(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
“Yasamal”la “Marafon Futsal”dan inamlı qələbə

“Yasamal”la “Marafon Futsal”dan inamlı qələbə

Futzal üzrə Yüksək Liqada 17-ci turun 2 oyunu keçirilib.

Futbolinfo.az xəbər verir ki, açılış oyununda autsayderlər – “Yasamal” və “Xəmsə” qarşılaşıb. Məhsuldar alınan matçda “Yasamal” əvvəlcə 10 cavabsız top vurub. Bundan sonra “ayılan” “Xəmsə” rəqibini 4 dəfə cəzalandırıb. Fərqin azaldığını görən “Yasamal” yenidən qolları sıralayıb. Yekunda 6 xallıq fərq qorunub və “Yasamal” mövsümdə üçüncü qələbəsini qazanıb. Maraqlıdır ki, “Yasamal” əvvəlki 2 qələbəsini də “Xəmsə” ilə dueldə aktivinə yazdırmışdı.

Turun mərkəzi oyununda ilk matçdakı qədər qol vurulmasa da, qarşılaşma gərginliyi ilə yadda qalıb. Birinci və ikinci dövrədəki oyunlarda 4 top fərqi (4:0, 6:2) ilə qalib gələn “Marafon Futsal” EKOL-la bu oyunda da seriyanı davam etdirmək niyyətində idi. Artıq 2-ci dəqiqədə oyunun hakimi Elçin Məmmədov bir-birinə qarşı nalayiq ifadələr işlətdiyinə görə iki futzalçıya - Namiq Məmmədkərimova və Seymur Məmmədova qırmızı vərəqə göstərərək, meydandan qovub. Qarşılaşma isə “Marafon Futsal”ın 5:2 hesablı qələbəsi ilə başa çatdı.

Bu turda keçirilməli olan “FK.İD.Futsal” – “Neftçi” oyunu qeyri-müəyyən vaxta təxirə salınıb. Buna səbəb “FK.İD.Futsal”ın bir neçə oyunçusunun səhhətində problemin yaranmasıdı.

Yüksək Liqa
17-ci tur

24 fevral

“Yasamal” FK – “Xəmsə” 12:6
Qollar: M.Cahandost, 3:10, 5:40, 16:55, 17:16, 17:55 (10 m.), 27:11, 35:50, V. Vorobyov, 5:20, S. Cavid, 8:50, 11:42, 25:39, M. Hayatbini, 39:04 - Ə. Həsənov, 31:18, S. Əmirov, 33:17, 34:20 (10 m.), 38:27 (10 m.), Y. Ağakərimov, 33:50, Ə. Əlizadə, 36:40.
Hakimlər: Yusif Nurullayev, Ramil Namazov, Kənan Məlikov
Bakı İdman Sarayı. Saat 13:00

“Yasamal” FK: 1. Mohammed Roştani, 9. Vladislav Vorobyov, 10. Mortoza Cahandost (k), 12. Sadiq Cavid, 80. Omid Oraz, 18. Mohsin Hayatbini, 5. Vüsal Səfərov, 47. Rəsul Akbari
Rəhbər: Orxan Allahverdiyev.
“Xəmsə”: 1. Rəşad Zeynallı (q), 12. Ceyhun Yusifov, 8. Əli Həsənov (k), 9. Samir Əmirov, 14. Yamin Ağakərimov, 2. Əli Əlizadə, 13. İbrahim İbrahimov, 6. Şamo Talıbov
Baş məşqçi: Arif Vəliyev.

“Marafon Futsal” – EKOL 5:2
Qol: E. Barati, 13:06, 13:22, İ. Hacıyev, 19:59, O. Talebi, 34:50, İ. Zeynalov, 38:43 Qırmızı vərəqələr: S. Məmmədov, 1:22 Hakimlər: Elçin Məmmədov, Hikmət Qafarlı, Azad Hüseynov.
24 fevral. Bakı İdman Sarayı. Saat 15:00.

“Marafon Futsal”: 12. Kəsra Mehdipour (q), 8. Renat Sultanov (k), 10. Seymur Məmmədov, 11. Vasili Jarikov, 77. Vyaçeslov Tsvirko, 2. Kamran Hacıyev (q), 20. Sergey Çumakov, 7. İlkin Hacıyev, 9. Omid Talebi, 22. Elyas Barati, 4. İbrahim Zeynalov, 99. Rüstəm Bağırzadə, 13. Majid Morovati.
Baş məşqçi: Elşad Quliyev.
EKOL: 99. Emin Kürdov (q), 4. Fərid Atakişiyev, 9. Əsgər Abasov, 11. Namiq Məmmədkərimov (k), 10. Samir Həmzəyev, 1. İntiqam Babayev (q), 2. Radik Əhmədov, 14. Zaur Fərziyev, 17. Fərid Ələkbərov, 7. Sərxan Məstiyev, 13. Taleh Ağayev, 33. Ələsgər Ələsgərli.
Baş məşqçi: Radik Əhmədov.

Turnir cədvəli: Araz – 40, Marafon Futsal – 36, EKOL – 23, FK.İD.Futsal – 16, Neftçi İK – 15, Yasamal – 9, Xəmsə - 2.

Bombardir: Renat Sultanov (“Marafon Futsal”) – 20 qol.


 
tarix: 24-02-2018 17:18


 
Xəbər lenti
24.09.2018

01:45   “Barselona”dan ilk xal itkisi

01:28   “Olimpik”lərin duelində 6 qol, PSJ-dən ardıcıl 6-cı qələbə

01:09   “Yuventus”la “Napoli”dən inamlı qələbə

00:15   “Bayer”ə 1 qol bəs etdi

00:01   “Çelsi” səfərdə büdrədi

23.09.2018

23:47  “Qalatasaray” darmadağınla uduzdu

23:12  “Qarabağ” - “Qəbələ” matçında 5 qol - VİDEO

23:05  Qurban Qurbanov: “Onu bundan sonra sosial şəbəkələrdə az görəcəksiz”

22:56  Sənan Qurbanov: “Məsuliyyət mənim üzərimdədi”

22:23  “Qarabağ” “Qəbələ”ni darmadağınla yola saldı

22:10  “Keşlə” - “Sumqayıt” matçında 3 qol - VİDEO

22:00  Qoran Paratski: “Bu, bizi ikiqat sevindirir”

21:49  “Keşlə”nin futbolçusu xəstəxanalıq oldu

21:30  Milinkoviç: “Keşlə” məğlubiyyətə layiq idi”

21:16  Nazim Süleymanov: “Daha sabit çıxış etməyimizi istəyirəm”

21:05  “Qarabağ”ın rəqibi 3 xalı 2 qolla qazandı

20:34  Almeyda “Astana”da qol hesabını açdı

19:29  Şeydayevdən qarpız qonaqlığı - FOTO

16:00  “Neftçi” ECA-nın “Beactive” layihəsinə qoşulur

15:36  Soni Mustivar: “Layiqli qələbə qazandıq”

15:11  Mahmudovlu “Frankfurt” yenə uduzdu

12:24  Vüqar Əsgərov üçün 45 dəqiqə, 3 xal

12:15  Abasovun pis vərdişi

11:54  Dənizin komandasından ardıcıl 6-cı qələbə

11:37  “Zirə” xala layiq olsa da...

11:27  Ufuk Budakdan məhsuldar ötürmə, “Boluspor”dan qələbə

11:00  “eTopaz”da günün canlı oyunları

10:30  Azərlə Ayazın klubları heç-heçəyə razılaşdı

10:00  “TOPAZ”DA BU GÜN

09:30  Tural Axundov: “Rəqibdən daha istəkli idik”

00:59  “Atletiko” səfərdə, “Real” evdə sevindi

00:48  “Lill” “Nant”ı məğlub yola saldı

00:34  “İnter”ə 1 qol bəs etdi

00:27  “Bavariya”dan qələbə, “Borussiya”dan xal itkisi

00:09  MY büdrədi, “Liverpul”la MS darmadağına sevindi

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az