(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Elxan Məmmədov: “Klublar bundan səmərəli istifadə etməlidilər”

Elxan Məmmədov: “Klublar bundan səmərəli istifadə etməlidilər”

Bu gün AFFA İcraiyyə Komitəsinin (İK) iclası keçirilib.

Futbolinfo.az xəbər verir ki, iclasdan sonra AFFA-nın baş katibi Elxan Məmmədovun mətbuat konfransı təşkil edilib. Baş katib jurnalistləri maraqlandıran suallara cavab verib:

- Uşaq futbolunda inkişaf olduğunu dediz. Ancaq son vaxtlar komanda saylarının azaldığını görürük... 
- Biz uşaq futbolunu iki yerə bölürük - Premyer Liqa və akademiya. Premyer Liqada klub sayı azaldığından, komanda sayının da azalması normaldı. Əvvəlki illərdə bir bölgə bir komanda ilə təmsil olunurdusa, indi hər rayondan bir neçə komanda fəaliyyət göstərir.

- Danışılmış oyunlarla bağlı problemdən danışdız. Elə olmaz ki, əvəzedicilərdən ibarət komandalar birinci divizionda çıxış etsin? 
- Bu barədə İK-nin iclasında müzakirə oldu. Ancaq heç bir qərar qəbul olunmadı. Ola bilsin, digər ölkələrin təcrübəsindən istifadə edək. Birinci divizionda əvəzedici komandaların yarışması da mümkündü. Bu məsələni millinin baş məşqçisi Qurban Qurbanovla da müzakirə etdik. İstəyərdim ki, Klublar Komitəsinin iclasında da bu məsələ müzakirə edilsin.

- Əvvəlki mətbuat konfranslarında AFFA prezidenti Rövnəq Abdullayev də iştirak etmişdi. Bu dəfə iştirak etməməsinin səbəbi nədi?
(Bu sualı AFFA-nın İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla cavabladı. O, Abdllayevin konfransda iştirak etməməsinin əsas səbəbi kimi iş qrafikinin sıxlığını göstərdi).

- Premyer Liqada azarkeş sayının azalması barədə nə deyə bilərsiz? 
- Komanda sayı azaldığına görə, azarkeş sayının da azalması normaldı. Ancaq Sumqayıtda əlavə tribunalar quraşdırılsa, azarkeş sayını 3 minə qədər çıxarmaq olar. O ki qaldı “Kəpəz”ə, bu, çox güman ki, komandanın çıxışı ilə bağlıdı. Klublar da azarkeş sayının artırılması ilə bağlı iş görməlidi.

- Klublar Komitəsindən danışdız. Sanki bu qurumun son vaxtlar qəbul etdiyi qərarlar adiləşib... 
- Biz AFFA olaraq bir platforma yaratdıq - Klublar Komitəsi. Klublar bundan səmərəli istifadə etməlidilər. Biz gündəliyi futbol ictimaiyyətinin rəyi əsasında hazırlayırıq. KK-nın mövqeyi həmişə nəzərə alınır.

- Kamran Quliyev KK-nın sədri olarkən demişdi ki, ölkə telekanallarında futbola aid məsələlər azalıb. Bu məsələ müzakirə olundumu? 
- Azərbaycanda iki idman kanalı var. Məncə, bu, gözəldi. Sevindirici haldı ki, bu kanallarda futzal, birinci divizionun oyunları göstərilir. Əvvəllər bu cür yarışları heç görmürdük. O ki qaldı digər kanallara, onlar bazarın tələbi əsasında fəaliyyət göstərirlər.

- “Sumqayıt” bu günə kimi avrokuboklara vəsiqə qazana bilməyib. Ancaq komanda bu il avrokuboklara qatılmağa çox yaxındı. Belə bir vəziyyətdə klub prezidenti Kamran Quliyev “Neftçi”yə göndırildi. Bayaq Rövnəq Abdullayev Riad Rəfiyevlə görüşən zaman “Sumqayıt”la bağlı danışırdı... 
- Kamran Quliyevin “Sumqayıt”dan “Neftçi”yə keçməsi onun öz qərarı idi. Çox güman ki, klub rəhbərliyindən ona təklif gəlib, o da razılaşıb. Həm də, o, bu barədə “Sumqayıt”dan icazə aldıqdan sonra qərar verib. O ki qaldı Riad Rəfiyevə, bəlkə ad günü ilə bağlı təbrik edib (gülür). O özü mənimlə danışanda, dedi ki, “Sumqayıt”dan ona təklif gəlib. Ancaq başqalarına da bu cür təkliflər gəlib. Üç namizəd var. Riadı soruşduz deyə, təsdiqlədim. Digər namizədlər barədə isə etika naminə danışmaq istəmirəm. Biz ancaq hansısa klub bizdən məsləhət alanda kimisə təklif edirik. Məsələn, zəng edib soruşurlar ki, “filankəs sizdə işləyir, necə işçidi?” Biz də öz fikrimizi bildiririk. Bəlkə mənə də təklif gəlir, onu deyim ki, gəlmir (gülür). Ancaq belə şey olsa, mən də gedib rəhbərliklə məsləhətləşərəm. AFFA-dan kimsə hansısa kluba gedirsə, bu o demək deyil ki, onları federasiya göndərir. Məsələn, “CBC Sport”un əməkdaşı bu yaxınlarda hansısa kluba getdi. Ancaq heç kim demir ki, Volkan bəy öz işçisini kluba göndərdi.

- UEFA nümayəndləri bura məhz danışılmış oyunlarla bağlı gəlib?
- Xeyr. Con Deleyni UEFA İcraiyyə Komitəsinin üzvüdü. O, əvvəllər də Azərbaycana səfər edib. Konfrans barədə iki ay öncə onlara məlumat vermişdik. UEFA-nın “Het-trik” layihəsinin nümayəndəsinin gəlməsinə səbəb bu qurum tərəfindən ayrılmış vəsaitə nəzarət etməkdi.

- Maliyyə feyr-pleyi ilə bağlı nə isə müzakirə olundu? 
- Maliyyə feyr-pleyinə düşən konkret rəqəm var. Orta hesabla milyon avro. Bizdə iki klub ora düşə bilər.

- Növbəti ildə Premyer Liqada daha çox komandanın çıxış etməsi müzakirə olundu?
- Bəli, olundu. Ancaq bizim əsas problemimiz birinci diviziondakı danışılmış oyunlardı. Bilməliyik ki, hansı klublar “təmiz”di. Fikrimcə, 10 komanda olsa, daha yaxşı olardı. Klublar lisenziya ilə bağlı sənədləri göndəriblər. Hazırda minimum həddəyik. Ancaq buna baxmayaraq, Premyer Liqa çempionu Çempionlar Liqasının qrup mərhələsində çıxış etdi.

- Qurban Qurbanovla Millətlər Liqası barədə müzakirələr oldu? 
- Xeyr, bu barədə müzakirə olmadı. Biz bilirdik təxminən hansı komandalarla düşə bilərik. Onların səviyyəsi aydın idi. Dekabrda təxminən kimlərlə qarşılaşacağımızı bilirdik. Bu məsələ ilə bağlı Qurban bəylə danışmışdıq. O, hələ yenidi. Buna görə, indidən nə isə tələb etmək düzgün deyil. Həm də, milli onun rəhbərliyi altında cəmi bir oyun keçirib. Qarşıda yığmanın yoxlama oyunları olacaq. Bu oyunlardan sonra - seçmə mərhələdən öncə onun fikirlərini öyrənəcəyik.

- Bu gün birinci divizionda “Sabah”, “Xəzər” kimi komandlar var. Bu komandaları izləyirsiz? 
- Əlbəttə, izləyirəm. “Sabah” “Vətən” klubunun komandasıdı. “Xəzər” isə bu yaxınlarda Antalyaya getdi. Orda bir neçə oyun da keçirdi. Bu komandalara vəsait ayrılması sevindiricidi. Ancaq bu, həm də, təhlükəli ola bilər. Tez müddətdə Premyer Liqaya gəlmək ziyan da ola bilər. UEFA-nın da tələbi var ki, klub avrokuboklarda iştirak etmək üçün ən azı üç il peşəkar səviyyədə çıxış etməlidi. Bu klub nümayəndələri ilə görüşdə də tələsməmələrini məsləhət bildim. Bizə komanda yox, klub lazımdı. Birinci divizionda daha çox klub yox, komanda çıxış edir. Bölgələrdə uşaq futbolu var.

- Qurban Qurbanovun əməkhaqqısı Robert Prosineçkidən çoxdu, ya az?
- Bu məxfidi. Müqaviləyə əsasən, bu məsələ gizli qalmalıdı.

- Hesabata görə, birinci divizionda bir neçə klub AFFA tərəfindən maliyyələşdirlir. Bu komandalarda da problemlər var? 
- Bəli, biz maliyyələşdiririksə, o demək deyil ki, hər şey əla vəziyyətdədi. O klubların öz rəhbərləri var. Bu klublara maliyyə məsələsində şəffaflığı əsas götürürük. Bəzi klublar legioner dəvət edirlər. Amma bunu öz vəsaitləri hesabına edirlər. Düzdü, bu gün birinci diviziondan Premyer Liqaya gedən futbolçular cəmi iki faizdi. Bu, çox azdı. Lakin ola bilsin, həmin iki faizdən gələcəkdə istedadlı oyunçular çıxa bilər. (Komanda.az)


 
tarix: 07-03-2018 13:24


 
Xəbər lenti
18.06.2018

02:36   Möhtəşəm qola imza atdı, “Lada” hədiyyə etdilər - FOTO

01:30   Topaz Premyer Liqasında yay bazarlığı - YENİLƏNİR

01:25   “Xəzər”in rəhbəri əmanətçilərin 100 milyon manatını götürüb ölkədən qaçdı

01:02   “Neftçi”nin yeni mövsüm üçün ev forması - VİDEO

00:45   Braziliyadan gözlənilməz start - VİDEO

00:35   Almaniyadan Meksika ilə oyunda şok məğlubiyyət - VİDEO

00:25   Serbiya Kosta Rikanı belə məğlub etdi - VİDEO

00:05   Braziliya - İsveçrə matçının ən yaxşısı

17.06.2018

23:54  Almaniya məğlub oldu, Braziliya heç-heçə ilə başladı

23:43  “Neftçi” yeni transferini belə təqdim etdi - VİDEO

23:31  Almaniya - Meksika: Matçın ən yaxşısı bəlli oldu

23:28  Kolarov ən yaxşı seçildi

23:21  “Neftçi” hazırlığa başladı

23:16  Rəşad Abdullayev yenidən “Neftçi”də

20:22  AFFA rəhbərliyi üçün İslandiya möcüzəsi – IV YAZI

18:10  "Neftçi" təsdiqlədi: Dabo 9 nömrəli formanı geyəcək

18:03  Messi xorvatları məğlub etməyin yollarını axtarır

17:57  Son anda: Dabo “Neftçi”də!

17:47  AFFA rəhbərliyi üçün İslandiya möcüzəsi – III YAZI

17:37  Ramiz Məmmədova İrandan dəvət

16:27  Dani Kintana daha 2 il “Qarabağ”da!

16:21  Dabo “Qəbələ”də qaldı

16:15  Stoyanoviç “Qarabağ”a qayıtdı

16:07  Şehiçin transferini menecerlər ləngidir

16:00  “Neftçi” Mahmudovla yeni müqavilə imzaladı

15:52  "Qarabağ" Tunis millisinin futbolçusunu alır

15:45  Messi həmvətənimizə intihar üçün səbəb verdi

15:24  “Neftçi”dən azarkeşlər və media üçün açıq məşq

15:20  AFFA rəhbərliyi üçün İslandiya möcüzəsi – II YAZI

14:52  İlk oyundaca sıradan çıxdı, DÇ-ni erkən başa vurdu

13:41  Qapıçı DÇ-də mükafatdan imtina etdi: Pivəyə görə

13:03  Bəhlul Mustafazadə: “Borcumu yerinə yetirməyə çalışacam” - VİDEO

12:49  “Qəbələ” Çexiya klubu ilə qarşılaşacaq

12:20  DÇ-2018: Daha 3 oyuna hakim təyinatları bəlli oldu

12:16  AFFA rəhbərliyi üçün İslandiya möcüzəsi – I YAZI

11:25  A Seriyasına son vəsiqə sahibini tapdı - Qalmaqalla

11:00  “eTopaz”da günün canlı oyunları

10:31  La Liqaya son vəsiqənin də sahibi bəlli oldu

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az