırlıqla bağlı tədbir keçirildi

16:39   Əsgərov dubl etdi, komandası 6 qola sevindi

16:28   “Vorskla” da ermənini Bakıya gətirməyəcək

15:35   Sabiq “Xəzər Lənkəran”lı “Dinamo”nun baş məşqçisi oldu

14:55   Topaz Premyer Liqasında 8-ci turun oyun cədvəli

14:46   “Qarabağ”ın rəqibinin futbolçusu milli karyerasını bitirdi

14:12   Tovuzda uşaq istismarı: gec gələn tribunada soyunur

14:05   Riçard Almeyda yenidən zirvədə

13:25   Birinci Divizionda 7-ci tur: Oyunların vaxtı açıqlandı

13:15   İspaniya İngiltərəyə qarşı - YENİLƏNİR

13:04   Yığma komandada baş məşqçi istefası

12:55   “Azərbaycan millisi qocadır” - “Qarabağ”a rəqib olan futbolçu

12:28   “Topaz”: İspaniyaya yarımfinal üçün bir xal lazım

12:25   Hoqq Kosovonu daha şanslı sayır

12:19   "Mənə o yaşda Mahirdən güclü azərbaycanlı futbolçu adı çəkin!"

12:14   Mahmudov millidən ayrıldı

12:07   Ruslar millimizin bəxtsizliyindən yazır

11:50   Qurbanlıq Mahir

11:21   Türkiyə Rusiyaya belə məğlub oldu - VİDEO

11:00   Şotlandiya - Portuqaliya matçında 4 qol - VİDEO

10:30   “eTopaz”da günün canlı oyunları

10:00   İtaliya Polşaya belə qalib gəldi - VİDEO

09:30   Millimizin rəqiblərindən hərəyə 1 qol, 1 xal - VİDEO

09:00   “Qəbələ”nin futbolçusu İsrailə məğlubiyyətə üzüldü - VİDEO

00:44   Türkiyə Rusiyaya uduzdu, İtaliyadan ilk qələbə

14.10.2018

23:45  Azərbaycan - Malta 1:1 - FOTOLAR

23:28  Millimiz Malta ilə yenə 1:1-ə razılaşdı - VİDEO

23:10  “Sizi əmin edirəm ki, bu futbolçular hər iki oyunda canlarını qoydular”

22:38  “Komandamın oyunundan çox razı qaldım”

21:55  Millimiz Maltaya Bakıda da qalib gələ bilmədi

17:17  Dadaşov oynadı, “Eştoril” xal itirdi

15:41  “Qarabağ” - “Vorskla” matçına nə qədər bilet satılıb?

15:00  Moldovalı Riçard Almeydanı qabaqladı - UML

14:40  Qurban Qurbanov üçün yubiley

14:31  Millimizin oyununa nə qədər bilet satılıb?

13:02  Norveç - Azərbaycan matçının hakimləri bəlli oldu

11:47  Topaz: Millimizin oyunu həm “təkli”, həm də canlı

11:00  Gürcüstan millisindən darmadağın - VİDEO

10:30  “eTopaz”da günün canlı oyunları

10:00  Cəbəllütariqin tarixi qələbəsi - VİDEO

09:30  Hollandiya Almaniya yığmasını belə biabır etdi - VİDEO

09:00  Slavçevli Bolqarıstan yığmasından ardıcıl 3-cü qələbə - VİDEO

00:39  Cəbəllütariqdən tarixi qələbə, Almaniya Hollandiyaya uduzdu

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az