(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Elxan Məmmədovun Elxan Əsədov şərti

Elxan Məmmədovun Elxan Əsədov şərti

Elxan Məmmədov adaşına və sabiq müavininə qadağa qoyub. O, Elxan Əsədovun rəhbərlik etdiyi qurumu tanımaq istəmir və bu üzdən yeni münaqişə ocağı yaranır. AFFA-nın martın 7-də baş tutacaq Növbəti Konfransında hadisələr kuliminasiya nöqtəsinə çata bilər.
 
Ötən ilin dekabrında ölkəmizdə mini-futbolun inkişafına və kütləviləşdirilməsinə böyük töhfə vermiş “Azfar Group” şirkəti tərəfindən “Azərbaycan Mini-Futbol Assosiasiyası” (AMFA) təsis edilib. Bu qurumun prezidenti postuna da Elxan Əsədov gətirilib. Bu şəxs 2008-2012-ci il aralığında AFFA-nın baş katibi Elxan Məmmədovun müavini postunu tutub. Daha sonra Dövlət Bayrağı Meydanı Kompleksinin rəisi Rəşad Məmmədova köməkçi gedən bu şəxs, rəhbərinin işdən azad olunması kənarda qalıb 5 ildən sonra yenidən futbol sektoruna dönür.
 
“Azfar Group” şirkəti hazırda Bakı və Sumqayıt şəhərlərində 30-dan artıq stadionla həvəskar futbolçulara xidmət göstərir. Şirkətin təşəbbüsü və təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə keçirilmiş “Azfar Business League-ABL Cup 2017/18” çempionatı, futbol ictimaiyyətinin və işgüzar dairələrin böyük marağına səbəb olub, eləcə də, mini-futbolun korporativ məkanda təbliğ edilməsinə şərait yaradıb. Məhz bu tədbirlərin məntiqi davamı olaraq, ölkəmizdə həvəskar futbolçuları bir araya gətirmək və mini-futbol idman növünü peşəkar müstəviyə çıxarmaq məqsədilə belə bir assosiasiyanın yaradılmasına qərar verilib. Müasir standartlara cavab verən mini-futbol meydançalarının və həvəskar futbolçularla qurulmuş sıx əməkdaşlığın mövcudluğu, öz növbəsində Azərbaycan Mini-Futbol Assosiasiyasının gələcək uğurlu fəaliyyəti üçün bünövrə rolunu oynamalıdı.
 
Assosiasiyanın əsas hədəfi ölkədə futbolun inkişaf səviyyəsinin yüksəldilməsi, əhalinin müxtəlif kateqoriyaları arasında mini-futbolun kütləviləşdirilməsi, sağlam həyat tərzinin təbliği, habelə peşəkar futbolçuların hazırlanmasına nail olmaqdı. Assosiasiyanın qarşısında duran əsas məqsədlərdən biri də mini-futbol üzrə beynəlxalq qaydaların və standartların Azərbaycanda tətbiqini və ölkə mini-futbolunun beynəlxalq mini-futbol ailəsinə inteqrasiyasını həyata keçirməkdi. Təcrübə mübadiləsinin aparılması məqsədilə artıq Avropa və Dünya Mini-Futbol Federasiyaları ilə sıx əməkdaşlığa başlanıb, Azərbaycanın sözügedən təşkilatlara üzv qəbul olunması məsələsi ətrafında aktiv müzakirələr aparılıb.
 
Nəticə etibarilə AMFA Azərbaycanda ilk dəfə olaraq həvəskarlar arasında mini-futbol üzrə milli yığmanı formalaşdıraraq, beynəlxalq yarışlarda millimizin iştirakını təmin edəcək. Habelə AMFA bayrağı altında həvəskarlar arasında mini futbol liqası yaradılaraq, qaliblərin mini-futbol üzrə Dünya və Avropa çempionatlarına getmək şansını yaradacaq. Bunların hamısı gələcəkdə beynəlxalq turnirlərin Azərbaycanda keçirilməsi, ölkəmizin beynəlxalq mini-futbol arenasında təşviq olunması, eləcə də, yeni inkişaf mərhələsində həvəskarların daha çox mini-futbola cəlb olunması üçün şərait yaradacaq. Bir sözlə, Assosiasiya ölkəmizdə sosial statusundan, peşəsindən və yaşından asılı olmayaraq bütün həvəskarları mini-futbol bayrağı altında birləşdirməklə, həvəskar futbolla peşəkar futbol arasında körpü rolunu oynayacaq.
 
 “Azfar Group” Dünya Mini-Futbol Federasiyası ilə əməkdaşlığa da start verib. Bu məqsədlə ötən ilin sonunda DMF-in çexiyalı prezidenti Filip Yuda ölkəmizdə mini-futbolun inkişafı və “Azfar Group”un fəaliyyəti ilə yaxından tanış olmaq üçün Bakıya səfər edib. Səfər çərçivəsində mini-futbolun inkişafı ətrafında müzakirələr aparılıb, Azərbaycanın DMF-ə üzvlük imkanları müzakirə olunub və Yuda Azfar Biznes Liqasının təqdimat mərasimində iştirak edib. Mini-futbolun ölkəmizdəki inkişaf səviyyəsindən məmnun qalan DMF-in prezidenti öz növbəsində “Azfar Group”u dünya mini-futbolunu təmsil edən təşkilatlarla tanışlıq üçün Tunisdə keçirələcək mini-futbol üzrə dünya çempionatına dəvət edib. 6-15 oktyabrda Tunisin Nabeul şəhərində keçirilmiş DÇ-də “Azfar Group”un nümayəndələri iştirak edib və DMF-in İngiltərə, ABŞ, Rusiya, İspaniya, Portuqaliya, Argentina, Fransa, İsveçrə, Rumıniya kimi üzv ölkələri ilə mini-futbolun inkişaf perspektivləri müzakirə olunub. Səfər çərçivəsində DMF-in Ümumi Yığıncağına dəvət almış “Azfar Group” nümayəndələri Azərbaycanda mini-futbolun inkişafı barəsində üzv ölkələrə ətraflı məlumat verib və ölkə mini-futbolumuzun beynəlxalq səviyyədə tanınması üçün bütün zəruri şəraitin olduğunu göstərib.
 
Daha sonra DMF-in prezidenti ilə keçirilmiş ikitərəfli görüş zamanı Azərbaycanın DMF-ə üzv olması üçün danışıqların davam etdiriləcəyi vurğulanıb və bu istiqamətdə “Azfar Group” ilə DMF arasında Anlaşma Memorandumu imzalanıb. Memoranduma əsasən, Azərbaycanın DMF-ə üzv qəbul olunması üçün prosedur qaydaları öyrəniləcək və “Azfar Group” ilə DMF arasında mini-futbolun inkişafı üzrə təcrübə mübadiləsi aparılacaq. Bu sahədə “Azfar Group”un əsas məqsədi mini-futbol üzrə beynəlxalq təcrübənin Azərbaycana gətirilməsi, yerli futbolçularla digər ölkə futbolçuları arasında peşəkar və dostluq əlaqələrinin qurulması və ölkəmizdə həvəskar futbolçulara göstərilən xidmətlərin beynəlxalq standartlara uyğunlaşdırılmasıdır.
 
Bütün bunlar ilkin prosedurlardı və hamısına əməl olunub. AMFA yaradılıb, beynəlxalq təşkilatlarla münasibətlər qurulub. Hazırda 9X9-a oynanılan bu yarış üzrə Avropa Çempionlar Liqasına vəsiqə üçün yarış təşkil olunur. İndi qalır AFFA-ya üzv olmaq, ondan sonra isə beynəlxalq təşkilatlara üzvlük rəsmiləşəcək. 
 
Maraqlıdı ki, AFFA-nın baş katibi Elxan Məmmədov buna əngəl yaratmaq istəyir. O, öz kurasiyasında olan və dostlarının rəhbərlik etdiyi Mini-Futbol Liqasının (MFL) üzvlüyünə çalışır. Bir neçə ildi Bakı Olimpiya Stadionunda bu qurumun yarışları keçirilir, lakin “Azfar Group”un layihəsi daha sanballıdı və təşkilatlanma daha mükəmməldi. MFL-in istənilən formada təşkili mümkün olmadığından beynəlxalq qurumlarla əməkdaşlıq da fayda verməyib. DMF məhz AMFA ilə əməkdaşlıqda maraqlıdı.
 
İndi qalır AMFA-nın AFFA-ya üzvlüyü və artıq müraciət edilib. Məmmədov onlara mane olmaq üçün hansısa səbəbdən qurumun rəhbərinin dəyişdirilməsi şərtini qoyub. O, Elxan Əsədov rəhbər olmayacağı təqdirdə, üzvlük məsələsinə baxılacağını bildirib, “Azfar Group” isə bununla razılaşmır. Baş katib sabiq müavinini gələcəyi üçün təhlükə kimi qəbul edir və bu sahədə irəliləməsində maraqlı deyil.
 
Növbəti Konfransda çox suallara aydınlıq gələcək.
 
CAVAD

 
tarix: 23-02-2018 12:05


 
Xəbər lenti
24.09.2018

01:45   “Barselona”dan ilk xal itkisi

01:28   “Olimpik”lərin duelində 6 qol, PSJ-dən ardıcıl 6-cı qələbə

01:09   “Yuventus”la “Napoli”dən inamlı qələbə

00:15   “Bayer”ə 1 qol bəs etdi

00:01   “Çelsi” səfərdə büdrədi

23.09.2018

23:47  “Qalatasaray” darmadağınla uduzdu

23:12  “Qarabağ” - “Qəbələ” matçında 5 qol - VİDEO

23:05  Qurban Qurbanov: “Onu bundan sonra sosial şəbəkələrdə az görəcəksiz”

22:56  Sənan Qurbanov: “Məsuliyyət mənim üzərimdədi”

22:23  “Qarabağ” “Qəbələ”ni darmadağınla yola saldı

22:10  “Keşlə” - “Sumqayıt” matçında 3 qol - VİDEO

22:00  Qoran Paratski: “Bu, bizi ikiqat sevindirir”

21:49  “Keşlə”nin futbolçusu xəstəxanalıq oldu

21:30  Milinkoviç: “Keşlə” məğlubiyyətə layiq idi”

21:16  Nazim Süleymanov: “Daha sabit çıxış etməyimizi istəyirəm”

21:05  “Qarabağ”ın rəqibi 3 xalı 2 qolla qazandı

20:34  Almeyda “Astana”da qol hesabını açdı

19:29  Şeydayevdən qarpız qonaqlığı - FOTO

16:00  “Neftçi” ECA-nın “Beactive” layihəsinə qoşulur

15:36  Soni Mustivar: “Layiqli qələbə qazandıq”

15:11  Mahmudovlu “Frankfurt” yenə uduzdu

12:24  Vüqar Əsgərov üçün 45 dəqiqə, 3 xal

12:15  Abasovun pis vərdişi

11:54  Dənizin komandasından ardıcıl 6-cı qələbə

11:37  “Zirə” xala layiq olsa da...

11:27  Ufuk Budakdan məhsuldar ötürmə, “Boluspor”dan qələbə

11:00  “eTopaz”da günün canlı oyunları

10:30  Azərlə Ayazın klubları heç-heçəyə razılaşdı

10:00  “TOPAZ”DA BU GÜN

09:30  Tural Axundov: “Rəqibdən daha istəkli idik”

00:59  “Atletiko” səfərdə, “Real” evdə sevindi

00:48  “Lill” “Nant”ı məğlub yola saldı

00:34  “İnter”ə 1 qol bəs etdi

00:27  “Bavariya”dan qələbə, “Borussiya”dan xal itkisi

00:09  MY büdrədi, “Liverpul”la MS darmadağına sevindi

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az