(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tərlan Əhmədov: “Gələcəyə ümid var”

Tərlan Əhmədov: “Gələcəyə ümid var”

“Bu gün komandanın oyunundan razı qaldım. Xüsusən də, ikinci hissədə yaxşı çıxış etdik”.

Futbolinfo.az xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov deyib.

“Ağ-qaralar” Premyer Liqanın 17-ci turunda öz meydanında “Zirə” ilə heç-heçə edib - 1:1.

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən çalışdırcı fikirlərini bildirib: “Bu gün hücum futbolu oynadıq və qolu əks-hücumdan buraxdıq. Qələbə üçün meydana çıxsaq da, heç-heçə etdik. Deyərdim ki, bu gün 2 xal itirdik”.

- Nəticə ürəyinizcə olmadı?
- Yox. Açığı, qələbə gözləyirdim. Amma bununla da razılaşmalıyıq.

- “Neftçi” uzun müddətdi “Zirə”yə qalib gələ bilmir. Bunun səbəbi nədi?
- Hər-halda, futbolda qələbə daha önəmlidi. Məni sevindirən komandanın oyunu idi. Bu gün daha istəkli idik, futbolçular istədiyim kimi çıxış etdilər. Qələbə daha yaxşı olardı. 1 xal qazandığımıza görə sevinmirəm, qələbə qazanmalı idik. 

- Yeni transferlər özlərini doğrutmurlar. Onları yayda göndərmək barədə düşünmürsünüz?
- Nə yatıb, nə yuxu gördülər ki? Onların komandaya uyğunlaşması üçün vaxta ehtiyac var. Zidan da “Real”a keçəndə azarkeşlər tərəfindən sevilmirdi. İndi isə həmin komandanın baş məşqçisidi. Bu gün rəqib bizim qapımıza yaxınlaşmaqda çətinlik çəkirdi. Əgər belə oynamışıqsa, deməli, onlar komandaya uyğunlaşıblar.

- “Zirə”nin əsas üzvləri oynamırdı, amma yenə qalib gələ bilmədiniz. Üstəlik, rəqib də azlıqda qaldı...
- Bəli, hər iki komandanın heyətində itkilər var idi. Ömər Buludov U-21-in düşərgəsində zədə almışdı. Son 3 gündə məcburiyyətdən onu məşqlərə cəlb etdik. Limitə görə məcburən onu meydana buraxmalı olduq. Petrov zədədən sonra istənilən formada deyil. Bu gün risk etdik. Komandanın oyunu göstərdi ki, gələcəyə ümid var.

- Lukas Qomes komandadan ayrılan Daniel Seqoviya və Uqo Barqasdan hansı cəhətlərinə görə fərqlənir ki, onu transfer etmisiniz?
- “Neftçi” Barqas və Seqoviya ilə neçənci pilləni tutmuşdu? Səhv etmirəmsə, yeddinci pillə. Deməli, dəyişikliyə ehtiyac var idi.

- Növbəti matçınızı “Qəbələ”yə qarşı keçirəcəksiniz. Bu gün “Səbail”ə məğlub olan komanda ilə oyun üçün futbolçuları hazırlamaq çətin olmayacaq?
- Biz öz oyunumuza köklənirik. Hər oyunun, hər rəqibin özünə görə hazırlıq planı var. “Qəbələ” ilə matça bütün görüşlərə hazırlaşdığımız kimi, hazırlaşacağıq. Hələ kubok uğrunda oyunlarımız da var. Çoxları mənə deyir ki, bir cəbhədə mübarizə aparın. Amma o fikirlərlə razı deyiləm. Həm kubok, həm 4-cü yer uğrunda mübarizə aparacağıq. Buna görə də “Qəbələ” ilə oyunumuz maraqlı olacaq. (Apasport)


 
tarix: 24-02-2018 21:26


 
Xəbər lenti
22.06.2018

14:56   Futbolçular Sampaolinin qovulmasını tələb edir

14:25   “Fənərbaxça” yeni baş məşqçisini açıqladı - RƏSMİ

13:54   “Fənərbaxça”ya gəldiyi rəsmən açıqlandı

13:22   Daha bir futbolçu DÇ ilə erkən vidalaşdı

12:52   “Qarabağ” Avstriyada ilk günü 2 məşqlə başa vurdu

12:40   Bakıda Avroliqa başlayır: İlk gündə 4 oyun

12:23   “Qarabağ”da şotland qapıçı?

12:02   “Neftçi”nin braziliyalısı: “Əlimdən gələni edəcəm ki...”

11:48   “Qarabağ”ın “Olimpiya” ilə hər iki oyununun vaxtı və yeri açıqlandı

11:24   Naqelsmanın yeni klubu bəlli oldu

11:00   “eTopaz”da günün canlı oyunları

10:33   Növbəti 3 oyunun hakim təyinatları açıqlandı - DÇ-2018

10:00   “TOPAZ”DA BU GÜN

09:31   Xorvatiya 4-cü oldu: Kim qalır, kim gedir?

09:00   Braziliya Kosta Rika ilə üz-üzə - YENİLƏNİR

01:15   Argentina - Xorvatiya matçının ən yaxşısı

01:01   “Qəbələ” Sloveniyadakı 2-ci günü tək məşqlə başa vurdu

01:00   Topaz Premyer Liqasında yay bazarlığı - YENİLƏNİR

00:49   İlqar Qurbanov: “Həmişə rəqib komandanı özündən üstün saymalısan”

00:02   Xorvatlar Argentinanı belə biabır etdilər - VİDEO

21.06.2018

23:51  Argentina Xorvatiyaya uduzdu, Fransadan ikinci qələbə

23:06  Mbappe tarixə düşdü

22:00  Fransa 1/8 finala, Peru evə

21:22  Mbappe ən yaxşı seçildi

21:00  Fransaya 1 qol bəs etdi - VİDEO

20:08  “Qarabağ” Avstriyada ilk məşqinə çıxdı

19:51  “Qarabağ” italiyalı qapıçı gətirir

19:14  Əmrə rəsmən “Yuventus”da

18:55  Füzuli və Cəbrayılda “Cəsur ürəklər” festivalı

18:41  “Neftçi”də hazırlığın ilk mərhələsi bitdi

18:20  Danimarka - Avstraliya matçının ən yaxşısı bəlli oldu

18:01  Hərəyə 1 qol, 1 xal - VİDEO

17:36  MY yeni transferini rəsmən açıqladı - FOTO

16:55  “Neftçi”nin yeni məşqçisi: “Gündən günə məşqlərin intensivliyini artırırıq”

16:24  “Olimpiya”nın kapitanı: “Hamı bizimlə düşmək istəyirdi”

16:17  “Neftçi” rəsmisi: “Onlara bu barədə məlumat verilmişdi”

15:58  Ronaldodan saqqal sözü: Qırxmayacam

15:03  Millimizin Avropa Liqası üçün heyəti

14:50  “Neftçi”də biabırçılıq: Futbolçuları məşqə buraxmadılar

14:30  Gözlənilən oldu: Əmrə Can “Yuventus”da - FOTO

14:19  Şehiç qərarını dəyişdi: Türkiyənin başqa klubuna keçir

13:50  “Qəbələ” “Proqres”lə ilk oyunun yer və vaxtını açıqladı

13:43  Juninyo Premyer Liqa klubunda

13:17  Altıntop karyerasını başa vurdu

12:44  Millinin mətbuat üçün açıq məşqi olacaq

12:25  DÇ-2018: Daha 3 oyunun hakimləri bəlli oldu

12:01  Baqali Dabo: “Avroliqada uğurlu ola bilərik”

11:43  Super Liqa klubunda yeni baş məşqçi

11:22  Premyer Liqa klubundan 25 milyonluq transfer

11:00  “eTopaz”da günün canlı oyunları

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az