(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Gəncənin üstünə çökən SİS “Sumqayıt” üçün SOS olmalıdı

Gəncənin üstünə çökən SİS “Sumqayıt” üçün SOS olmalıdı

Həftənin əvvəlində xəbər yayıldı ki, “Kəpəz” Premyer Liqada növbəti ev oyununun stadionunu dəyişdirmək istəyir. Bu məqsədlə hətta PFL-ə şifahi müraciətin edildiyi də deyilirdi. Səbəb isə Gəncə şəhər stadionunun  ot örtüyünün yaxşı vəziyyətdə olmaması göstərildi. Hansı ki, mövsümün əvvəlində AFFA-nın maliyyəsi hesabına qazon tamamilə dəyişdirilmişdi.
 
Gəncə şəhər stadionunun ot örtüyündə yaranan problemin səbəbi qış fəsli olması, havaların soyuq keçməsi göstərilir. Əslində isə məsələ burasındadır ki, meydançada təmir işlərini aparan Şotlandiyanın SİS şirkəti isitmə sistemi quraşdırmayıb. Hətta ehtimal var ki, qazonun toxumu da iqlim şəraitinə uyğun seçilməyib.
 
Bu, adəçəkilən şirkətin ölkədə ilk keyfiyyətsiz işi deyil. Daha əvvəl “Dalğa Arena” və “8-ci km stadionu”nda salınan ot örtüyüdə də oxşar hallar yaşanmışdı. Növbəti problem Gəncədə baş verdi. Cəmi 2 ay əvvəl yamyaşıl olan ot örtüyü indi tamamilə saralıb və əgər meydançada bir neçə oyun da keçirilsə, birdəfəlik sıradan çıxa bilər.
 
Ancaq nədənsə AFFA-da SİS-dən əl çəkmirlər. Baş katib Elxan Məmmədovun yaxın əlaqələrinin olduğu deyilən şirkət indi də “Sumqayıt”ın stadionunda qazonun dəyişdirilməsi işini görəcək.
 
“Gənclik şəhəri” təmsilçisinin ev oyunlarını keçirdiyi “Kapital Bank Arena”da yeniləmə işlərinin aparılacağı ilə bağlı açıqlamanı keçən ilin dekabrında AFFA-nın İcraiyyə Komitəsinin iclasından sonra qurum rəhbəri Rövnəq Abdullayev vermişdi. Plana görə, komandanın ev oyunlarını keçirdiyi arenanın örtüyü sünidən təbiiyə dəyişdirilməlidir. Bundan başqa, təbii örtüklü daha bir meydançanın salınması düşünülür.
 
Abdullayevin həmin açıqlamasından bir neçə gün sonra “Sumqayıt”ın prezidenti Kamran Quliyev “Futbol+”ə müsahibəsində məsələ ilə bağlı ətraflı açıqlama vermişdi. Onun sözlərinə görə, təbii örtüklü iki yeni meydança salınacaq və bütün bu işləri Şotlandiyanın SİS şirkəti həyata keçirəcək. Yanvarın əvvəlində şirkət nümayəndələri ilə görüş olmalı və görüləcək işlərin qrafiki dəqiqləşdirilməli, apreldən isə işə başlanmalıydı. Bunları da sözügedən müsahibəsində Kamran Quliyev bildirib.
 
Hələlik görüləcək işlərlə bağlı dəqiq bir məlumat yoxdur. Bircə o bilinir ki, qazonun dəyişdirilməsi işini SİS şirkəti həyata keçirəcək.
 
Spesifikasını nəzərə alsaq, Sumqayıtın iqlimi Gəncədən də sərtdir. Dənizkənarı ərazidə daim külək olacaq. Dənizdən buxarlanan duzlu su meydançaya yağış halında düşsə, orda Gəncədəkindən daha pis vəziyyət yaranacaq. Çünki bunadək SİS-in düzəltdiyi meydançaların heç birində problemsizlik olmayıb.
 
Biz də bununla bağlı klub rəhbərliyindən soruşduq ki, həmin SİS-dir, gördüyü hər işdə problem əmələ gəlib/gəlir. “Kəpəz”dən sonra növbəti “Sumqayıt” ola bilər. Bəlkə bu məsələyə növbəti dəfə baxılsın?
 
Klub prezidenti Kamran Quliyevlə birbaşa əlaqə baş tutmadığından sualı mətbuat xidməti vasitəsilə ünvanladıq. Yekun cavab belə oldu ki, əlimizdə bu işlə bağlı rəsmi təsdiqlənmiş qrafik olmadığı üçün dəqiq heç nə deyə bilmərik.
 
Göründüyü kimi, klub rəhbərliyi suala cavab verməkdən maksimum qaçır. Halbuki keçən ilin dekabrında artıq yanvarda şirkət nümayəndələriylə müzakirələr aparılacağı, bəzi dəqiqləşdirmələr ediləcəyi açıqlanmışdı. Quliyev ya həmin zaman dəqiq olmayan informasiya verib, ya da indi sualdan yayınır.
 
Bəs bu ifşalar? Nəticədə əmlaka, maliyyəyə səhlənkar, maxinator yanaşma faktı çıxır ortaya. Belə araşdırmalarda adətən qarşı tərəfin arqumenti bu olur ki, media düşündüyünü yazır, bizim mövqeyimizi öyrənmir. Biz bu dəfə də qarşı tərəfə tribuna verdik. Ancaq onların deməyə sözü olmursa, bildiklərini zorən də yeritmək istəyirlər. Belə çıxır ki, “Sumqayıt” fikir azdırır. Planın olmaması, klubun mövqesizliyi mümkün deyil. Necə yəni klub qarışmır? Yaxşı, AFFA pul ayırdı, ancaq sabah işin zayı çıxanda zərər kluba dəyəcək. Necə ki, Gəncə stadionu üçün ayrılan maliyyə “Kəpəz”in büdcəsindən silindi, nəticədə heyət zəiflədi. İndi komanda pis vəziyyətdə, ot örtüyü də solub-saralıb, günahkar yoxdur, heç kəs məsuliyyəti üzərinə götürmək istəmir.
 
Eyni problemlə üzləşməyə indi də “Sumqayıt” namizəddir. Klub rəhbərliyinə anlatmaq istəyirik ki, SİS ot örtyü məsələsində ideal deyil, əksinə, görülən hər işində problem əmələ gəlib. Belə gedərsə, sonda çanaq “Sumqayıt”ın başında çatlayacaq. Gəncənin üstünə çökən SİS “Sumqayıt” üçün SOS olmalıdır...
 
P.S. Siz buna klub olaraq necə hazırlıq görürsünüz? Ot örtüyü üçün zəmanət olacaqmı? Problem çıxarsa, təzminat məsələləri müzakirə edilibmi? Ota qulluq işi necə təşkil olunacaq? Bütün bunlar necə tənzimlənəcək?
 
Bu sualları da apar-gətir eləyə bilmədiyimizçün klubun mətbuat xidməti vasitəsiylə vermədik, bura yazmağa məcbur olduq. Klub rəhbəri dirənib ki, görüşməliyik. Hər xırda/böyük mövzuya görə Kamran Quliyevin görüşünəmi getməliyik? Belə təcrübə yoxdur. Kommunikasiya əsridir.
 
Futbolpress.az

 
tarix: 14-02-2018 19:07


 
Xəbər lenti
18.08.2018

14:31   “Napoli”nin futbolçusu “Sampdoriya”da

14:00   Rəhbərliyi tənqid edən baş məşqçiyə şok cəza

13:30   “Liverpul”un futbolçusu A Seriyası klubunda

13:11   David Ospina rəsmən “Napoli”də

13:00   Topaz Premyer Liqasında yay bazarlığı - YENİLƏNİR

12:43   Litva yığmasının üzvü “Keşlə”də - RƏSMİ

12:25   Donald Gerrye: “Yaxşı start “Qarabağ” üçün çox vacibdi”

12:04   Bordin: “Neftçi”ni layiq olduğu yerə qaytarmalıyıq” - VİDEO

11:23   Millimizin üzvü ilk oyunda şans qazanmadı

11:00   “eTopaz”da günün canlı oyunları

10:47   “Keşlə” yenə qarışıb

10:32   “Traktorsazi”dən ilk qələbə

10:21   İtaliya klubu Salih Uçanı təqdim etdi - FOTO

10:15   Şeydayev "Krılya Sovetov"da “11” geyəcək

10:00   “TOPAZ”DA BU GÜN

09:33   Millimizin üzvü yenə ehtiyatda qaldı

09:00   “Qarabağ” “Səbail”ə, “Zirə” “Keşlə”yə qarşı - YENİLƏNİR

02:11   La Liqa da başladı

01:07   Lion “Olimpik”i səfərdə uduzdu

00:45   “Trabzonspor” 3 xalı 3 qolla qazandı

17.08.2018

23:19  Məşhur hücumçu yenidən İtaliya A Seriyasında

22:51  “Qalatasaray”dan Fransa klubuna - RƏSMİ

21:07  “Mançester Siti” yeni transferini icarəyə göndərdi

19:12  “Keşlə”yə qol vursam, qeyd edəcəm”

18:40  Messiyə hökm oxundu - 2,5 il

18:35  Orxan Sadıqlı rəsmən “Sumqayıt”da

18:04  Emin Mahmudov ən yaxşı futbolçu seçildi

17:58  FİFA “Atletiko”nu cərimələdi

17:25  Vəli Qasımov Avopa Liqasının püşkatmasına gedəcək

16:51  Millimizin Bakı toplanışı üçün 23 futbolçu

16:32  Super Liqada ikinci dövrə start götürdü

16:15  “Milan”dan 2 transfer - RƏSMİ

15:53  “Neftçi”nin həsrəti nə vaxt bitəcək?

15:39  Topaz Premyer Liqasında ilk turun rəmzi komandası

15:19  İtaliyalı futbolçu Super Liqa klubunda

14:46  “Şerif” “Qarabağ” üçün 25 futbolçu sifariş etdi

14:25  “Qarabağ” üçün 21 yaşlı “arı”

13:45  “Şerif” - “Qarabağ” matçı 2-8 manata

13:28  Markizio “Yuventus”dan getdi - RƏSMİ

13:01  Milli komandada yeni baş məşqçi

12:40  Azərbaycan gerilədi - UEFA reytinqində

12:27  “Neftçi” - “Qəbələ” matçının hakimləri məlum oldu

12:15  Davud Kərimi "Keşlə"də!

12:10  “Şerif”lə hər 2 oyun eyni vaxtda

12:05  Avroliqanın püşkündə azərbaycanlı səfir

12:00  “Sumqayıt” gözləyir, Sərdarsa Polşada oynayacaq

11:47  İtaliya klubundan daha bir transfer

11:31  “Şalke” Kosovo yığmasının forvardını icarəyə verdi

11:00  “eTopaz”da günün canlı oyunları

10:41  “Monpelye”də yeni “10 nömrə”

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az