(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Natiq Muxtarlı
Tahir Süleymanov
Etibar Cəbrayıloğlu
Qəbələdəki kəllənin fəsadları: “Zirə” nokautdan ayıla bilmir

Qəbələdəki kəllənin fəsadları: “Zirə” nokautdan ayıla bilmir

“Qarabağ” ölkənin ən güclü komandasıdı. Dünən “Zirə” ilə oyun da göstərdi ki, Qurban Qurbanovun yetirmələri qarşısıalınmazdı. Zəngin heyət, usta futbolçular, oturmuş oyun sistemi çempionu bir addım öndə saxlayır. Və qızıl medallar bu mövsüm də ağdamlıların olacaq.
 
Gümüş mükafatçı da bəllidi. “Qəbələ” hər nə qədər qeyri-sabit oynasa da, lideri izləyə bilməsə də, öz izləyiciləri şansı əldən verdilər. Ona görə də Roman Qriqorçuk indidən Avropa Liqası haqqında düşünməlidi.
 
Əvəzində “Zirə” çempionata intriqa gətirib. Ardıcıl uğursuzluqlar komandanı nəinki 3-cü pillədən, hətta avrokuboklardan da kənar qoya bilər. Qış fasiləsinə izləyicilərindən xeyli öndə yollanan, əlçatmaz olduğu deyilən komanda indi ən pis dönəmini yaşayır. 4-cü pillədəki “Sumqayıt” 1, əla forma yığan “Neftçi” 6 xallıq məsafədədi. Bu komandaların kubokda da yoluna davam etdiyini nəzərə alsaq, hər şey faciəvi sonuclana bilər.
 
Bəs, nə baş verir? “Zirə” bu vəziyyətə necə düşdü? Normal büdcəsi, əla heyəti olan komandanın geriləməsinin səbəbi nədi?
 
2018-ci ildə qələbə görməyən “Zirə” hər 2 liderə uduzub. Əsas izləyicilər olan “Neftçi” və “Sumqayıt”la heç-heçələri normal nəticə saymaq olar, lakin “Keşlə”yə ev məğlubiyyəti şok effekti verdi. Bu, “Zirə”nin sıradan ortababa çevrilməsini göstərir. Komanda qış fasiləsindən düzgün yararlanmayıb, yeni transferlər heyətə uyğunlaşmayıb. Nizam-intizam da qaydasında deyil və aparıcı oyunçuların Qəbələdəki davaya görə cəzalanması fəsadlarını göstərir.
 
Komandanın əsas problemi psixoloji gərginlikdi. “Zirə”nin Qəbələdə kötəklənməsinin nəticələri hələ də özünü göstərir. Baş məşqçinin vurulması olayı sakitcə yoluna qoyulsa da, zaman göstərir ki, bu hadisə çox ciddi problemə səbəb olub. Rəhbərliyin məşqçi və futbolçulara yiyə durmaması, müdafiə etməməsi onların rahatlığını pozub, səksəkədədilər. Hər an döyülmək, haqqının yeyilməsini gözləmək qorxusu futbolçuların oyunlara köklənməsinə mane olur.
 
Bu psixoloji travma davam edəcək. Növbəti turda “Zirə” yenə xal itirsə, buna təəccübənməməliyik. Çünki komandanın oyununda inamsızlıq var, hazırlıqda da, motivasiyada da axsama hiss olunur. Ayxan Abbasov hər nə qədər vəziyyətdən çıxmaq üçün səy göstərsə də, Qəbələdə vurulan kəllə zərbəsi və buna rəhbərliyin susqun qalması oyunçuların yaddaşına həkk olub.
 
Belə çətin məqamlarda liderlərin önə çıxması lazımdı. Abbasov təcrübəsizdi, futbolçular arasında isə beləsi gözə dəymir. Rəhbərlik diqqətini şəxsi işlərə ayırdığından, “Zirə” yetim kimi ortalıqda qalıb. Yalnız komandanın gizli kuratoru Rəşad Sadıqov vəziyyəti dəyişə bilər. Lakin onun da işi çoxdu. “Qarabağ”ın kapitanı bu komandanın 19 yaşlılarına rəhbərlik edir, üstəlik, baş məşqçisi olduğu U-21-lə məşğuldu. “Zirə”yə ayırmağa vaxt qalmayıb və bu, nəticələrdə özünü göstərir.
 
Kəsəsi, “Zirə”də xaotik vəziyyətdi. Komanda ortada qalıb, liderlər uzaqlaşır, izləyicilər yaxınlaşır. Rəhbərliyin ciddi müdaxiləsi olmasa, Abbasovun avrokubok arzuları xəyal olacaq.
 
FƏRİD

 
tarix: 11-03-2018 15:41


 
Xəbər lenti
21.03.2019

02:10   Millimizin rəqibinə 1 qol bəs etdi

00:07   Millimiz Zaqrebdə son məşqə çıxdı - FOTOLAR

00:01   Maksim Medvedev: “Oyun səviyyəmiz nisbətən azdır”

20.03.2019

22:40  Azərbaycan – Litva: Hakim təyinatları açıqlandı

22:17  Nikola Yurçeviç: “13 futbolçu arasından seçim edəcəm”

21:22  Luka Modriç: “Azərbaycanı tam ciddiyə alırıq”

21:13  Daliç: “Azərbaycanın necə oynayacağını maraqla gözləyirik”

20:35  “Heç-heçəni qələbəyə bərabər hesab etmək olar”

20:10  Azərbaycan millisi ilk oyunda Rusiya ilə heç-heçəyə razılaşdı

19:15  Premyer Liqa klubunun baş məşqçisinə cəza

17:51  Patonun yeni klubu məlum oldu

16:07  Belçika millisində ciddi itki

15:12  Yurçeviç üçün daha iki köməkçi

14:25  Abramoviç “Çelsi”yə qiymət qoydu: 2,5 milyard!

13:17  “Səbail”in futbolçusu əfsanələrin oyununa dəvət aldı

12:32  Futbol tarixinin ən yaxşı 50 baş məşqçisi

11:31  Bundesliqa klubu yeni baş məşqçisini açıqladı

10:29  “Səbail” 6 futbolçunu qovdu

10:15  ECA, “Morethanfootball” və “Neftçi”

09:09  “Qəbələ”dən 2 oyuna 31 qol

01:11  “Neftçi” “Qaradağ Lökbatan”la “sülh bağladı”

00:42  “Sabah” Region Liqası klubu ilə qarşılaşacaq

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az