(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

“Kəpəz” “yenilməz armada” adını özünə qaytaracaq”

“Kəpəz” “yenilməz armada” adını özünə qaytaracaq”

Bu gün “Kəpəz”in icraçı direktoru Elnur Camalxanovun 40 yaşı tamam olur. Futbolinfo.az xəbər verir ki, bu münasibətlə o, klub saytına müsahibə verib:

- Elnur müəllim, belə bir söz var ki, 40 yaşı qeyd etməzlər...
- Doğum tarixini qeyd etmək, nisbi anlayışdı. Qeyd etdin-etmədin fərqi yoxdu, yaş gəlir səni haqlayır. Ümumiyyətlə, ad gününü təmtəraqla keçirmək xasiyyətim də yoxdu. Simvolik olaraq ailə ilə yığışıb fərqli şəkildə stol açırsan. Bu da doğum günü üçün normal bir şeydi.

- Beynəlxalq Qocalma İnstitutunun araşdırmasına görə insan məhz 40 yaşından sonra qocalmağa başlayır. Amma aktiv şəkildə idmanla məşğul olmaqla bunun qarşısını qismən almaq olar. Siz formada qalmaq üçün idman edirsiz?
- Düzünü desəm, gənclik dövründə idmanla məşğul olmuşam. İndi tam peşəkar səviyyədə olmasa da, əzələləri formada saxlamaq üçün müəyyən prosedurları yerinə yetirirəm. Qocalıq deyəndə ki, insan özü özünü necə qəbul edirsə, odu. Yaş önəm daşımır, insan gərək ruhən qocalmasın, cavan qalsın. İnsanın cəmiyyətlə bir yerdə olması, ətrafı ilə xoş münasibətdə, ünsiyyətdə olması əsasdı. Bax, bunun özü cavanlaşma deməkdi.

- Ayrı-ayrı dövrlərdə cüdo və karate federasiyalarında çalışmısız. İndi də futbol sahəsindəsiz. İdmanın hansı növü ilə işləmək sizin üçün rahatdı?
- Harada çalışmağından asılı olmayaraq, işə can yandırmalısan. İşin içində olmalısan, işlə yaşamalısan. Mən hansı sahədə olmuşamsa, bacardığım qədər bütün gücümü ortaya qoymuşam. O cümlədən futbolda da belədi. Heç bir idman növünün arasında ayrı-seçkilik salmıram, nə potensialım var, hər yerdə istifadə etmişəm. Kənardan necə görünüb, hansı qiymət verilib, bunu deyə bilmərəm.

- Fərdi idman növlərində kifayət qədər uğurlarımız var. Olimpiya, dünya və Avropa çempionatlarında çoxlu medallar qazanmışıq. Amma bizim üçün kollektiv idman növlərində nailiyyət əldə etmək çətindi. Sizcə niyə?
- Doğrudan da Azərbaycana kollektiv idman növlərində uğur qazanmaq çətin olub. Fərdi olaraq bu sualın cavabını araşdırmamışam. Görünür ki, fərdi idman növlərində aktivliyimiz daha çoxdu, nəinki kollektiv növlərdə. Amma voleybolda, basketbolda və həndbolda nailiyyətlərimiz olub. Xüsusən də voleybolda klub və yığma səviyyəsində diqqət çəkən uğurlar qazanmışıq. Son olaraq “Qarabağ”ın UEFA Çempionlar Liqasının qrup mərhələsində çıxış etməsini qeyd edə bilərik. Kollektiv idman növlərində uğur qazanmaq üçün müəyyən bir vaxt lazım idi və indi o dövr yetişib. Tədricən tendensiya dəyişib, uğurların sayı artır və bu silsiləyə çevrilir. Sadəcə, gözləmək lazımdı.

- “Facebook” sosial şəbəkəsində paylaşdığınız statuslardan biri diqqətimi daha çox çəkdi. “Sevinc göz yaşları” başlıqlı statusu cüdoçu Elxan Məmmədovun 2013-cü ildə Braziliyada dünya çempionu olması münasibətilə paylaşmısız. Şəxsi həyatınızda necə, sevinc göz yaşınız olub?
- Düzü, özümün hər hansı bir uğurum olubsa belə, o şəkildə reaksiya verdiyim, ağladığım olmayıb, sakit qarşılamışam. Nailiyyətim bəlkə də mənim üçün böyük uğur sayılsa da, ağlamamışam, bu, xasiyyətimdə yoxdu. Elxan Məmmədovun çempion olması Azərbaycanın tarixinə yazılan uğurdu. 45 illik cüdo tariximizdə dünya çempionu olmamışdı. Sevincimi başqa cür də ifadə edə bilməzdim.

- Neapol – Bakı Assosiasiyasının vitse-prezidentisiz. Neapola sevginizin olduğu şübhə doğurmur. Maraqlıdı, “Napoli”yə də qarşı eyni hissləri keçirirsiz?
- Bilirsiz, əvvəllər konkret olaraq pərəstiş etdiyim futbol klubu olmayıb. Neapolla iqtisadi, mədəni əlaqələrin inkişafı istiqamətində işlər gördüyümə görə sonradan “Napoli” azarkeşlik etdiyim komanda oldu. Klubun bütün oyunlarını izlədiyimi deyə bilməsəm də, “Napoli”yə sevgim var. Milyonların sevimlisi Maradonanın vaxtilə bu komandada çıxış etdiyini hamı yaxşı bilir.

- “Kəpəz”ə gəlməmişdən öncə də sizin Gəncəyə bağlılığınızın olduğunu bilirəm. Burada təhsilinizi davam etdirirsiz. Fikrimcə, Nizami yurdu sizin üçün yad yer hesab olunmamalıdı.
- Mən Azərbaycan Dövlət Aqrar Universitetində doktoranturada təhsil alıram. Bundan əlavə, hərbi xidmətim də Gəncədə olub. “Kəpəz” o vaxtdan mənim üçün doğmalaşıb. Ruhumda belə bu şəhərlə bağlılıq var. Gəncədə olanda tam fərqli hisslər keçirirəm, çox rahat oluram. Çoxlu dostlarım var, onlarla görüşürəm. Mənim üçün doğma, əziz yerdi. “Kəpəz” tarixi, titulları olan böyük komandadır. Klubun inkişafı istiqamətində nə bacarıramsa, əlimdən gələni edəcəm. Heç şübhə etmirəm ki, “Kəpəz” uğurları sıralamaqla əvvəlki əzəmətini, “yenilməz armada” adını özünə qaytaracaq. Futbolda uğur kollektiv əməyin nəticəsidi, biz birlikdə buna nail olacağıq. Bu işdə azarkeşlər bizim əsas dəstəkverici qüvvəmizdi.

- Üç oğlunuz var, onlardan hansının idmana marağı var?
- Son beşiyimiz çox balacadı, amma idmana yönləndirmişəm. Ortancıl futbolla çox maraqlanır, oynamaq üçün səy göstərir. Futbola kimi karate və cüdo ilə məşğul olub. Elə böyük oğlum da karate ilə məşğuldu.

- Uzun illər televiziyada ölkə idmanının uğurlarını tamaşaçılara çatdırmısız, mavi ekran sizi ictimaiyyətə tanıdıb. Televiziyanı karyeranızda irəliyə doğru böyük pillə hesab edirsiz?
- Əlbəttə, sizinlə tam razıyam, televiziya böyük qüvvə və təcrübədi. Bizim inkişafımızda o vaxtlar “Space” tv-nin İdman departametinin rəhbəri olan Aydın Əliyevin xüsusi zəhmətini vurğulamaq istərdim. O, həmişə işinə olduqca peşəkar yanaşıb və televiziya əməkdaşlarının da peşəkarlaşması yönündə fədakar fəaliyyəti ilə seçilib. Dəyərli məshələtlər, tövsiyyələr verib.  Şadam ki, Aydın müəllimdən çox şey öyrənmişəm. Onun istər mənim, istərsə də vaxtilə birgə çalışdığımız həmkarlarım Elnur Kələntərov və Tural Xudiyevin üzərində böyük zəhməti olub. Aydın Əliyev mənim baxış bucağımı dəyişib, həyatda möhkəmlənməyim üçün çox önəmli təsir göstərib. Buna görə müəllimimizə təşəkkür edirəm. O, Azərbaycan idman jurnalistikasının canlı əfsanəsidi. Gənclərimiz inkişaf etmək üçün ondan çox şey öyrənməlidilər. Bu prizmadan baxaraq televiziya hər hansı bir simanın tanıdılmasında, onun cəmiyyətdə qəbul olmasında böyük rol oynayır. Odu ki, “Space” televiziyasına da minnətdaram.


 
tarix: 14-02-2018 14:15


 
Xəbər lenti
21.05.2018

11:12   Millimizin heyəti açıqlandı

11:00   “eTopaz”da günün canlı oyunları

10:32   Vüqar Əsgərovdan dubl, komandasından darmadağın

10:00   “TOPAZ”DA BU GÜN

09:31   İsrafilovsuz qələbə

09:00   Topaz Premyer Liqasında mövsümün son matçı - YENİLƏNİR

01:23   La Liqa da yekunlaşdı - VİDEOLAR

00:53   A Seriyasında mövsümə yekun vuruldu - VİDEOLAR

20.05.2018

23:10  Yuri Maksimov: “Dediklərimi etmirdi, ona görə əvəzlədim”

22:58  Amit Quluzadə Kosovo çempionu oldu

22:19  “Keşlə” mövsümü qələbə ilə başa vurdu – VİDEO

21:35  “Avropa Liqasına vəsiqə qazansaq...” – “Zirə”nin prezidenti

20:31  “Neftçi”ni üçüncü edən qələbə - VİDEO

20:21  “Zirə”dən vacib qələbə - VİDEO

20:17  Ayxan Abbasov: “Onların təhqirinə dözə bilmirdim”

20:12  Yunis Hüseynov: “Kəpəz”ə bir il də şans versəydilər, daha yaxşı olardı”

20:05  Samir Abasov: “Rəhbərlikdən asılı adam deyiləm”

19:55  Tərlan Əhmədov: “Mənə heç bir təklif olmayıb”

19:47  Bütün mükafatçılar bəlli oldu

19:28  Samir Abasov istefa verdi

19:10  “Bürünc” “Neftçi”nin oldu, “Zirə” 4-cü pilləni tutdu

16:36  Premyer Liqa klubundan 25 milyon avroluq transfer

16:00  “Qəbələ”nin “Qarabağ”la 47-ci dueli

15:38  Region Liqası: Finalçılar bəlli oldu

15:19  Millimizin heyəti açıqlandı

14:20  Hümbətovsuz “Deçiç” yenə uduzdu

12:00  Paşayevin komandası mövsümü qələbə ilə başa vurdu

11:37  Perspektivdəki vəsiqə üçün son döyüş

11:00  “eTopaz”da günün canlı oyunları

10:42  Super Liqaya son vəsiqə də sahibini tapdı

10:24  Ağasəlim Mircavadov və zibil yeşiyi

10:00  “TOPAZ”DA BU GÜN

09:41  Buffon göz yaşları içində vidalaşdı

09:21  Super Liqada daha bir baş məşqçi istefası

09:00  “Bütün oyunlar bizim üçün mövsümün oyunu idi”

01:35  Fransa çempionatında mövsümə yekun vuruldu - VİDEOLAR

00:58  “Real” mövsümü heç-heçə ilə başa vurdu - VİDEOLAR

00:40  Kuboku “Ayntraxt” qazandı: “Bavariya” üzərində qələbə ilə - VİDEO

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az