(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Cibdən cibə ötürülən pullar, sapsarı qazon və heç kimə lazım olmayan Gəncə futbolu

Cibdən cibə ötürülən pullar, sapsarı qazon və heç kimə lazım olmayan Gəncə futbolu

Gəncə stadionunun durumu AFFA-dakıların qanını qaraldıb. Əsməcəyə düşən cavabdeh şəxslərin rəngi arenanın qazonu kimi sapsarıdı.
 
Yeni qazonu ictimaiyyətə təqdim edərkən qolboyun gəzən, müxtəlif pozlarda şəkil çəkdirən AFFA-nın baş katibi Elxan Məmmədov kölgəyə şəkilib, onunla əlbir olub min oyundan çıxan “Kəpəz”in Müşahidə Şurasının sabiq sədr müavini Mikayıl Nərimanoğlu isə hələ bunaqədərki fırıldaqlarına görə çoxdan səhnədən silinib.
 
“Futbolinfo”nun müzakirəsinə səbəb olduğu olay artıq mətbuatın gündəmindədi. Hamı Gəncə stadionunun durumunu müzakirə edir, səbəblərini araşdırır.
 
Ot örtüyünə nəzarət edən "AgroSport” şirkətinin baş aqronomu Orxan Yunusov fanat.az-a müsahibəsində qəribə fikirlər səsləndirib:
 
- Bu stadionda heç bir problem yoxdu. Sadəcə, qazonun altında istilik sistemi olmadığına görə saralıb.
 
- İstilik sistemi niyə yoxdu ki?
- Vallah, onu deyə bilmərəm. O məsələlərlə AFFA maraqlanır. Özüm 2011-ci ildən bu işlə məşğulam. Qəbələdənəm. "Qəbələ” klubunda 7 il işləmişəm. "Qalatasaray”da, "Kasımpaşa”da da çalışmışam. Yəni, bu işdə naşı deyiləm. İstilik sistemi qurmaq olardı, amma qurulmayıb. Bunun səbəbini də AFFA bilər. Pul ayrılsaydı, yuxarıdan deyilsəydi ki, bura istilik sistemi qurulmalıdı, qurulardı. Çünki bu əlavə maliyyə tələb edir. Amma bu mənim səlahiyyətimə daxil olan məsələ deyil. Biz qazona nəzarət edirik. Ot örtüyündə də heç bir xəstəlik yoxdu. İstəsəz, gəlib baxa da bilərsiz. Otun saralması da təbii haldı. Hazırda Gəncədə buludlu, soyuq hava var. Yatmış insana yemək vermək mümkün olmadığı kimi, otun da gübrə və su üçün oynaması şərtdi. Düzdü, profilaktik tədbirlər görmüşük, dərmanlar verilib. Amma saralması bizlik deyil. 15-20 günə o da düzələcək.
 
- Stadiona qulluq üçün maliyyəni kim ayırır?
- Vallah, onu bilmirəm. Mən "AgroSport” şirkətinin əməkdaşıyam. Bura iyulda gəlmişəm. Bizdən əvvəl SİS şirkəti baxırdı. Ötən ilin oktyabrında "AgroSport”a tam şəkildə təhvil verilib. Biz gələndə ot örtüyü hazır idi, bizə belə təhvil verilib. Biz təhvil alanda istilik sistemi yox idi. Niyə qurulmadığının səbəbini də bilmirəm.
 
- SİS şirkəti niyə istilik sistemi quraşdırmayıb?
- Onu bilmirəm. Bakı Olimpiya Stadionunu, "Qəbələ”nin meydançalarını, "Bakcell Arena”nı da SİS düzəldib. Yəqin, maliyyə ayrılsaydı, o da olardı. Buna cavab verməyə çətinlik çəkirəm. Çünki o vaxt burda olmamışam.
 
- "Qəbələ”də istilik sistemi var?
- Var. Əsas meydançada quraşdırılıb. Qazon da normaldı. Amma "Bakcell Arena”da da yoxdu. İstilik sistemi olmayan, kənarları açıq bütün ot örtüklü stadionlarda qış mövsümündə vəziyyət eyni cürdü.
 
- Yaxşı, "Bakcell Arena”da niyə elə deyil?
- Gəncədəki ot örtüyüylə ordakı fərqlidi. Otun növləri var axı... Bakıyla Gəncənin iqlimi də fərqlidi. Dağətəyi şəhərdi. Murovdan gələn soyuq problem yaradır. Həm də "Bakcell Arena”nın yanları bağlıdı, qapalı yerdi. Bizdə noyabra qədər heç bir problem olmayıb. İndiki vəziyyət də soyuqlarla bağlıdı.
 
AFFA-nın İnfrastruktur direktoru Kamran Əliyev də “Futbolpress”ə açıqlamasında problemi malalamağa çalışıb:
 
- Orda ciddi bir şey yoxdur. Sadəcə, ot örtüyündə saralma baş verib. Bu da hava şəraiti ilə, iqlimlə bağlıdır. Qış fəslində belə problemin baş verməsi normaldır.
 
- Ciddi bir şey yoxdursa, niyə “Kəpəz” növbəti oyunun stadionunun dəyişdirilməsini istəyirdi?
- Bu yəqin ki, ehtiyat xarakterli addımdır. Çünki oyun keçirilsə, problem yarana bilərdi. Klub rəhbərliyi də bunu nəzərə alıb, matçın yerinin dəyişdirilməsini istəyib. Ancaq hazırda meydança oynamaq üçün yararlıdır. Sadəcə, soyuq havada oyun keçirilməsi qazona pis təsir edə bilərdi. Əgər matçın yerinin dəyişdirilməsi istənibsə, bu dediyim səbəblə bağlıdır.
 
- Qazonu yeniləyən şirkət gələcəkdə belə bir problemin baş verəcəyi barədə xəbərdarlıq etmişdimi?
- Bu, elə bir şeydir ki, əvvəldən ehtimal etmək olmur. Çünki havanın necə keçəcəyini, ota hansı təsirin olacağını proqnozlaşdırmaq çətindir. Ona görə də xeyr, əvvəldən belə bir şey gözlənilmirdi.
 
- İqlimi Gəncədən heç də isti olmayan Qəbələ stadionunun ot örtüyü ideal vəziyyətdədi. Gəncədəki arenada yeniləmə işlərini aparan SİS şirkətinin nəzarət etdiyi 8-ci km stadionunda da qazon yaxşı vəziyyətdə deyil. Bu da birmənalı qarşılanmır. Bəlkə, iş keyfiyyətsiz görülür?
- Yanlış məlumatdır. Nə Gəncədəki stadiona, nə də “Bakcell Arena”ya SİS şirkəti nəzarət edir.
 
STOP! 2 fərqli adamın fikirləri haçalanır. Bəli, təmir edən başqa, nəzarət edən bir başqa şirkətdi. Amma problem eynidi – ya təmir edən xətalıdı, ya nəzarət edən. Başqa bir təzad – 8-ci kilometr stadionuyla Gəncə stadionunun hər ikisində isitmə sistemi yoxdu, amma durumları fərqlidi. Toxumlar fərqli ola bilər, amma bu fərqi məhz iqlimə görə müəyyən edirlər. Gəncədə səpilən toxum yerli iqlimə uyğun olmalı idi, deyilsə, deməli, işlər düzgün aparılmayıb.
 
Günahkar həmişəki adamlardı, AFFA isə onlara illərdi qucaq açır, qazonun saxlanması üçün aylıq 20 min manat ödəyir. Sarı qazon üçün bu qədər xərcə dəyərmi?
 
Bakıyla Gəncənin iqlim fərqini başa düşdük. Bəs, Gəncənin iqlimi Qəbələdən oqədərmi sərtdi ki, 2 şəhərin stadionları arasında belə fərq var?
 
Azerisport.kom da “AgroSport”un aparıcı mütəxəssislərindən Rüstəm Məmmədov və Orxan Yunusovu danışdırıb. Və bu şəxslər də bəraətverici açıqlamalarla yadda qalıblar.
 
Hələ sərt qış görməmişik, amma Gəncədə qazon saralıb, yayda da istilərdən şikayətlənəcəyik. “AgroSport”a aylıq 20 min manat ona görə ödənilir ki, məhz bu şərtləri nəzərə alaraq, mövsüm boyu qazonu yaşıl saxlasın. Hər şey iqlimlə bağlıdısa, heç bu şirkət olmadan da 1 aya çayır yetişəcək və hər yer yamyaşıl olacaq. O zaman klubların, AFFA-nın büdcəsi nəyə görə havaya sovrulur? “Qarabağ”ın, “Qəbələ”nin meydanları və “AgroSport”un əli yetməyən digər arenaların qazonları yamyaşıl ikən qış havası “ayrıseçkilikmi” edir?
 
Bəylər, yalan danışmayın. Siz sadəcə, işi bacarmırsız və yalnız pul qamarlamaqla məşğulsuz. Qazonu təhvil alarkən isitmə sisteminin olmadığını bilməli və qulluğu buna uyğun aparmalıydız. Amma bu məsələni qabartsaydız, AFFA-dan Gəncə stadionunun qazonunun dəyişdirilməsi üçün ayrılan 650 min manatın hara xərclənməsi sualı ortaya çıxacaqdı.
 
Axı, indiyədək bircə keyfiyyətli işi görünməyən, saldığı bütün qazonlarda problem çıxan, "Dalğa Arena", "8-ci km stadionu" kimi arenalarda da işi mükəmməl olmayan SİS-ə bu sevgi hardandı? AFFA-nın balansındakı bütün arenaların qazonlarına “AgroSport”un qulluq etməsində hansı məntiq var? Bu işlər baş katib Elxan Məmmədovun dostlarına tapşırılmamalıdı, tenderlə ən layiqli olana, ən yaxşı iş görənlərə etibar edilməlidi. “1 təklif – 1 qalib” monopoliyanın təzahürüdü.
 
“Kəpəz”in çox yaxşı büdcəsi var və normal komanda qurmaq olar. Sentyabrda həmin pulun böyük hissəsini qazonun dəyişdirilməsinə, indi isə saxlanılmasına sərf edirlər. Nəticə yoxdu, qazon sapsarıdı, “Kəpəz” isə turnir cədvəlinin sonuncu pilləsində. Gəncə futbolu kimsənin vecinə deyil, klub AFFA-dakı işbazların pul qatlaması üçün vasitədi. Klubun son legioner transferəri də Gəncə şəhər rəhbərliyinin yardımı ilə edilib, AFFA-nın ayırdığı büdcə isə sağ cibdən sol cibə ötürülür.
 
FƏRİD

 
tarix: 14-02-2018 09:47


 
Xəbər lenti
24.01.2019

14:37   “Kəpəz”in futbolçularını aldatdılar

14:12   Tərlan Əhmədov köhnə tanışını yanına gətirir

14:07   “Qəbələ” braziliyalıları bəyənmədi

13:58   "Səbail" braziliyalılara qalib gəldi, növbədə qazaxlardı - YENİLƏNİR

13:55   Obradoviç qolsuz başladı - YENİLƏNİB

13:41   Emil Balayev Qazaxıstanda oynayacaq: “Səbail”dən ayrıldı

13:17   Vaqif Sadıqov “Kəpəz”də: İcraiyyə Komitəsinin üzvü inzibatçının müavini olacaq! - ÖZƏL

12:51   "Səbail"də yeni legioner

12:34   “Qəbələ” Rusiya klubuna qarşı - YENİLƏNİR

12:17   Premyer Liqada qış bazarlığı - YENİLƏNİR

12:03   PSJ Neymarı itirdi

11:51   Damian Bırtek: "Belə şərtlər altında oynamaq çətin idi"

11:08   Jezniçak üçün su polosu matçı

11:00   Balotellinin yeni klubu rəsmən açıqlandı

10:45   "Hər sərt müdaxilədə ürəyim əsirdi"

10:45   "Hər sərt müdaxilədə ürəyim əsirdi"

10:30   “Barselona”dan daha bir rəsmi transfer

10:00   Sabiq “Fənərbaxça”lı Braziliya klubunda

09:30   İquayn rəsmən “Çelsi”də

09:00   “Qəbələ” mükafatçılar sırasına düşmək gücündədir”

02:23   “Barselona” “Sevilya”ya ilk oyunda məğlub oldu

02:02   Təxirə salınan oyunda “Nim” sevindi

01:50   “Mançester Siti” finalda

01:01   “Keşlə” qazaxlara belə uduzdu - VİDEO

00:50   “Trabzonspor” və “Göztəpə” 1/4 finalda

23.01.2019

23:26  AFFA-nın milliləşdirdiyi oyunçu haqda: “Azərbaycanla əlaqəsi yoxdu”

23:01  "Qəbələ" günü bir məşqlə başa vurdu

22:50  “Qəbələ” – “Fakel” oyununun vaxtı açıqlandı

22:20  Bordin: "Çatışmazlıqlar üzərində işləyəcəyik"

22:03  "Slovan"ın baş məşqçisi: "Yüksək səviyyəli rəqibə qarşı oynadıq"

21:46  Mamadu Kane: “Məğlubiyyətə layiq deyildik”

21:38  "Oyunların hamısına ciddi yanaşırıq"

21:02  Qurban Qurbanov: “Almeydaya bir az vaxt lazım ola bilər”

19:51  “Qarabağ” heç-heçə oynadı - YENİLƏNİB

18:59  “Keşlə” yenə uduzdu - YENİLƏNİB

18:19  “Neftçi” “Slovan”a uduzdu - YENİLƏNİB

18:00  AFFA-nın Lisenziyalaşdırma qrupu ilə bağlı yoxlamanın nəticələri açıqlandı

17:50  “Sabah”ın da saytı var

17:00  “Atletiko” futbolçusunu geri qaytardı

16:25  Sabiq “Real”lı aşağı liqa klubunda

15:56  “Neftçi” transferini rəsmən açıqladı

15:12  “Sabah” vətənə qayıtdı

14:55  İtkin düşən futbolçunun son mesajı yayıldı

14:33  “Zirə” yenə tək qolla qalib gəldi - VİDEO

14:11  “Sevilya” yeni transferini itirdi

13:45  Bundesliqa klubunda yeni müqavilə

12:56  Tərlan Əhmədov: “Bu mövqeyə daha yaxşı futbolçu seçmək istəyirik”

12:20  Millimizin ruslarla heç-heçəsi - VİDEO

11:55  “Sumqayıt”dan “Vardar” üzərində inamlı qələbə - VİDEO

10:30  Demba Ba yenidən Super Liqa klubunda

09:30  Ronaldo Messiyə çatdı

02:58  “Valensiya” “Xetafe”yə ilk oyunda məğlub oldu

02:11  “Neftçi” yeni transferini rəsmən açıqladı - VİDEO

01:04  Elşad Əhmədov: “Hücum xəttində irəliləyiş olması müsbət məqamdı”

00:31  “Qalatasaray”dan qələbə, “Akhisarspor” 1/4 finalda

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az