(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Ceyhun Sultanov: “Sumqayıt”dan “Neftçi”yə futbolçular cəlb edəcəyik”

Ceyhun Sultanov: “Sumqayıt”dan “Neftçi”yə futbolçular cəlb edəcəyik”

"Seçimə indidən başlamaq lazımdır. Komandanı formalaşdırmaq üçün qarşımda 3 ay vaxt var. Çalışacağam ki, bu 3 ay ərzində hansısa ölkələrdən mənə təklif olunan futbolçuları 3 gözümlə görüm. Ondan sonra isə qərarlarımı verəcəyəm". 

Futbolinfo.az xəbər verir ki, bunu "Neftçi"nin yeni idman direktoru Ceyhun Sultanov jurnalistlər üçün keçirdiyi brifinqdə deyib. Gənc mütəxəssis bildirib ki, futbolçu seçimi zamanı ehtiyac olsa, baş məşqçini də özü ilə aparacaq ki, o da özü futbolçunu görüb seçə bilsin. C.Sultanov kluba video-görüntülərə əsasən futbolçu seçməyi doğru hesab etmədiyini vurğulayıb: "Kim seçirsə, komandası pis vəziyyətə düşür. Futbolçu şəxsən görülməlidir. Oyunçunun son durumu mənə maraqlıdır. Bundan öncəki durumu önəm kəsb etmir". 

Yeni idman direktoru "Neftçi"də bir çox mövqelərdə problemlərin olduğunu deyib: "Əsas heyətə düşən 11 futbolçunun hamısın qazanmaq lazımdır. Maya qədər vaxtımız var. Nə qədər danışsaq da, 11 nəfər meydanda mübarizə aparır. O oyunçuları qazanmalıyıq. İstəyirik ki, 3 ay ərzində nəyəsə nail olaq. Baş cür mümkün deyil". 

C.Sultanov bu təyinatadək menecer vəzifəsində çalışdığı "Sumqayıt"dan "Neftçi"yə futbolçu transferlərinin mümkünlüyünü istisna etməyib: "Gələcəkdə hər şey ola bilər. Biz 3 ay gözləməliyik ki, o futbolçular "Sumqayıt"da daha yaxşı səviyyədə olsunlar. Bu, heç kimə sirr deyil: Bir neçə futbolçu var ki, onları "Neftçi"yə cəlb etməyi planlaşdırırıq. Amma ən birincisi, baş məşqçi ilə razılaşmaq lazımdır. Onun razılığı vacibdir. Nəinki "Sumqayıt"da həvəskar klubda da çalışsaq, baş məşqçinin razılığı olmadan komandaya futbolçu cəlb edə bilmərik". 

"Neftçi" rəsmisi yalnız baş məşqçi Tərlan Əhmadovun müsbət rəy verəcəyi oyunçuların komandaya cəlb olunacağını da əlavə edib: "Bu gün sizə bir futbolçunun adın söyləyək, 3 ay ərzində həmin futbolçunun çıxışında eniş olsa, necə olacaq? Baş məşqçiyə futbolçuların siyahısını təqdim edəcəyik. O isə baxacaq. Mən özüm də o futbolçuya baxıb, onun keyfiyyətlərini Tərlan müəllimin qarşısına qoyacam. Baş məşqçi isə bəyənsə, həmin futbolçu ilə müqavilə bağlanacaq. Heç bir insan bura hansısa futbolçunu ata bilməz. Bu, heç kimin ağlına gəlməyəcək. Belə hallar olmayacaq, ola da bilməz! Çünki futbol bunu tələb edir. Baş məşqçimizin bəyəndiyi oyunçular burada olacaq" ("Report").


 
tarix: 21-02-2018 19:27


 
Xəbər lenti
16.12.2018

00:55   “Reyms” “Strasburq”a qalib gəldi

00:31   “Mançester Siti” də evdə sevindi, “Tottenhem” də

00:02   “Bavariya”dan darmadağın, “Borussiya”dan qələbə

15.12.2018

23:26  “Qalatasaray” liderlə heç-heçəyə razılaşdı

22:21  “Sumqayıt” “Neftçi”ni belə şoka saldı - VİDEO

21:50  “Zirə”yə ilk oyunda 1 qol bəs etdi - VİDEO

21:40  “Arxayınlaşsaq, cəzalana bilərik”

21:36  Roberto Bordin: “Bizim üçün mərhələ adlamaq çətin olacaq”

20:58  “Neftçi” “Sumqayıt”a uduzdu, “Zirə” “Səbail”ə qalib gəldi

19:58  Samir Abasov: “Qalib gəlsək də, vəziyyətimiz ürəkaçan deyil”

19:43  Aftandil Hacıyev: “Onun bu qədər vərəqə alması təsadüf ola bilməz”

16:27  Finalda uduzdular, baş məşqçi ilə vidalaşdılar

15:35  Millimiz yoxlama matçında uduzdu

15:00  AFFA Ceyhun Sultanovla bağlı qərarını dəyişdirdi

14:27  Ziya Əzizov oynamadı, komandası məğlub oldu

13:35  UEFA-dan “Milan”a sərt cəza

13:04  “Arsenal”dan “Qarabağ”la oyundakı insidentlə bağlı açıqlama

12:32  “Fənərbaxça”ya görə AFFA-nın təklifindən imtina etdi

12:00  Turin derbisi, "Liverpul"un lider kimi ilk sınağı və daha nələr həftəsonu "Topaz"da

11:30  UEFA erməniləri cərimə etdi

11:00  Afrikada ilin ən yaxşı futbolçusu açıqlandı

10:30  UEFA “Arsenal” - “Qarabağ” oyunu ilə bağlı iş açdı

10:00  “eTopaz”da günün canlı oyunları

09:30  “Traktorsazi” Təbrizdə uduzdu

02:15  “Selta” “Leqanes”lə “sülh bağladı”

01:47  “Volfsburq”dan “Nürnberq” üzərində inamlı qələbə

00:37  “Bursaspor”la "Göztəpə"dən heç-heçə

00:04  Avroliqada son turun ən yaxşı oyunçusu

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az