(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Tərzin Cahangirov: “Bu qol onların haqqı idi”

Tərzin Cahangirov: “Bu qol onların haqqı idi”

“Kəpəz”in əsas komandasının oyunçusu Tərzin Cahangirov klub saytına müsahibə verib.

Futbolinfo.az sizi həmin müsahibə ilə tanış edir:

- Qış fasiləsindən sonrakı üç oyunda minimal hesablı məğlubiyyətin ardından “Kəpəz” ötən tur nəhayət ki, qələbə qazana bildi. Əvvəlcə “Səbail”lə matç haqda fikirlərini öyrənək.
- Hələ “Səbail”ə kimi oyunlarda xallar qazana bilərdik. Hətta çempionatda ən güclü rəqiblərimizdən olan “Qarabağ”la görüşdən də xal götürmək mümkün idi. “Neftçi” ilə matçda qolu son dəqiqələrdə buraxdıq, qalib də gələ bilərdik. Bunun üçün imkanlarımız da oldu. “Keşlə”yə qarşı görüşdə də meydanda vuruşduq amma xal götürmək mümkün olmadı. Ona görə “Səbail”lə qarşılaşma bizim üçün vacib idi və maksimum nəticə üçün oyuna çıxmışdıq. Heç-heçə belə sərf etmirdi. Şükür ki, məqsədimizə çatdıq. Uşaqlar ürəklə vuruşdular.

- Komandanın qazandığı qələbədə sənin rolun böyük oldu. “Kəpəz”ə penalti qazandırıb qol da vurdun. Özünü qələbənin memarı hesab edirsən?
- Xeyr, qələbəmizin memarı tək bir insan yox, bütün komandadır. Baş məşqçidən tutmuş futbolçulara qədər hamının uğurumuzda payı var. Belə azarkeşləri olan komandanın üzvü kimi həmişə qalib gəlməyi istəyirik. Vurduğum qoldan çox stadionda yaşanan atmosfer xoşuma gəldi. Gəncədə oynamaq möhtəşəmdir. Burada oynamaq, azarkeşləri sevindirmək gözəl hisdir. Qolu kimin vurmasından asılı olmayaraq qələbəni komanda qazanır.

- Yeri gəlmişkən, qolu vurandan sonra əlinlə tribunanı göstərdin. Nəyə işarə edirdin?
- Qolumu bizi dəstəkləyən azarkeşlərimizə həsr etdiyimdən onları nişan verirdim. Bu qol onların haqqı idi. Sosial şəbəkələrdə xoş sözlər yazırlar, açığı çox xoşuma gəlir. Qoy bilsinlər ki, qələbə qazanmağı çox istəyirik. Əvvəlki oyunlarda bəxt də sanki bizdən üz döndərmişdi. Onların görmək istədiyi “Kəpəz” yavaş-yavaş geri qayıdır.

- Qarşıda daha bir çətin oyun var. Keçmiş klubun “Qəbələ”yə qarşı mübarizə aparacaqsız. Bu görüş haqda nə düşünürsən?
- Çətin oyun olacaq, “Qəbələ” son iki turda uduzub. Aydın məsələdir ki, onlar gedişatı düzəltməyə çalışacaqlar. Amma “Kəpəz” asan təslim olan komanda deyil. Biz də meydana uğurlu nəticə üçün çıxacağıq. Məqsədimiz qələbə qazanmaqdır.

- “Kəpəz”in artıq özünə gəldiyini söyləmək olar?
- Hamı görür ki, komanda mövsümün ilk dövrəsindəki “Kəpəz” deyil. Yunis Hüseynovun gəlişindən sonra klubda çox dəyişiklik baş verib. Bununla elə başa düşülməsin ki, bizdən əvvəl heyətdə olan oyunçular zəif olub.Onda da komandada yaxşı uşaqlar vardı indi də. Biz uduzmağa layiq komanda deyilik. Meydanda mübarizə aparmağı sevən kollektiv var. Bunu yəqin ki, hamı görür.

- Hər bir futbolçunun arzusu əsas heyətdə oynamaqdır. “Kəpəz”in keçirdiyi son dörd oyundan üçündə ilk “11-lik”də yer almısan. Demək olar ki, artıq yerin möhkəmlənib?
- Əlbəttə ki, “Kəpəz”ə oynamaq üçün gəlmişəm. Bunun üçün də əlimdən gələni edəcəm. Məşqlərdə öz üzərimdə dayanmadan çalışıram. Məşqçidən forma almaq asandır, amma onu qoruyub saxlamaq çətindir. Çalışıram ki, hər oyun əsas heyətdə meydana çıxım. Yeri gəlsə qol da vurum, məhsuldar ötürmə də verim ki, komanda qələbə qazansın.  


 
tarix: 08-03-2018 12:39


 
Xəbər lenti
24.09.2018

01:45   “Barselona”dan ilk xal itkisi

01:28   “Olimpik”lərin duelində 6 qol, PSJ-dən ardıcıl 6-cı qələbə

01:09   “Yuventus”la “Napoli”dən inamlı qələbə

00:15   “Bayer”ə 1 qol bəs etdi

00:01   “Çelsi” səfərdə büdrədi

23.09.2018

23:47  “Qalatasaray” darmadağınla uduzdu

23:12  “Qarabağ” - “Qəbələ” matçında 5 qol - VİDEO

23:05  Qurban Qurbanov: “Onu bundan sonra sosial şəbəkələrdə az görəcəksiz”

22:56  Sənan Qurbanov: “Məsuliyyət mənim üzərimdədi”

22:23  “Qarabağ” “Qəbələ”ni darmadağınla yola saldı

22:10  “Keşlə” - “Sumqayıt” matçında 3 qol - VİDEO

22:00  Qoran Paratski: “Bu, bizi ikiqat sevindirir”

21:49  “Keşlə”nin futbolçusu xəstəxanalıq oldu

21:30  Milinkoviç: “Keşlə” məğlubiyyətə layiq idi”

21:16  Nazim Süleymanov: “Daha sabit çıxış etməyimizi istəyirəm”

21:05  “Qarabağ”ın rəqibi 3 xalı 2 qolla qazandı

20:34  Almeyda “Astana”da qol hesabını açdı

19:29  Şeydayevdən qarpız qonaqlığı - FOTO

16:00  “Neftçi” ECA-nın “Beactive” layihəsinə qoşulur

15:36  Soni Mustivar: “Layiqli qələbə qazandıq”

15:11  Mahmudovlu “Frankfurt” yenə uduzdu

12:24  Vüqar Əsgərov üçün 45 dəqiqə, 3 xal

12:15  Abasovun pis vərdişi

11:54  Dənizin komandasından ardıcıl 6-cı qələbə

11:37  “Zirə” xala layiq olsa da...

11:27  Ufuk Budakdan məhsuldar ötürmə, “Boluspor”dan qələbə

11:00  “eTopaz”da günün canlı oyunları

10:30  Azərlə Ayazın klubları heç-heçəyə razılaşdı

10:00  “TOPAZ”DA BU GÜN

09:30  Tural Axundov: “Rəqibdən daha istəkli idik”

00:59  “Atletiko” səfərdə, “Real” evdə sevindi

00:48  “Lill” “Nant”ı məğlub yola saldı

00:34  “İnter”ə 1 qol bəs etdi

00:27  “Bavariya”dan qələbə, “Borussiya”dan xal itkisi

00:09  MY büdrədi, “Liverpul”la MS darmadağına sevindi

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az