(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
“Neftçi” mərhum əməkdaşlarını andı

“Neftçi” mərhum əməkdaşlarını andı

Bu gün "Neftçi” klubunun iki əməkdaşı Vahid Həmidov və Alim Məmmədovun vəfatından 8 il ötür. Futbolinfo.az xəbər verir ki, bununla bağlı klub anım mətni yayımlayıb. Mətndə deyilir: 

“Neftçi”də qısa müddət işləməsinə baxmayaraq, kollektivin sevgisini qazanmış Alim Məmmədov az müddətdə yaddaşlara həkk olundu. Bacarıqlı əməkdaş olmaqla yanaşı Alimin qəlbində doğma "Neftçi”yə ölməz sevgi vardı. Jurnalist kimi həmkarlarının dərin hörmətini qazanmış Alim həm də sadiq dost, etibarlı sirdaş idi. Onun vəfatı həm "Neftçi” ailəsi, həm də Azərbaycan idman jurnalistikası üçün ağır itki oldu. Həmin qəzada dünyasını dəyişmiş kadrlar şöbəsinin əməkdaşı Vahid Həmidov ömrünün son 6 ilini "Neftçi”də çalışdı. İşinin peşəkarı olan Vahid kollektivin dərin hörmətini qazanmışdı. Bu gün onlar cismən bizimlə deyil, amma Vahid və Alimin əziz xatirəsi "Neftçi” ailəsi tərəfindən unudulmayacaq. Mərhum əməkdaşlarımızın ailəsinə Allahdan səbr diləyirik.

Allah rəhmət eləsin!"
 
Qeyd edək ki, Vahid Həmidov və Alim Məmmədovun olduğu avtomobil 2010-cu ildə "Neftçi" Yevlaxda "Karvan"la Azərbaycan Premyer Liqası matçından qayıdarkən Şamaxı - Bakı yolunda qəzaya uğrayıb. Avtomobilin dərəyə yuvarlanması nəticəsində hər iki şəxs vəfat edib.


 
tarix: 13-02-2018 13:15


 
Xəbər lenti
16.12.2018

02:12   “Real” evdə, “Atletiko” səfərdə qələbə qazandı

01:40   “İnter”lə “Yuventus” 3 xalı tək qolla qazandı

00:55   “Reyms” “Strasburq”a qalib gəldi

00:31   “Mançester Siti” də evdə sevindi, “Tottenhem” də

00:02   “Bavariya”dan darmadağın, “Borussiya”dan qələbə

15.12.2018

23:26  “Qalatasaray” liderlə heç-heçəyə razılaşdı

22:21  “Sumqayıt” “Neftçi”ni belə şoka saldı - VİDEO

21:50  “Zirə”yə ilk oyunda 1 qol bəs etdi - VİDEO

21:40  “Arxayınlaşsaq, cəzalana bilərik”

21:36  Roberto Bordin: “Bizim üçün mərhələ adlamaq çətin olacaq”

20:58  “Neftçi” “Sumqayıt”a uduzdu, “Zirə” “Səbail”ə qalib gəldi

19:58  Samir Abasov: “Qalib gəlsək də, vəziyyətimiz ürəkaçan deyil”

19:43  Aftandil Hacıyev: “Onun bu qədər vərəqə alması təsadüf ola bilməz”

16:27  Finalda uduzdular, baş məşqçi ilə vidalaşdılar

15:35  Millimiz yoxlama matçında uduzdu

15:00  AFFA Ceyhun Sultanovla bağlı qərarını dəyişdirdi

14:27  Ziya Əzizov oynamadı, komandası məğlub oldu

13:35  UEFA-dan “Milan”a sərt cəza

13:04  “Arsenal”dan “Qarabağ”la oyundakı insidentlə bağlı açıqlama

12:32  “Fənərbaxça”ya görə AFFA-nın təklifindən imtina etdi

12:00  Turin derbisi, "Liverpul"un lider kimi ilk sınağı və daha nələr həftəsonu "Topaz"da

11:30  UEFA erməniləri cərimə etdi

11:00  Afrikada ilin ən yaxşı futbolçusu açıqlandı

10:30  UEFA “Arsenal” - “Qarabağ” oyunu ilə bağlı iş açdı

10:00  “eTopaz”da günün canlı oyunları

09:30  “Traktorsazi” Təbrizdə uduzdu

02:15  “Selta” “Leqanes”lə “sülh bağladı”

01:47  “Volfsburq”dan “Nürnberq” üzərində inamlı qələbə

00:37  “Bursaspor”la "Göztəpə"dən heç-heçə

00:04  Avroliqada son turun ən yaxşı oyunçusu

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az