(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Aydın Bağırov
Tərlan Əhmədov Antalyada nə işlə məşğul olub?

Tərlan Əhmədov Antalyada nə işlə məşğul olub?

Ötən ilin noyabr ayı idi. Tərlan Əhmədovun başçılıq etdiyi “Neftçi” ölkə çempionatında “Keşlə”ni 3:1 hesabıyla məğlub etmişdi. Oyunda “ağ-qaralar”ın qollarından birinə start heyətində meydana çıxmış gənc hücumçu Mirabdulla Abbasov imza atmışdı. Mirabdulla irəli xətdə heç də “ağ-qaralar”ın legioner hücumçuları - Uqo Barqas və Daniel Seqoviyadan zəif təsir bağışlamamışdı. Ötən mövsümdə “Sumqayıt”ın bombardiri olmuş hücumçu nə işdisə, müqaviləylə məxsus olduğu “Neftçi”yə qayıtdıqdan sonra ehtiyat oyunçular skamyasının sakininə çevrilmişdi.
 
Oyundan sonra bu barədə Tərlan Əhmədova sual verdim. Əvəzində, “Biz və siz (jurnalistlər) oyunlara başqa prizmadan baxırıq. Mirabdulla Azərbaycanda bəlkə də, ən perspektivli hücumçudu. Bunu özünə də deyirəm. Amma mənfi cəhətləri həddindən artıqdı. Tənbəldi, üzərində işləmir. Bir məşqlə kifayətlənən oyunçudu. Çox yükləyə də bilmirəm, çünki sonra problemlər çıxır. Qış fasiləsində hər biri üçün proqram tərtib edəcəm. Mirabdullanın meydanda faydalı iş əmsalı aşağıdı, tez yorulur. Buna görə də, bu gün dəyişdim. Həm də Barqas daha texnikalıdı” cavabını aldım.
 
Əlbəttə, futbolçunun potensialını məşqçidən yaxşı heç kim bilə bilməz. Mən də Əhmədovun dediklərinə inanaraq, növbəti turlarda bu sualı vermədim. Əvəzində, həmkarlarım demək olar, hər turda, Mirabdulla yaxşı təsir bağışladığı oyunlardan sonra Əhmədova eyni sualla müraciət edirdilər. Cavab isə eyni olurdu. Əhmədov nəhayət, ötən ilin dekabrında, “Qarabağ”a səfərdə 0:1 hesablı məğlubiyyətin ardından ona ünvanlanmış “Mirabdulla niyə az oynayır” sualına “Mirabdulla bu gün 30-35 dəqiqəlik futbolçudu. O, fiziki cəhətdən tam hazır deyil” cavabını verdi.
 
Bundan sonra “Neftçi” daha bir neçə oyun keçirdi. Sonra qış fasiləsi başladı. “Neftçi”nin Bakı, ardınca uzunmüddətli Antalya toplanışı oldu. Qış fasiləsi bitdi. “Ağ-qaralar” yeni ilin ilk turunda evdə “Kəpəz”lə qarşılaşdı. Artıq komandada nə Barqas, nə də Seqoviya var idi. Ancaq Əhmədov bu dəfə də start heyətində Abbasova yox, yeni transfer Lukas Qomesə şans verdi. Lakin “ağ-qaralar” qələbəni legioner hücumçu yox, meydana son dəqiqələrdə çıxmış Mirabdullanın finişə 4 dəqiqə qalmış vurduğu qolla qazandı.
 
Oyunsonrası mətbuat konfransında Əhmədova yenə eyni sualla müraciət olundu. Əhmədovun cavabı da eyni oldu. Maraqlıdı ki, mütəxəssis iki ay yarım öncə, “Qarabağ”la matçdan sonra hücumçunun 30-35 dəqiqə oynamağa hazır olduğunu bildirmişdisə, bu dəfə “Mirabdulla 20-25 dəqiqə oynamağa hazırdı” dedi.
 
Tərlan Əhmədovun futbolçunun hazırlığı barədə dediklərinə etirazım yoxdu. Mütəxəssis “20-25 dəqiqə oynamağa hazırdı” deyirsə, deməli, elədi. Maraqlı olan odu ki, bu qədər təlim-məşq toplanışı, bu qədər hazırlıq nə üçün idi? “Neftçi”nin məşqçilər korpusu geridə qalan 2,5 ay ərzində nə işlə məşğul olub? Niyə hücumçu bu vaxt ərzində hələ də 90 dəqiqə oynamağa hazır vəziyyətə gəlməyib? Axı “Neftçi”nin məşqçilər korpusundan “odda yanmaz, suda batmaz” xüsusi təyinatlı əsgər hazırlamaq yox, adi futbolçunu 90 dəqiqə meydanda mübarizə aparacaq səviyyəyə çatdırmaq tələb olunurdu. Amma nə işdisə, “ağ-qaralar”ın məşqçilər heyəti bunun da öhdəsindən gələ bilməyib.
 
Maraq üçün qeyd edim ki, Mirabdulla çempionatın ötən mövsümündə, icarə əsasında çıxış etdiyi “Sumqayıt”da 27 oyunda şans qazanmışdı ki, bunların da 19-da start heyətində yer almışdı. Mövsüm ərzində 8 qol vuran hücumçu komandanın bombardiri olmuşdu. İndi necə olur ki, Samir Abasov və “Sumqayıt”ın məşqçilər korpusu hücumçunu 90 dəqiqə mübarizə aparmağa hazırlaya bilir, ancaq Tərlan Əhmədovun başçılıq etdiyi məşqçilər korpusu bunu bacarmır? Nə baş verdi? Yoxsa Mirabdulla “Neftçi”yə qoşulan kimi tənbəlləşdi? Belədisə, hücumçu bu “xarakter”ini “Sumqayıt”da niyə göstərmirdi (və ya göstərə bilmirdi)?
 
Səbəb hər nə olursa olsun, fakt ondan ibarətdi ki, əsas millimizin hücumçu qıtlığından əziyyət çəkdiyi bir dönəmdə ölkənin ən perspektivli irəli xətt oyunçularından biri ehtiyatda gün keçirir...
 
ELNUR HƏMİDOV
 
P.S.: Bu adam özü özünü baltalayır. Hamı Antalyadakı qəlyanı, “qonağ”ı unutmağa çalışdığı bir məqamda Əhmədov “şəxsi həyatımdı” deyib, təkrar gündəmə gəlir. Halbuki sualdan yayınmaq, yalnız oyunla bağlı cavablar verməklə vəziyyəti ötüşdürmək olar. Sanki bu məsələnin ictimailəşməsində özü maraqlıdı.

 
tarix: 12-02-2018 22:29


 
Xəbər lenti
22.02.2018

11:48   Azərbaycan UEFA reytinqində mövqeyini qorudu

11:20   Avroliqada 1/8 finalçılar bəlli olur - YENİLƏNİR

11:00   “eTopaz”da günün canlı oyunları

10:31   “Roma”nın türkü ÇL-in tarixinə düşdü

10:01   Sultanovun perspektivi: o, hələ də seleksiyaçı menecer kimi danışır

09:44   “TOPAZ”DA BU GÜN

09:21   Nicat Muxtarov yenə oynayacaq

09:00   59 texniki məğlubiyyət, 4 qovulma

02:04   İspaniyada heç-heçə, Donetskdə 3 qol - VİDEO

01:39   “Roma” “Şaxtyor”a uduzdu, MY “Sevilya” ilə heç-heçəyə razılaşdı

00:08   “Real”dan səfər qələbəsi - VİDEO

21.02.2018

23:32  Yüksək Liqada 17-ci turun oyun cədvəli açıqlandı

23:05  ÇSKA serbləri məğlub yola saldı - VİDEO

22:52  Avroliqada 1/8 finala ilk vəsiqə ÇSKA-ya qismət oldu

22:00  “Neftçi”dən öncə təqdimat, sonra məşq - VİDEO

21:12  “Qəbələ”dən “Kəpəz”ə 4 cavabsız qol

20:10  “Qarabağ” “Kəpəz” üçün hazırlığa başladı

19:51  Ali Məhkəmə Maşallah Əhmədovla bağlı şikayəti təmin etmədi

19:40  Birinci Divizionda sabah keçiriləcək oyunlara təyinatlar açıqlandı

19:32  Elnur Eyvazovdan baza açıqlaması

19:27  Ceyhun Sultanov: “Sumqayıt”dan “Neftçi”yə futbolçular cəlb edəcəyik”

19:18  Böyükağa Hacıyevin son durumu: Vəziyyət daha da ağırlaşır

17:45  Kamran Quliyev 1 həftə vaxt istədi: “…maaşı reallıqdan çox uzaqdı”

16:15  Dieqo Souza: “Sadəcə, qol vura bilməməyimiz narahatlıq doğurur”

15:55  Ceyhun Sultanov “Neftçi”nin üzvlərinə təqdim olundu

14:46  AFFA bir kluba texniki məğlubiyyət verdi, daha birini yarışdan kənarlaşdırdı

14:01  Rəqibi təhqir edən futbolçuya 3 oyunluq cəza

13:50  “Qəbələ” - “Zirə” matçı ilə bağlı AFFA-dan sərt cəzalar

13:11  “Hər gün məşq etsək, üçüncü yeri tuta bilərik”

12:21  Ceyhun Sultanov rəsmən “Neftçi”də

11:59  “Kəpəz” “Qarabağ”la oyuna itkisiz hazırlaşır

11:45  “Neftçi”dən “Şaxtyor”a

11:12  “Neftçi” legioneri ilə vidalaşdı

11:00  “Latsio”dan “İnter”ə

10:47  İngilissiz İngiltərə klubu

10:32  Konfransı kim çağırıb?

09:58  “eTopaz”da günün canlı oyunları

09:39  Messi "Çelsi" tilsimini qırdı

09:27  “TOPAZ”DA BU GÜN

09:00  “Sumqayıt”dakı təxirəsalmanın səbəbi

02:03  Londonda heç-heçə, Münhendə darmadağın - VİDEO

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az