(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Natiq Muxtarlı
Tahir Süleymanov
Etibar Cəbrayıloğlu
“Keşlə” matç başlamadan uduzmuşdu

“Keşlə” matç başlamadan uduzmuşdu

“Keşlə” “Neftçi”yə bu gün uduzmadı. Məğlubiyyətin bünövrəsi hələ matçın yeri dəyişdirildiyi zaman qoyulmuşdu.
 
Sanki Bakıda başqa stadion, deputatların oynaması üçün başqa vaxt yoxdu. Cümhuriyyətin 100 illiyi münasibəti ilə yoldaşlıq oyunları məhz Topaz Premyer Liqasının növbəti turuna salınmalıydı. Özü də “İnter Arena”ya. Respublika stadionu, Bakı Olimpiya Stadionu qala-qala...
 
“Keşlə” rəhbərliyi özü bilər, amma bu məğlubiyyət birbaşa onların passivinə yazılmalıdı. Zirədəki qələbənin ardından təqvimin dəyişməsinə razılaşıb, qonaq getmək böyük səhv idi. Futbolçuların qalib əhval-ruhiyyəsini korlamağı ancaq belə bacarmaq olardı. Süni örtükdəki qələbədən sonra eyni şəraitə sahib “İnter Arena”dan imtina etmək rəqibin əlinə oynamaq idi. Çünki “Neftçi” də Qəbələdəki zəfərdən sonra seriyanı davam etdirmək üçün alışıb-yanırdı.
 
Bu oyunla bağlı müəyyən söz-söhbətlər də var idi. Guya ki, “Neftçi”nin 4-cü yeri ələ keçirməsi üçün pərdəarxası oyunlar gedir, “Sumqayıt”ı ardıcıl zərbələr gözləyir. Lakin bunlar, sadəcə, şaiyələrdi. Çünki Tərlan Əhmədovun yetirmələri bu gün mövsümdə bəlkə də ən yaxşı oyununu göstərərək qələbə qazandı. Hətta oyun 0:0 ikən “Keşlə”nin qapısına yüzfaizli penalti təyin edilmədi. Slavik Alxasovun açıq əllə zərbənin qarşısını aldığı AFFA-nın yerləşdiyi Nobel prospektindən görünürdü, laysman isə “görmədi”.
 
Hər iki komandanın müdafiə xəttinin bərbadlığı matçda 5 qolun vurulması ilə nəticələndi. İlk səhvi “Keşlə” buraxdı, hesab açıldı. Ardınca “Neftçi”nin mərkəz müdafiəçiləri yuxuya getdi və tabloda 1-lər qoşalaşdı.
 
Oyunun ən yaxşısı olan İqnasio Errera verilməyən penaltidən başqa, hesab açılarkən məhsuldar ötürmə müəllifi olmuşdu. İkinci hissənin əvvəlində o, Slaviki növbəti dəfə barmağına dolayıb toru silkələdi. Gəl ki, bu dəfə də meydan sahiblərinin sevinci uzun çəkmədi – Pərdiz-Fərcad Azad yenə hesabı bərabərləşdirdi.
 
İstənilən halda, “Neftçi” layiq olduğu qələbəni qazandı. 90-cı dəqiqədə Ruslan Abışov hücuma qoşulub, dəqiq zərbə endirdi – 3:2. Ardıcıl 2 qələbə həm yeni rəhbərliyi, həm də postu laxlayan Əhmədovu sakitləşdirməlidi.
 
Qaliblər mühakimə olunmur, “Keşlə” isə günahı özündə axtarsın. Təkcə qəfil stadion dəyişikliyində yox, həm də klubdaxili ab-havada. İki gündən bir istefa verən Yuri Maksimovla uzağa getmək olmayacaq.
 
FƏRİD

 
tarix: 09-03-2018 23:21


 
Xəbər lenti
21.03.2019

02:10   Millimizin rəqibinə 1 qol bəs etdi

00:07   Millimiz Zaqrebdə son məşqə çıxdı - FOTOLAR

00:01   Maksim Medvedev: “Oyun səviyyəmiz nisbətən azdır”

20.03.2019

22:40  Azərbaycan – Litva: Hakim təyinatları açıqlandı

22:17  Nikola Yurçeviç: “13 futbolçu arasından seçim edəcəm”

21:22  Luka Modriç: “Azərbaycanı tam ciddiyə alırıq”

21:13  Daliç: “Azərbaycanın necə oynayacağını maraqla gözləyirik”

20:35  “Heç-heçəni qələbəyə bərabər hesab etmək olar”

20:10  Azərbaycan millisi ilk oyunda Rusiya ilə heç-heçəyə razılaşdı

19:15  Premyer Liqa klubunun baş məşqçisinə cəza

17:51  Patonun yeni klubu məlum oldu

16:07  Belçika millisində ciddi itki

15:12  Yurçeviç üçün daha iki köməkçi

14:25  Abramoviç “Çelsi”yə qiymət qoydu: 2,5 milyard!

13:17  “Səbail”in futbolçusu əfsanələrin oyununa dəvət aldı

12:32  Futbol tarixinin ən yaxşı 50 baş məşqçisi

11:31  Bundesliqa klubu yeni baş məşqçisini açıqladı

10:29  “Səbail” 6 futbolçunu qovdu

10:15  ECA, “Morethanfootball” və “Neftçi”

09:09  “Qəbələ”dən 2 oyuna 31 qol

01:11  “Neftçi” “Qaradağ Lökbatan”la “sülh bağladı”

00:42  “Sabah” Region Liqası klubu ilə qarşılaşacaq

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az