(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Aydın Bağırov
“Kəpəz”dən geri addım: indi də canlı yayım istəmirlər - FOTOLAR

“Kəpəz”dən geri addım: indi də canlı yayım istəmirlər - FOTOLAR

“Kəpəz” rəhbərliyi geri addım atdı. Klub Premyer Liqanın növbəti turunda “Keşlə” ilə matçın təxirə salınması xahişindən vaz keçdi.
 
Dünən klub rəsmiləri Peşəkar Futbol Liqasına rəsmən müraciət edib, qarşılaşmanın ya başqa vaxta keçirilməsini, ya da matçın yerinin dəyişdirilməsini xahiş edəcəkdi. Buna səbəb Gəncə stadionunun qazonunun arzuolunmaz vəziyyətidi. Saralmış qazon hətta məşq etmək üçün də yararsızdı. Oyunun canlı yayınlanması qazonun durumunu geniş auditoriyanın görməsinə səbəb olacaqdı. Bu səbəbdən “Kəpəz” rəhbərliyi ot örtüyü yaşıllaşana kimi ev oyunlarından qaçmağa çalışırdı.
 
Bu haqda şifahi müraciət olmuşdu. Məsələnin rəsmi müstəviyə çıxmasına isə “Futbolinfo”nun olayı ictimailəşdirməsi səbəb oldu. Bu addımın daha geniş əks-səda doğuracağından ehtiyatlanan gəncəlilər matçın təxirə salınması haqda müraciəti lazım bilmədilər.
 
Maraqlıdı ki, indi də oyunun canlı yayımlanması sual altındadı. Klubun maddi ehtiyaclarını qarşılayan, eyni zamanda arenanın qazonunu təmir etdirən AFFA, nüfuz dairəsində olan “CBC Sport”dan qarşılaşmanın efirə gətirilməməsini istəyir. Kanal rəhbərliyi avadanlıq çatışmazlığı və ya hansısa başqa bəhanəni gətirərək oyunun canlı yayımından imtina edə bilər. Bununla qazonun xoş olmayan görüntüsünü geniş auditoriyadan gizlətməyə cəhd edirlər.
 
Arenanın təmirindən yarım il ötməyib, amma indidən qazon yarıtmaz vəziyyətdədi. AFFA-nın büdcəsindən bura 650 min manat xərclənib. Gəl ki, keyfiyyətsiz işin nəticəsi özünü büruzə verir. Təmir işini aparan və qazonun durumuna cavabdeh şəxslər bunu mövsümlə əlaqələndirir, lakin bu, yalnız bəhanədi. Çünki şənbə günü oynanılan “Qarabağ” – “Qəbələ” matçında “Azərsun Arena”nın əla vəziyyətdə olduğunu gördük. Elə Qəbələdə də meydanlar yamyaşıldı. 8-ci kilometr stadionunda qazon nisbətən pis vəziyyətdədi, lakin bunu da səbəbi eynidi. Çünki Gəncə stadionu kimi, bu arenaya da eyni şirkət qulluq edir.
 
Deməli, problem mövsümdə deyil, işin düzgün insanlara tapşırılmamasında, böyük maliyyə qarşılığında keyfiyyətsiz iş görənlərdə, məsuliyyətsiz icraçılardadı. AFFA isə nəzdindəki bütün arenaları onlara tapşırıb və büdcəni havaya sovurur.
 
FƏRİD
 
 
Birinci foto "Azersun Arena"da, ikincisi 8-ci kilometr stadionunda çəkilib. Gəncədəki saralmış qazon isə aşağıdakıdı:
 

 
tarix: 13-02-2018 09:00


 
Xəbər lenti
22.02.2018

11:48   Azərbaycan UEFA reytinqində mövqeyini qorudu

11:20   Avroliqada 1/8 finalçılar bəlli olur - YENİLƏNİR

11:00   “eTopaz”da günün canlı oyunları

10:31   “Roma”nın türkü ÇL-in tarixinə düşdü

10:01   Sultanovun perspektivi: o, hələ də seleksiyaçı menecer kimi danışır

09:44   “TOPAZ”DA BU GÜN

09:21   Nicat Muxtarov yenə oynayacaq

09:00   59 texniki məğlubiyyət, 4 qovulma

02:04   İspaniyada heç-heçə, Donetskdə 3 qol - VİDEO

01:39   “Roma” “Şaxtyor”a uduzdu, MY “Sevilya” ilə heç-heçəyə razılaşdı

00:08   “Real”dan səfər qələbəsi - VİDEO

21.02.2018

23:32  Yüksək Liqada 17-ci turun oyun cədvəli açıqlandı

23:05  ÇSKA serbləri məğlub yola saldı - VİDEO

22:52  Avroliqada 1/8 finala ilk vəsiqə ÇSKA-ya qismət oldu

22:00  “Neftçi”dən öncə təqdimat, sonra məşq - VİDEO

21:12  “Qəbələ”dən “Kəpəz”ə 4 cavabsız qol

20:10  “Qarabağ” “Kəpəz” üçün hazırlığa başladı

19:51  Ali Məhkəmə Maşallah Əhmədovla bağlı şikayəti təmin etmədi

19:40  Birinci Divizionda sabah keçiriləcək oyunlara təyinatlar açıqlandı

19:32  Elnur Eyvazovdan baza açıqlaması

19:27  Ceyhun Sultanov: “Sumqayıt”dan “Neftçi”yə futbolçular cəlb edəcəyik”

19:18  Böyükağa Hacıyevin son durumu: Vəziyyət daha da ağırlaşır

17:45  Kamran Quliyev 1 həftə vaxt istədi: “…maaşı reallıqdan çox uzaqdı”

16:15  Dieqo Souza: “Sadəcə, qol vura bilməməyimiz narahatlıq doğurur”

15:55  Ceyhun Sultanov “Neftçi”nin üzvlərinə təqdim olundu

14:46  AFFA bir kluba texniki məğlubiyyət verdi, daha birini yarışdan kənarlaşdırdı

14:01  Rəqibi təhqir edən futbolçuya 3 oyunluq cəza

13:50  “Qəbələ” - “Zirə” matçı ilə bağlı AFFA-dan sərt cəzalar

13:11  “Hər gün məşq etsək, üçüncü yeri tuta bilərik”

12:21  Ceyhun Sultanov rəsmən “Neftçi”də

11:59  “Kəpəz” “Qarabağ”la oyuna itkisiz hazırlaşır

11:45  “Neftçi”dən “Şaxtyor”a

11:12  “Neftçi” legioneri ilə vidalaşdı

11:00  “Latsio”dan “İnter”ə

10:47  İngilissiz İngiltərə klubu

10:32  Konfransı kim çağırıb?

09:58  “eTopaz”da günün canlı oyunları

09:39  Messi "Çelsi" tilsimini qırdı

09:27  “TOPAZ”DA BU GÜN

09:00  “Sumqayıt”dakı təxirəsalmanın səbəbi

02:03  Londonda heç-heçə, Münhendə darmadağın - VİDEO

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az