(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Ceyhun Sultanov “Neftçi”də “təmizliyi” davam etdirir

Ceyhun Sultanov “Neftçi”də “təmizliyi” davam etdirir

“Neftçi” “təmizləmə əməliyyatı”nı davam etdirir. Klubun yeni rəhbərliyi büdcə xərclərini azaltmaq üçün bəzi artıq işçilərlə vidalaşır.
 
Futbolinfo.az xəbər verir ki, klub akademiyanın idman məsələləri üzrə meneceri Asəf Səfərovla aşağı yaş qruplarında məşqçi işləyən Namiq Bəşirovun ardınca daha bir nəfərin qələmi qırılıb. Bu dəfə əsas komandanın inzibatçısı Pərviz Əhmədova əşyalarını yığışdırmaq tapşırılıb. Ona getməsinin məsləhət bilindiyi klubun idman direktoru Ceyhun Sultanov tərəfindən izah edilib.
 
Bu vidanı başa düşmək çətin deyil. Hazırda əsas komandada 3 inzibatçı var. Belədə yeni rəhbərlik ixtisarları həm də burada aparır. Zahid Məhərrəmov və İlkin İbrahimovla müqayisədə Pərvizin qurban seçilməsi isə təsadüfi deyil. O, 10 ildən çoxdu komandada işləyir. Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev “Neftçi”də çalışarkən işə götürülən Əhmədov onun kadrı kimi tanınır. Yeni rəhbərlik isə baş məşqçi Tərlan Əhmədov daxil olmaqla, Musayevin bütün kadrlarını klubdan qovmaqda maraqlıdı. Pərviz də “üçlüy”ün içindən bu səbəbdən seçilib.
 
Hazırda “Neftçi”nin akademiyasında daha bərbad durum var. Köhnə rəhbərliyin vaxtında kluba doldurulmuş təsadüfi adamlar indi bir-bir yola salınacaq. Akademiyaya nəzarəti üzərinə götürən Sultanov müvafiq lisenziyası olmayan məşqçilərlə vidalaşacaq. O, dekabrda Tərlan Əhmədov tərəfindən akademiyaya gətirilən 4 məşqdən daha çox narazıdı, bu çalışdırıcıların “Neftçi” səviyyəsinə uyğun gəlmədiyini düşünür. Yayda onlar da özünə yeni iş tapmalı olacaq.
 
Maraqlıdı ki, idman məsələləri üzrə sabiq menecer Asəf Səfərov işdən çıxarılmasına görə Ceyhun bəyi deyil, vitse-prezzident Elnur Eyvazovu günahkar bilir. O, “Futbol+” qəzetinə müsahibəsində bunları deyib: “Əvvəla onu qeyd edim ki, mənim vəzifəm əlaqələndirici deyildi. Bəli, əlaqələndirici işləmək üçün mütləq A kateqoriyası lazımdı. Amma mənim vəzifəm menecer idi. AFFA-da lisenziyalaşdırma kursları keçirilir. Mən də həmin kurslarda iştirak edib, 3 illik sertifikat almışdım. Sertifikata sahib olan şəxs isə istənilən klubda idman direktoru, idman meneceri işləyə bilər. Bunları lisenziyalaşdırmayla bağlı kitabda da oxumaq mümkündü. Lazım olsa, sizə göstərə də bilərəm. Yəni idman məsələləri üzrə menecer işləmək üçün mənə məşqçilik kateqoriyası lazım deyildi. Yəni belə bir tələb yoxdu. Bazar ertəsi idi. “Neftçi”nin U-17 komandasının ”Kəpəz”ə qarşı keçirdiyi oyundan qayıdırdım. Tərlan Əhmədovla 17 yaşlıların qarşılaşması ilə bağlı danışanda, səs tonundan narahatlıq hiss etdim. Hiss etdim ki, nəsə var. Dəqiq deməsə də, məşqçilik kateqoriyasının yoxluğuna görə klubdan uzaqlaşdırılacağımı eşitdirdi. Ertəsi qərar qəbul olunandan sonra Ceyhun müəllimlə görüşdüm. Ceyhun müəllim kluba üç gündü gəlib. O mənim işimi hardan bilə bilər? Əmin idim ki, nə onun, nə də Kamran Quliyevin qərarıdı. Çünki onlar yeni gəlib, hələ indi-indi klubdakı işlərlə yaxından tanış olurlar. Ceyhun Sultanov şəxsiyyətdi, həm futbolçu, həm də klub rəsmisi kimi həmişə ona rəğbət bəsləmişəm. Mənim onun yanında futbolun “f” hərfindən danışmağa ixtiyarım yoxdu. Bilirdim ki, yeni rəhbərliyin qərarı deyil. Amma yenə də ürəyimdə olanları Ceyhun müəllimə demək istəyirdim. Bundan sonra kiməsə nəsə sübut etməyim heç nəyi dəyişməyəcək. Ona görə də dərinə gətməyi lazım bilmədim. Kənarlaşdırdılar, Allah canlarını sağ eləsin. İki aydı “Neftçi”dəydim. Adım ştatda gedirdi, klubdan maaş alırdım. Bir nəfər çağırıb soruşmurdu ki, sən burda nə işləyirsən, nə iş görürsən? Özüm iki-üç dəfə görüşməyə cəhd eləmişəm, alınmayıb. Hər məsələyə görə klub prezidenti Orxan Hüseyzadənin qapısını döymək düzgün olmurdu. Vitse-prezident Elnur Eyvazovla isə görüşə bilmirdim. Gördüyüm nöqsanlar, çatışmazlıqlar, təkliflərlə bağlı məni dinləyən yox idi. Çağırıb fikrimi soruşmurlar, nə demək istədiyimə qulaq asmırlar, haqqımda qərar qəbul edirlər”.
 
Asəf bəy konkret ad çəkməsə də, narazı qaldığı şəxsin kim olduğunu hiss etmək çətin deyil. Söhbət Elnur Eyvazovdan gedir. Ancaq məntiqlə belə olmamalıdı. Eyvazov dekabrda da klubda idi. Və məsləhət bilməsəydi, heç onun işə götürülməsinə razılıq verməzdi. Elnur bəyin maliyyə məsələlərinə nəzarət etdiyini nəzərə alsaq, ümumiyyətlə, kadr seçiminə qarışması inandırıcı deyil. Deməli, Səfərovun lazımsızlığı haqda təqdimatı klub prezidenti Kamran Quliyevə Sultanov göndərib. Və düz edib!
 
Ona görə düz edib ki, bəzi insanlar həqiqətən AZAL-la “Neftçi”nin fərqini anlamayıb. Tərlan Əhmədov sırf tanıdıqlarıdı deyə, Şüvəlan klubundakı əksər iş yoldaşlarını “Neftçi”yə gətirib. Burada isə özü əsas komandanı bataqlıqdan çıxara bilmir, üstəlik, kadrları akademiyanı da bərbad vəziyyətə salıb. 12 il AZAL-da çalışan, “Neftçi”yə gələnədək divizion təmsilçisi “Binə”də icraçı direktor olan Səfərovun heç vaxt hansısa bacarığına şahid olmamışıq. Elə bunun nəticəsidi ki, AZAL həmişə qapazaltı komandalardan olub, mövcud olduğu dövrdə akademiyasından düz-əməlli bir futbolçu da çıxmayıb.
 
İndi isə belə bir adam “Neftçi” akademiyasında əsas söz sahibinə çevrilmişdi. Və Sultanov onun biletini kəsməklə eyni bacarığa malik olan digərlərinə də açıq mesaj göndərdi. Asəf Səfərov birinci olmuşdu, Pərviz Əhmədov sonuncu olmayacaq.
 
FƏRİD

 
tarix: 09-03-2018 09:00


 
Xəbər lenti
23.05.2018

14:55   Zeedorf istefaya göndərildi

14:48   “Səbail”dən daha bir məşqçi getdi: Yeni iş yeri də məlumdu 

14:26   Tender qrupunun üzvləri AFFA-da

13:56   100 illik yubileyə həsr olunmuş yoldaşlıq oyunu keçiriləcək

13:49   AFFA-dan iranlılara 10 oyunluq cəza

13:44   Eltun Yaqublunun idarə etdiyi “Səbail”

13:12   Azarkeşlərindən “Sumqayıt”a daha bir zərbə

13:07   Billiat “Qarabağ”a qolla gəlir

13:00   Cavid Hüseynova ağır cəza

12:49   Divizion klubları üçün vaxt bitdi

12:44   "Qarabağ"da daha iki ayrılıq

12:01   Regional həvəs

11:18   “Arsenal”ın yeni baş məşqçisi rəsmən açıqlandı

11:12   La Liqa klubunda yeni baş məşqçi

11:04   Tərlan Əhmədovun yeni iş yeri

11:00   “eTopaz”da günün canlı oyunları

10:47   Samir Əliyev niyə getdi?

10:28   Millimiz məğlub oldu

10:00   “TOPAZ”DA BU GÜN

09:32   Eminsiz “Kalmar” yenə məğlub oldu

01:03   “Səbail”in futbolçusu Uelslə oyunlara dəvət olundu

00:12   Super Liqada daha bir klub baş məşqçisini yola saldı

00:05   Nazarovlu “Ersgebirge” 2-ci Bundesliqada qaldı

22.05.2018

23:38  Samir Əliyev “Səbail”lə yollarını ayırdı

23:27  Region Liqası başa çatdı

18:33  Azərbaycan kubokunun qalibi bəlli oldu

18:11  Həm evdə, həm də səfərdə

18:07  Abışovla Hacıyev üçün əlamətdar tur

17:44  “Qəbələ”nin futbolçularına qarşı 100 min manatlıq dələduzluq!

17:39  “Yaz turniri”nə yekun vuruldu

17:38  Final matçının hakimləri açıqlandı

17:25  Azərbaycan futbolunda ilk

13:53  Yunanov “Keşlə”də

13:47  Tuheli Favr əvəz etdi

13:37  Dağıdılan neft pulları: "Keşlə" yeyinti məhsulları

13:12  Premyer Liqada dövrənin və 2018-ci ilin ən yaxşısı

12:55  Alxasova Polşadan dəvət

12:15  “Sumqayıt”da yarpaq tökümü başladı

12:01  Pelleqrini yenidən Premyer Liqada

11:22  La Liqada yeni klub

11:00  “eTopaz”da günün canlı oyunları

10:31  “Slaviya”dan Muradovsuz qələbə

10:00  “TOPAZ”DA BU GÜN

09:37  “Volfsburq” Bundesliqada qaldı

09:00  Çempionun hüzurunda

01:13  U-11 Liqasının qalibi bəlli oldu

00:50  “Qarabağ”a çempionluq kuboku təqdim olundu - FOTOLAR

00:35  “Qəbələ” gümüş, “Neftçi” bürünc medallarına qovuşdu - FOTOLAR

00:09  Baqali Dabo: “Çempionluğu seçərdim”

00:01  Ramil Şeydayev: “Harada oynayacağımı hələ bilmirəm”

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az