(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
3,6 milyonu yeyən adamın yalanları

3,6 milyonu yeyən adamın yalanları

Bu ay Bernard Lippertin Azərbaycanda fəaliyyətə başlamasının 10 ili tamam olur. Elə bu məqsədlə alman mütəxəssis prosport.az-a müsahibə verib.
 
AFFA-nın texniki direktoru fəaliyyətindən, buradakı yaşayışından danışıb. Aylıq 30 min avro maaş alan, deməli, 10 ilə 3,6 milyon avronu qamarlayan, əvəzində demək olar, heç bir iş görməyən bu şəxs fəaliyyətindən bəh-bəhlə bəhs edib.
 
“AFFA-nın baş katibi Elxan Məmmədov Almaniyaya gəlmişdi. Federasiya yerli futbolda alman üsulundan istifadə etmək qərarı vermişdi. Bunun üçün Almaniya Futbol İttifaqına müraciət edilmişdi. Orada AFFA-ya təxminən on nəfərin namizədliyi verilmişdi. Həmin namizədlərin içində də mən var idim. Elxan müəllimlə ilk söhbətimiz müsbət alındı. Mənə deyildi ki, istəyirsənsə, ilk növbədə işləyəcəyin Bakını gör, sonra qərarını ver. Gəldim, gördüm ki, Bakı işləmək üçün gözəl yerdir. Başlanğıcdan buranı özüm üçün isti bir yer kimi hiss etdim. 13 illik “Ayntraxt” karyeramdan sonra işsiz idim. Qərara gəldim ki, təklifi müsbət dəyərləndirim”.
 
Göründüyü kimi, salona mebellərə baxmağa gedən Məmmədova ortada qalan birisini təklif ediblər. Həmin mebel 10 ildi qonaq otağına yerləşdirilib. İstifadə müddəti çıxdan bitsə də, ölkədə daha yaxşı məhsullar istehsal edilsə də, faydasız, nimdaş kreslonu çölə atmaq kiminsə yadına düşmür.
 
“Əvvəlcə buraya idman direktoru kimi gəlmişdim. İdman direktoru işi isə bir ili yox, uzunmüddətli planı özündə ehtiva edir. Sonra mənə U-17, daha sonra U-21 millisi həvalə olundu. U-17-də işlərim daha yaxşı alındı və Avropa çempionatının elit mərhələsinə yüksələ bildik… Mənim burada uzun müddət qalmağım AFFA rəhbərliyindən daim dəstək görməyimlə bağlıdır”.
 
Əslində, Lippert mütəxəssisdən daha çox digər özəlliklərinə görə AFFA-dadı. Ölkədə uşaq futbolu, aşağı yaş qruplarından ibarər millilər elə Lippertin çalışdığı dönəmdə ən pis vəziyyətə düşüb. Elit mərhələyə düşməyi İlam Kərimov, Arif Əsədov və başqa yerli məşqçilər də bacarmışdı – bu, böyük nailiyyət deyil. Bundan ötrü yüksək ödənişli almanı saxlamağa gərək yoxdu. Lippert AFFA-ya daha çox biznes əlaqələrinin qurulması üçün lazımdı. Almaniyadan vecsiz milliləşənlərin gətirilməsi üçün Lippert vasitəçi rolunu oynayıb, onların isə heç birindən fayda görməmişik, hamısı 1-2 ilə sıradan çıxıb. Əvəzində Bernardın Frankfurtdakı otelləri AFFA rəsmilərinə xeyli pul qazandırıb. Bu ölkədə təşkil edilən təlm-məşq toplanışlarına xərclənən pulların bir qismi məhz bu yollarla sonradan ciblərə qayıdırdı. Hətta elə vəziyyət idi ki, milli komanda qonşu ölkələrə gedəndə də Frankfurta yollanır, oradakı məşhur oteldə 1 gün qalır, sonra fərqli məkana yollanırdı.
 
“Buraya yeni gələndə mənzildə qalırdım. Bu, mənə sərf etmirdi. Orada qaldığımdan çox, işimlə bağlı xaricdə olurdum. Hoteldə isə ancaq qaldığın günün pulunu verirsən. Nə qədər qəribə də olsa, maddi baxımdan hoteldə qalmaq mənzildə yaşamaqdan daha ucuz başa gəlir. Üstəlik, mənə güzəşt edilir. Paltar yumaq, səhər yeməyi hazırlamaq, evi silib-süpürmək kişilərə yaddır. Hoteldə bunların hamısını edirlər. Mənzildə qalanda isə bunları özün etməli olursan. Hoteldə qalmaq kommunal ödənişlər baxımından əlverişlidir. Ay ərzində 4-5 dəfə gəlib pul istəyirlər. Bir dəfə işıq pulu üçün 10 manat ödəmişəm. Xaricdə toplanışdan gəldikdən sonra görmüşəm ki, işıq yoxdur. Hətta tualetə də şamla getmişəm. Qaz və suyun kəsildiyi, kanalizasiyanın tutulduğu hallar da olub. Hoteldə isə belə problemlər olmur”.
 
Lippertin rahatlığı üçün AFFA bu xərcə də razı olub. Maaşı öz yerində, alman üçün xüsusi hotel otağı da tutulub. 10 il ərzində kiminsə otel xərclərini qarşılamaq bilirsiz nə deməkdi? 400-500 manatlıq kirayə mənzili özünə uyğun bilməyən Bernard bununla AFFA-nın büdcəsini dağıtmağı daha məqsədəuyğun sayır. Bakıdakı hotellərin qiymətini özünüz düşünün.
 
“Bu rəqəm düz deyil, şişirdilib. Sözsüz, heç kim acqarına işləmir. Ölkəmi ac qalmaq üçün tərk etməmişəm. İşimin müqabilində maaş alıram. Mətbuatda qeyd olunan rəqəmdən söhbət gedə bilməz”.
 
Lippert aylıq 30 min avro maaş alması barədə suala cavab verərkən belə deyib. Biz də yalan dediyini iddia edirik. Yalan məlumatdısa, buyurub, doğrusunu açıqlasın. Bəli, ölkəsini ac qalmaq üçün tərk etməyib, amma işinin faydası yoxdursa, cəhənnəm olub getməlidi. İşinin milli komandaya futbolçu yetişdirmək olduğunu deyən Lippert, görəsən, adını çəkə bilər? Cihan Özkara, Əli Gökdəmir, Ufuk Budak, Uğur Pamuk, Tuğrul Erat və onlarla lazımsız milliləşənlər? Onun vaxtında aşağı yaş qruplarına dövlətin pulunu havaya sovurmaqla 100-dən çox əcnəbi gətirilib. Onlar indi haradadı?
 
“Mətbuatda legionerlərin ölkəyə gətirilməsində mənim rolumun olduğu bildirilsə də, bunların mənimlə yaxından-uzaqdan əlaqəsi yoxdur”.
 
Gözünün içinə kimi yalan deyir. Bütün menecerlərin bu futbolçularla təmasını o yaradıb və həmin oyunçular zaman-zaman müsahibələrində bunu qeyd ediblər.
 
“Azərbaycan musiqilərinə qulaq asmışam, hətta Şəkidə toyda oynamışam da. Xalq musiqilərinin hamısına qulaq asmasam da, bəziləri var ki, adama zövq verir”.
 
Bəli, yalnız Şəkidə toyda ola bilərsiz, cənab Lippert. Ağa deyir sür dərəyə, sür dərəyə.
 
AĞA

 
tarix: 24-02-2018 10:07


 
Xəbər lenti
24.09.2018

01:45   “Barselona”dan ilk xal itkisi

01:28   “Olimpik”lərin duelində 6 qol, PSJ-dən ardıcıl 6-cı qələbə

01:09   “Yuventus”la “Napoli”dən inamlı qələbə

00:15   “Bayer”ə 1 qol bəs etdi

00:01   “Çelsi” səfərdə büdrədi

23.09.2018

23:47  “Qalatasaray” darmadağınla uduzdu

23:12  “Qarabağ” - “Qəbələ” matçında 5 qol - VİDEO

23:05  Qurban Qurbanov: “Onu bundan sonra sosial şəbəkələrdə az görəcəksiz”

22:56  Sənan Qurbanov: “Məsuliyyət mənim üzərimdədi”

22:23  “Qarabağ” “Qəbələ”ni darmadağınla yola saldı

22:10  “Keşlə” - “Sumqayıt” matçında 3 qol - VİDEO

22:00  Qoran Paratski: “Bu, bizi ikiqat sevindirir”

21:49  “Keşlə”nin futbolçusu xəstəxanalıq oldu

21:30  Milinkoviç: “Keşlə” məğlubiyyətə layiq idi”

21:16  Nazim Süleymanov: “Daha sabit çıxış etməyimizi istəyirəm”

21:05  “Qarabağ”ın rəqibi 3 xalı 2 qolla qazandı

20:34  Almeyda “Astana”da qol hesabını açdı

19:29  Şeydayevdən qarpız qonaqlığı - FOTO

16:00  “Neftçi” ECA-nın “Beactive” layihəsinə qoşulur

15:36  Soni Mustivar: “Layiqli qələbə qazandıq”

15:11  Mahmudovlu “Frankfurt” yenə uduzdu

12:24  Vüqar Əsgərov üçün 45 dəqiqə, 3 xal

12:15  Abasovun pis vərdişi

11:54  Dənizin komandasından ardıcıl 6-cı qələbə

11:37  “Zirə” xala layiq olsa da...

11:27  Ufuk Budakdan məhsuldar ötürmə, “Boluspor”dan qələbə

11:00  “eTopaz”da günün canlı oyunları

10:30  Azərlə Ayazın klubları heç-heçəyə razılaşdı

10:00  “TOPAZ”DA BU GÜN

09:30  Tural Axundov: “Rəqibdən daha istəkli idik”

00:59  “Atletiko” səfərdə, “Real” evdə sevindi

00:48  “Lill” “Nant”ı məğlub yola saldı

00:34  “İnter”ə 1 qol bəs etdi

00:27  “Bavariya”dan qələbə, “Borussiya”dan xal itkisi

00:09  MY büdrədi, “Liverpul”la MS darmadağına sevindi

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az