(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Namiq Məmmədkərimov: “Hər şey özümüzdən asılıdı”

Namiq Məmmədkərimov: “Hər şey özümüzdən asılıdı”

Futzal üzrə Azərbaycan millisinin və EKOL klubunun üzvü Namiq Məmmədkərimov federasiyanın mətbuat xidmətinə müsahibə verib.

Futbolinfo.az həmin müsahibəni təqdim edir:

- Avropa çempionatına nə üçün gəlmişdik, nə ilə dönürük?
- Təbii ki, bizim üçün bu yarışda ən vacib oyun Fransa ilə qarşılaşma idi. Çünki qrupdan çıxmaq və mübarizəni davam etdirmək üçün bu matç həlledici rol oynayırdı. Çətin oyun oldu, ancaq yekunda məqsədimizə nail olduq. Növbəti rəqiblərimiz ardıcıl olaraq turnirin ən güclüləri oldular. Əslində, İspaniya ilə oyunda bəlkə də düzgün strategiya seçmədik. Minimalhesabla məğlub olduğumuz oyunda az güc sərf etməli idik. Baş məşqçi birinci matçda şans vermədiyi və ya az oynatdığı futzalçıları meydana buraxmalı və beləliklə həm də üçüncü oyuna hazırlaşmalı idik. Portuqaliya ilə qarşılaşmada kobud səhvlərə yol verdik və fasiləyə 3 top fərqi ilə yenik yollandıq. Oyunun nəbzini tuta bilmədik. Təbii ki, bu cür rəqiblə bu fərqi aradan qaldırmaq çox çətin idi. İkinci hissədə də toparlana bilmədik. 5-in 4-ə oynadıq və qollar buraxmaqda davam etdik. Bir sözlə, istəyimizə nail olmadıq.

- Portuqaliya ilə oyunda demək olar, bütün oyunçular meydana çıxdı. Amma heç nə dəyişmədi.
- Artıq gec idi. Mən son dəqiqələrdə meydana daxil oldum və hesab 1:8 idi. Digər oyunçular da həmçinin. Yəni meydana çıxanda oyunu da korlamadılar. Bu oyunlarda əsas güc 6-7 nəfərə düşdü.

- Millinin nəticəsini qənaətbəxş hesab etmək olarmı?
- Minimum tapşırıq qrup mərhələsindən 1/4 finala yüksəlmək idi. Komanda bu tapşırığın öhdəsindən gəldi. Məncə, nəticə pis deyil. Düzdü, daha artığını qazanmaq istəyirdik. Ancaq yekun göstərdi ki, Portuqaliya da çox güclüdü. Üstəlik, biz son iki oyunumuzu çempionatın qalibinə və finalçısına qarşı keçirdik.

- 2010-cu ildə də qitə birinciliyinə qatılmısan. Aradan keçən 8 ildə nələr dəyişib?
- Onda debüt ilimiz idi Avropa çempionatında. Komanda bir nöqtəyə vururdu. Baş məşqçimiz yenə Alesio idi. Həmin çempionatda da oynamaq üçün az şans qazanmışdım. Ancaq nəticə komanda üçün uğurlu alındı, sona qalan 4 komandadan biri olduq. Məncə, həmin çempionatdakı heyətimiz indikindən dəfələrlə güclü idi. Bunu nəticə də sübut edir.

- İki gündən sonra isə Yüksək Liqanın oyunları başlayır. EKOL mövsümün ikinci yarısına hazırdırmı?
- Mən, Emin Kürdov və Samir Həmzəyev yanvarın 10-dan millinin düşərgəsində olduq. Buna görə də komandanın hazırlığında iştirak edə bilmədik. Fasilə zamanı EKOL Qubada təlim-məşq toplanışı keçirdi, yoxlama oyunlarında gücünü sınadı. Kapitan kimi, mütəmadi olaraq əlaqə saxlayırdım. Gündə 2 dəfə məşqlər keçirdilər. Həm də fasilədən sonra “Araz”la qarşılaşacağımızdan, məsuliyyət bir qədər də artıb. Bu oyunda rəqibə müqavimət göstərib, xal qazanmaq istəyirik.

- Birinci və ikinci dövrədə eyni hesabla (1:2) yenilmisiniz. Bu dəfə uğursuz sindromu qırmaq olacaqmı?
- Oyuna yaxşı köklənsək, xal qazanmaq olar. Bizim üçün də bu, əhəmiyyətlidi.

- “Araz”ın oyunçuları millinin düşərgəsində Avropa çempionatında iştirak edib. Rəqib futzalçılardakı həm fiziki yorğunluq, həm də psixoloji gərginlik EKOL-un xeyrinə işləyə bilərmi?
- Mən də düşünürəm ki, yorğunluq “Araz”ın oyununda hiss olunacaq. Qalanı özümüzdən asılıdır. Komandada istək var. Gücümüzü sübut etməliyik.

- Fasiləyə üçüncü pillədə yollandınız. Üst sıralara yüksəlmək EKOL üçün nə dərəcədə realdı?
- “Marafon Futsal”dan 5 xal geridəyik. Onlarla iki oyunumuz var. Hər iki matçda qələbə qazanıb həm revanşı götürmək, həm də turnir cədvəlində onları üstələmək istəyirik.

- Heyətə yeni futzalçılar dəvət edilmədi. Bunun təsiri hiss olunacaqmı?
- Əslində, heyəti gücləndirməyi istəyirdik. Hətta təcrübəli oyunçu kimi mən də öz məsləhətlərimi vermişdim. Yekun qərarı rəhbərlik verir. Niyə alınmadığını dəqiq deyə bilmərəm.


 
tarix: 12-02-2018 14:28


 
Xəbər lenti
24.01.2019

14:37   “Kəpəz”in futbolçularını aldatdılar

14:12   Tərlan Əhmədov köhnə tanışını yanına gətirir

14:07   “Qəbələ” braziliyalıları bəyənmədi

13:58   "Səbail" braziliyalılara qalib gəldi, növbədə qazaxlardı - YENİLƏNİR

13:55   Obradoviç qolsuz başladı - YENİLƏNİB

13:41   Emil Balayev Qazaxıstanda oynayacaq: “Səbail”dən ayrıldı

13:17   Vaqif Sadıqov “Kəpəz”də: İcraiyyə Komitəsinin üzvü inzibatçının müavini olacaq! - ÖZƏL

12:51   "Səbail"də yeni legioner

12:34   “Qəbələ” Rusiya klubuna qarşı - YENİLƏNİR

12:17   Premyer Liqada qış bazarlığı - YENİLƏNİR

12:03   PSJ Neymarı itirdi

11:51   Damian Bırtek: "Belə şərtlər altında oynamaq çətin idi"

11:08   Jezniçak üçün su polosu matçı

11:00   Balotellinin yeni klubu rəsmən açıqlandı

10:45   "Hər sərt müdaxilədə ürəyim əsirdi"

10:45   "Hər sərt müdaxilədə ürəyim əsirdi"

10:30   “Barselona”dan daha bir rəsmi transfer

10:00   Sabiq “Fənərbaxça”lı Braziliya klubunda

09:30   İquayn rəsmən “Çelsi”də

09:00   “Qəbələ” mükafatçılar sırasına düşmək gücündədir”

02:23   “Barselona” “Sevilya”ya ilk oyunda məğlub oldu

02:02   Təxirə salınan oyunda “Nim” sevindi

01:50   “Mançester Siti” finalda

01:01   “Keşlə” qazaxlara belə uduzdu - VİDEO

00:50   “Trabzonspor” və “Göztəpə” 1/4 finalda

23.01.2019

23:26  AFFA-nın milliləşdirdiyi oyunçu haqda: “Azərbaycanla əlaqəsi yoxdu”

23:01  "Qəbələ" günü bir məşqlə başa vurdu

22:50  “Qəbələ” – “Fakel” oyununun vaxtı açıqlandı

22:20  Bordin: "Çatışmazlıqlar üzərində işləyəcəyik"

22:03  "Slovan"ın baş məşqçisi: "Yüksək səviyyəli rəqibə qarşı oynadıq"

21:46  Mamadu Kane: “Məğlubiyyətə layiq deyildik”

21:38  "Oyunların hamısına ciddi yanaşırıq"

21:02  Qurban Qurbanov: “Almeydaya bir az vaxt lazım ola bilər”

19:51  “Qarabağ” heç-heçə oynadı - YENİLƏNİB

18:59  “Keşlə” yenə uduzdu - YENİLƏNİB

18:19  “Neftçi” “Slovan”a uduzdu - YENİLƏNİB

18:00  AFFA-nın Lisenziyalaşdırma qrupu ilə bağlı yoxlamanın nəticələri açıqlandı

17:50  “Sabah”ın da saytı var

17:00  “Atletiko” futbolçusunu geri qaytardı

16:25  Sabiq “Real”lı aşağı liqa klubunda

15:56  “Neftçi” transferini rəsmən açıqladı

15:12  “Sabah” vətənə qayıtdı

14:55  İtkin düşən futbolçunun son mesajı yayıldı

14:33  “Zirə” yenə tək qolla qalib gəldi - VİDEO

14:11  “Sevilya” yeni transferini itirdi

13:45  Bundesliqa klubunda yeni müqavilə

12:56  Tərlan Əhmədov: “Bu mövqeyə daha yaxşı futbolçu seçmək istəyirik”

12:20  Millimizin ruslarla heç-heçəsi - VİDEO

11:55  “Sumqayıt”dan “Vardar” üzərində inamlı qələbə - VİDEO

10:30  Demba Ba yenidən Super Liqa klubunda

09:30  Ronaldo Messiyə çatdı

02:58  “Valensiya” “Xetafe”yə ilk oyunda məğlub oldu

02:11  “Neftçi” yeni transferini rəsmən açıqladı - VİDEO

01:04  Elşad Əhmədov: “Hücum xəttində irəliləyiş olması müsbət məqamdı”

00:31  “Qalatasaray”dan qələbə, “Akhisarspor” 1/4 finalda

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az