(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Kamran Quliyev 1 həftə vaxt istədi: “…maaşı reallıqdan çox uzaqdı”

Kamran Quliyev 1 həftə vaxt istədi: “…maaşı reallıqdan çox uzaqdı”

“Neftçi”nin yeni prezidenti Kamran Quliyev bu postda ilk müsahibəsini verib. O, komandanın növbəti məşqinə dəvət edilən jurnalistlər üçün brifinq təşkil edib.
 
Kamran bəy öncə təyinatı ilə bağlı danışıb: “Neftçi” ölkənin ən tanınmış, ən titullu klubudu. Burda işləmək hər kəs üçün şərəfdi”.
 
“Sumqayıt”ı “ağ-qaralar”a dəyişən Quliyev ölkənin ən qocaman klubuna gəlişində əvvəlki iş yerlərindəki uğurlarının rol oynadığını düşünür: “Məni tanıyırlar, həm “Sumqayıt”da, həm də əvvəlki iş yerlərində kollektiv işin, komanda ruhunun tərəfdarı olmuşam. Özümə tərəfdaş seçdiyim adamlar həmişə mənə, işlədiyim təşkilata dayaq olublar. Bugündən başlayaraq bir yumruq kimi birləşib işləyəcəyik. “Neftçi”nin yeni idman direktoru Ceyhun Sultanovu da sizə təqdim edirəm. Bütün futbol məsələləri, əsas, əvəzedici komanda və akademiyaya nəzarət onda olacaq. Onun “Sumqayıt”da gördüyü iş göz qabağındadı”.
 
Kamran bəy keçmiş klubundan başqa birinin “Neftçi”yə gəlməyəcəyini deyir: “Hazırda bu barədə söhbət getmir. “Sumqayıt” bizim üçün əziz yerdi. İndi ordan üçüncü bir adamı yerindən tərpətmək düzgün olmaz. Ancaq istisna olunmur ki, gələcəkdə “Neftçi”yə xeyir verəcək, bura üçün fədakarlıq edəcək insanlar gələ bilər. Baş məşqçi Samir Abasovun təyinatı real görünmür. O, “Sumqayıt”ın ən sadiq funksioneridi. Bizim baş məşqçimiz var. Tərlan Əhmədov klubumuzun, millinin tarixinə düşmüş mütəxəssisdi. Burda çalışan insanları tanımaq üçün mənə vaxt lazımdı. “Neftçi”də işləmək üçün insanda 3 xasiyyət olmalıdı: dürüstlük, fədakarlıq və sadiqlik əsas amillərdi. Çox sadiq həmkarlarım var. Maliyyə-təsərrüfat məsələlərinə cavabdeh olan şəxs, həmçinin idman direktorumuz var. “Neftçi”yə layiq olan insanlar bu klubda işləyəcəklər”.
 
Prezidentin açıqlamasında sabahkı istənilən prosesə yer var. Heç kimin gəlməyəcəyini deyir, eyni zamanda bunu istisna etmədiyini bildirir. Bir az məntiqsiz görünür. “Fədakarlıq edəcək insanlar gələ bilər” ifadəsi də maraqlıdı. Məgər “Neftçi”də yalnız fədailər toplaşıb? Əksinə, vəzifəcə yüksəlmək, daha çox qazanmaq istəyənlər, eyni zamanda nüfuz dalına qaçanlar Bakı klubuna üz tutur. Bu səbəbdən kiminsə gəlişini fədakarlıq kimi dəyərləndirib, klubu “yükləməyin” doğru olmadığını düşünürük.
 
Kamran bəyin növbəti dəfə Tərlan Əhmədova dəstək verməsi əla gedişdi. Bu cütlüyün birgə yola davam etməyəcəyi hamıya bəllidi, ardıcıl 3 çempionat matçından sonra münasibətlərin necə gərgin olacağını özünüz də görəcəksiz. Amma Quliyev klubdaxili sabitliyi, birliyi qorumaq üçün cəhd edir, qalanı həm də məşqçi və futbolçulardan asılıdı. “Tanımaq üçün vaxt lazımdı”nın davamı bir müddətdən sonra “tanıdım və belə qərar verdim” ola bilər.
 
Yeni prezidentin sadaladığı, “Neftçi”də işləmək üçün lazım olan xüsusiyyətlər siyahısında düzəlişə ehtiyac var. Dürüstlük hər işdə lazımdı, fədakarlıq isə olmaya da bilər, əvəzində peşəkar olmaq, işə bu prizmadan yanaşmaq vacibdi. Kimsə işinin peşəkarı olmayacaqsa, onun fədakarlığı da fayda verməyəcək. Fədakarlıqdansa, işini dəqiq bilmək, öhdəsinə düşəni yerinə yetirmək kifayət edir. Sadiqliksə nisbi anlayışdı. Hansısa futbolçunun, məşqçinin kluba sadiq olması vacib deyil, işini yüksək səviyyədə görsə, onsuz da vazkeçilməz kadra dönəcək. Yox, bu sadiqliyin mənası başqadısa, onu biz bilmərik.
 
Maraqlıdı ki, Kamran bəy “Neftçi”də dərin problemləri görmür. O, yalnız klubdaxili birliyin olmamasından narahatdı. Qismən haqlıdı, çünki komandada 3-4 qruplaşma diqqət çəkir, hərəsi bir xəttin adamıdı. Onları birləşdirməyi bacarsa, Quliyev işin yarısını görmüş olacaq. Amma klubda maliyyə, futbolçuların səviyyəsi, akademiyanın durumu ilə bağlı çox ciddi problemlər var. Bir həftədən sonra bu barədə sual versək, əminik ki, Quliyev indiki qədər rahat danışmayacaq.
 
Yeni rəhbərin vaxt istəməsi təbiidi. Vədlərini də buna uyğun verir. Və haqlıdı, Kamran bəyin birdən-birə hər şeyi yoluna qoyacaq sehrli çubuğu yoxdu. Lakin “Neftçi” bu zamanın veriləcəyi durumdadımı?
 
Kamran bəy klubdaxili durumu dəqiq bilmədən mövsüm üçün vəd vermək istəmir. O, bir həftə ərzində idman direktorunun komandanın durumu ilə bağlı hesabatına baxacaq. Yalnız bundan sonra hədəf müəyyənləşəcək: “Çalışarıq ki, bu komanda ilə Avroliqaya düşək. Artıq “Neftçi”nin məsuliyyəti bizim çiynimizdədi”.
 
Ramin Musayevlə bağlı açıqlamasını bu dəfə qismən yumşaldan Quliyev deyib: “Ramin Musayev çox hörmət etdiyim insandı. “Sumqayıt” klubunun rəhbəri olanda onun qəbulunda olmuşam. Oyunlarımıza baxmağa gəlib, bizə dərin məsləhətlərini verib. Sadəcə, Ramin müəllimin bizim baş məşqçiyə aid olan sözlərinə klub kimi biganə qala bilməzdik. Fürsətdən istifadə edib demək istəyirəm ki, bizim belə bir siyasətimiz olacaq. Kluba kənardan heç bir müdaxilə ola bilməz. Amma kimsə tövsiyə, məsləhət vermək istəsə, biz ona qulaq asmağa hazırıq. Ramin müəllim əvvəlki "Neftçi" üçün çox darıxır. Hamiya güclü “Neftçi” lazımdı. Məncə, elə buna görə də belə açıqlama verib”.
 
Klubun uğurlu işi üçün ən vacib məsələlərdən birinin maliyyə sabitliyi olduğunu deyən Quliyev “Neftçi”də bu baxımdan problem olmadığını düşünür: “Vitse-prezident Elnur Eyvazov ilk gündən lazımi məlumatı mənə verib. Heç bir problem yoxdu. Maaşlar vaxtında verilir. Klubda oyunçuları motivasiya edən mükafat problemi yoxdur. Klubun layihələri var. Yaxın vaxtlarda bazanın tikintisinə start veriləcək. Yeni meydançalar istifadəyə veriləcək. Klubumuzun infrastrukturu ən yüksək səviyyədə olmalıdı”.
 
İstənilən halda, prezident hələ klubla tam tanış olmayıb, onu hansı işlərin, problemlərin həlli gözlədiyini bilmir. Bu səbəbdən bir həftə vaxt istəyir: “Ardıcıl ikinci il avrokuboka düşməmək bizim üçün uğursuzluq olar. Komandada dəyişiklik etmək üçün burdayıq. "Neftçi" Azərbaycanı avrokuboklarda təmsil etməlidi. Avroliqaya düşmək lazımdı. “Sumqayıt” – “Neftçi” matçında göründü ki, komandada ciddi problemlər var. Amma birdəfəlik heç nə həll olunmur. Bizim əlimizdə sehrli çubuq yoxdu ki, birdən-birə dəyişiklik edək. Uğur qazanmaq üçün bizə hər cür şərait yaradılıb. Bizə vaxt lazımdı. Bilirik ki, “Neftçi”də çox vaxt verilmir. Azarkeşlər bizdən uğur gözləyirlər və bunu da haqq edirlər. Azarkeşləri tribunaya gətirən əsas amil komandanın oyunudu. Onların bizdən küsməyə haqları var. "Neftçi" xalqın komandasıdı”.
 
Bu cavabla mümkün məşqçi dəyişikliyi haqda sualdan yayınan Kamran bəy, indi bacarığını ortaya qoymalı, özünü yaxşı idarəçi kimi sübut etməlidi. Axı, özü də etiraf edir ki, uğur qazanmaq üçün hər cür şərait yaradılıb.
 
“Sumqayıt” azarkeşlərinə məktub hazırladığını deyən Quliyev onların incikliyini unutdurmaq niyyətindədi. Sözlərində həqiqət var: “Klubu ən yaxşı anında tərk etdim, pis vaxtda qoyub-getmədim”.
 
Kamran bəy ən önəmli məqamdan da danışıb. İndiyədək “Neftçi”yə futbolçuların şişirdilmiş qiymətlərlə cəlb edilməsi, klubun büdcəsinin kimlərinsə cibinə axması, havaya sovrulması halları olmamalıdı. Hər halda, prezident belə vəd edir: “İnanmıram ki, transfer məsələsində bizi kimsə aldada bilsin. Baş məşqçinin razılığı olmadan komandaya heç bir yeni oyunçu dəvət edilə bilməz. “Neftçi”yə gələn futbolçunun məsuliyyəti və ondan tələb olunan nəticə başqadı. Dünya praktikasında da belədi. “Levante”nin futbolçusu “Real” və ya “Barselona”ya keçəndə maaşı artır. Bu, qəbulolunandı. Lakin bazar qiymətləri çərçivəsində hərəkət etmək lazımdı. 5 manata layiq futbolçu "Neftçi"də 10 manat almayacaq. Hazırda problemimiz tək şişirdilmiş maaşlar deyil. Bəli, belələri var. Eləsi var ki, maaşı reallıqdan çox uzaqdı. Bu məsələlərə yayda baxılacaq. İndi isə heç nə edə bilməz. Çünki futbolçuların müqavilələri var. Həmin müqavilələrin üzərində “Neftçi”nin möhürü var və biz buna hörmətlə yanaşmalıyıq”.
 
FƏRİD

 
tarix: 21-02-2018 17:45


 
Xəbər lenti
22.06.2018

14:56   Futbolçular Sampaolinin qovulmasını tələb edir

14:25   “Fənərbaxça” yeni baş məşqçisini açıqladı - RƏSMİ

13:54   “Fənərbaxça”ya gəldiyi rəsmən açıqlandı

13:22   Daha bir futbolçu DÇ ilə erkən vidalaşdı

12:52   “Qarabağ” Avstriyada ilk günü 2 məşqlə başa vurdu

12:40   Bakıda Avroliqa başlayır: İlk gündə 4 oyun

12:23   “Qarabağ”da şotland qapıçı?

12:02   “Neftçi”nin braziliyalısı: “Əlimdən gələni edəcəm ki...”

11:48   “Qarabağ”ın “Olimpiya” ilə hər iki oyununun vaxtı və yeri açıqlandı

11:24   Naqelsmanın yeni klubu bəlli oldu

11:00   “eTopaz”da günün canlı oyunları

10:33   Növbəti 3 oyunun hakim təyinatları açıqlandı - DÇ-2018

10:00   “TOPAZ”DA BU GÜN

09:31   Xorvatiya 4-cü oldu: Kim qalır, kim gedir?

09:00   Braziliya Kosta Rika ilə üz-üzə - YENİLƏNİR

01:15   Argentina - Xorvatiya matçının ən yaxşısı

01:01   “Qəbələ” Sloveniyadakı 2-ci günü tək məşqlə başa vurdu

01:00   Topaz Premyer Liqasında yay bazarlığı - YENİLƏNİR

00:49   İlqar Qurbanov: “Həmişə rəqib komandanı özündən üstün saymalısan”

00:02   Xorvatlar Argentinanı belə biabır etdilər - VİDEO

21.06.2018

23:51  Argentina Xorvatiyaya uduzdu, Fransadan ikinci qələbə

23:06  Mbappe tarixə düşdü

22:00  Fransa 1/8 finala, Peru evə

21:22  Mbappe ən yaxşı seçildi

21:00  Fransaya 1 qol bəs etdi - VİDEO

20:08  “Qarabağ” Avstriyada ilk məşqinə çıxdı

19:51  “Qarabağ” italiyalı qapıçı gətirir

19:14  Əmrə rəsmən “Yuventus”da

18:55  Füzuli və Cəbrayılda “Cəsur ürəklər” festivalı

18:41  “Neftçi”də hazırlığın ilk mərhələsi bitdi

18:20  Danimarka - Avstraliya matçının ən yaxşısı bəlli oldu

18:01  Hərəyə 1 qol, 1 xal - VİDEO

17:36  MY yeni transferini rəsmən açıqladı - FOTO

16:55  “Neftçi”nin yeni məşqçisi: “Gündən günə məşqlərin intensivliyini artırırıq”

16:24  “Olimpiya”nın kapitanı: “Hamı bizimlə düşmək istəyirdi”

16:17  “Neftçi” rəsmisi: “Onlara bu barədə məlumat verilmişdi”

15:58  Ronaldodan saqqal sözü: Qırxmayacam

15:03  Millimizin Avropa Liqası üçün heyəti

14:50  “Neftçi”də biabırçılıq: Futbolçuları məşqə buraxmadılar

14:30  Gözlənilən oldu: Əmrə Can “Yuventus”da - FOTO

14:19  Şehiç qərarını dəyişdi: Türkiyənin başqa klubuna keçir

13:50  “Qəbələ” “Proqres”lə ilk oyunun yer və vaxtını açıqladı

13:43  Juninyo Premyer Liqa klubunda

13:17  Altıntop karyerasını başa vurdu

12:44  Millinin mətbuat üçün açıq məşqi olacaq

12:25  DÇ-2018: Daha 3 oyunun hakimləri bəlli oldu

12:01  Baqali Dabo: “Avroliqada uğurlu ola bilərik”

11:43  Super Liqa klubunda yeni baş məşqçi

11:22  Premyer Liqa klubundan 25 milyonluq transfer

11:00  “eTopaz”da günün canlı oyunları

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az