(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Nəbiyev gedəcək – rəhbərliklə münasibətlərə görə

Nəbiyev gedəcək – rəhbərliklə münasibətlərə görə

“Turan Tovuz”un icraçı direktoru Nadir Nəbiyev futbolinfo.az saytında gedən xəbərə münasibət bildirib. O, istefaya gedəcəyi və Yasin Abbasovla əvəzlənəcəyi barədə yazdığımızı təkzib etməyib, lakin…
 
Sitat: “Mən həmin adamı yaxşı tanıyıram. Bu söhbət iki-üç nəfərin arasında olub və dəqiq bilirəm ki, onu mətbuata kim sızdırıb. Burdan həmin adama üzümü tutub deyirəm ki, məni danışdırma! Danışsam, sənin üçün çox pis olacaq. Xeyr, o adam klubda işləmir. Kənar bir şəxsdi. Mətbuata belə xəbərlər ötürməkdə məqsədi nədi, nəyə nail olmaq istəyir, mən onu da yaxşı bilirəm. Hər şeydən xəbərim var. “Turan”dan istefa verməmişəm, burda da başqa fikirlə qalmamışam. Gəlmişik ki, “Turan”ı yaşadaq, Tovuz futbolunun inkişafına kömək olaq. Oyun alqı-satqıları haqda deyilənlərdən isə zərrə qədər də narahat deyiləm. Bu, şərəf və namus məsələsidi. Bu gün oyun satan sabah rayonunu da, millətini də, hər bir şeyini də satar. Onu edən namussuz və qeyrətsizdi! Mən “kofisent” atan futbolçular barədə ikinci söz deyə bilmərəm. “Turan”da bütün işlər şəffafdı. Heç kimdən heç bir gizli iş tutmamışıq. Bilsəm ki, “Turan”ın hansısa futbolçusu danışılmış oyuna gedib, mən nəinki 1 gün, heç 1 dəqiqə də qalmaram burda. O gündən sonra bir də “Turan”ın oyununa baxmaram. Vəzifədən ikiəlli tutub yapışmamışam. “Turan” rəhbərliyi çempion olduğumuz ötən mövsümdə də, elə bu çempionatın gedişində də bir neçə dəfə AFFA-ya müraciət edib, şübhələndiyi oyunlar barədə araşdırma aparılmasını istəyib. Biz kimlərinsə yanında gözükölgəli deyilik, alnımız açıq, əməlimiz düzdü”.
 
Nəbiyevin kimdən şübhələnməsi öz işidi, bəlkə də həqiqətən bu xəbərin redaksiyamıza çatdırılmasında kiminsə marağı var. Amma biz əldə etdiyimiz informasiyanı yaymaqda azadıq, belə olmadığını sübut etmək Nadirə qalır. Halbuki Nəbiyev açıqlamasında belə olmayacağını, klubdan ayrılmayacağını deməyib - deməli, xəbər doğrudu.
 
Danışılmış oyunlara gəlincə, Nadirin bu işə qol qoymasına biz də inanmırıq – karyerası boyunca bu baxımdan kiçicik şübhəyə də yer qoymayıb. Amma özü də etiraf edir ki, komanda üzvləri barədə şübhələri olub və AFFA-ya müraciət ediblər. Onun postundan ayrılmasının səbəbi isə digər rəhbər şəxslərlə münasibətləridi. Nəbiyevlə yola getməyən klub rəsmiləri çıxış yolunu onu Abbasovla əvəzləməkdə görürlər. Və bu istefa tezliklə reallaşacaq. Bizi izləməkdə davam edin…

 
tarix: 14-02-2018 09:11


 
Xəbər lenti
24.01.2019

14:12   Tərlan Əhmədov köhnə tanışını yanına gətirir

14:07   “Qəbələ” braziliyalıları bəyənmədi

13:58   "Səbail" braziliyalılara qalib gəldi, növbədə qazaxlardı - YENİLƏNİR

13:55   Obradoviç qolsuz başladı - YENİLƏNİB

13:41   Emil Balayev Qazaxıstanda oynayacaq: “Səbail”dən ayrıldı

13:17   Vaqif Sadıqov “Kəpəz”də: İcraiyyə Komitəsinin üzvü inzibatçının müavini olacaq! - ÖZƏL

12:51   "Səbail"də yeni legioner

12:34   “Qəbələ” Rusiya klubuna qarşı - YENİLƏNİR

12:17   Premyer Liqada qış bazarlığı - YENİLƏNİR

12:03   PSJ Neymarı itirdi

11:51   Damian Bırtek: "Belə şərtlər altında oynamaq çətin idi"

11:08   Jezniçak üçün su polosu matçı

11:00   Balotellinin yeni klubu rəsmən açıqlandı

10:45   "Hər sərt müdaxilədə ürəyim əsirdi"

10:45   "Hər sərt müdaxilədə ürəyim əsirdi"

10:30   “Barselona”dan daha bir rəsmi transfer

10:00   Sabiq “Fənərbaxça”lı Braziliya klubunda

09:30   İquayn rəsmən “Çelsi”də

09:00   “Qəbələ” mükafatçılar sırasına düşmək gücündədir”

02:23   “Barselona” “Sevilya”ya ilk oyunda məğlub oldu

02:02   Təxirə salınan oyunda “Nim” sevindi

01:50   “Mançester Siti” finalda

01:01   “Keşlə” qazaxlara belə uduzdu - VİDEO

00:50   “Trabzonspor” və “Göztəpə” 1/4 finalda

23.01.2019

23:26  AFFA-nın milliləşdirdiyi oyunçu haqda: “Azərbaycanla əlaqəsi yoxdu”

23:01  "Qəbələ" günü bir məşqlə başa vurdu

22:50  “Qəbələ” – “Fakel” oyununun vaxtı açıqlandı

22:20  Bordin: "Çatışmazlıqlar üzərində işləyəcəyik"

22:03  "Slovan"ın baş məşqçisi: "Yüksək səviyyəli rəqibə qarşı oynadıq"

21:46  Mamadu Kane: “Məğlubiyyətə layiq deyildik”

21:38  "Oyunların hamısına ciddi yanaşırıq"

21:02  Qurban Qurbanov: “Almeydaya bir az vaxt lazım ola bilər”

19:51  “Qarabağ” heç-heçə oynadı - YENİLƏNİB

18:59  “Keşlə” yenə uduzdu - YENİLƏNİB

18:19  “Neftçi” “Slovan”a uduzdu - YENİLƏNİB

18:00  AFFA-nın Lisenziyalaşdırma qrupu ilə bağlı yoxlamanın nəticələri açıqlandı

17:50  “Sabah”ın da saytı var

17:00  “Atletiko” futbolçusunu geri qaytardı

16:25  Sabiq “Real”lı aşağı liqa klubunda

15:56  “Neftçi” transferini rəsmən açıqladı

15:12  “Sabah” vətənə qayıtdı

14:55  İtkin düşən futbolçunun son mesajı yayıldı

14:33  “Zirə” yenə tək qolla qalib gəldi - VİDEO

14:11  “Sevilya” yeni transferini itirdi

13:45  Bundesliqa klubunda yeni müqavilə

12:56  Tərlan Əhmədov: “Bu mövqeyə daha yaxşı futbolçu seçmək istəyirik”

12:20  Millimizin ruslarla heç-heçəsi - VİDEO

11:55  “Sumqayıt”dan “Vardar” üzərində inamlı qələbə - VİDEO

10:30  Demba Ba yenidən Super Liqa klubunda

09:30  Ronaldo Messiyə çatdı

02:58  “Valensiya” “Xetafe”yə ilk oyunda məğlub oldu

02:11  “Neftçi” yeni transferini rəsmən açıqladı - VİDEO

01:04  Elşad Əhmədov: “Hücum xəttində irəliləyiş olması müsbət məqamdı”

00:31  “Qalatasaray”dan qələbə, “Akhisarspor” 1/4 finalda

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az