(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Rəşad Sadıqovun qardaşı: “Ölkəmizi ÇL-də təmsil etmək istəyirik”

Rəşad Sadıqovun qardaşı: “Ölkəmizi ÇL-də təmsil etmək istəyirik”

“Qarabağ” futzal komandasının rəhbəri Kamran Sadıqov Futzal Federasiyasının mətbuat xidmətinə müsahibə verib.

Futbolinfo.az həmin müsahibəni təqdim edir:

- “Qarabağ” futzal komandası necə yaradıldı? İdeya müəllifi kimdir?
- 2016-cı ilin yazında belə bir ideya yarandı. Buna qədər Ağdam komandası əvvəlcə Birinci, daha sonra Yüksək Liqada çıxış edirdi. Həmin komandada oynayan uşaqlar arasında dostlarım vardı. Onlar təklif etdi ki, çempionata komanda burax. Futbola yaxın adam olduğumu bilirdilər. Razılaşdım. Sonra futzal federasiyasının baş katibi Mahmud müəllimlə (Mahmud Sadıqov) tanış oldum, fikrimi onunla bölüşdüm. Təsəvvür edin, iştirk üçün 17 komandanın müraciəti təsdilənib, bir yer qalıb. Söhbətimizdən sonra, bizə çıxış etmək üçün “yaşıl işıq” yandırdı. Komanda belə yarandı və 2016/17-ci il mövsümünü 7-ci pillədə başa vurdu. Bizimlə oyunlar həqiqətən də maraqlı keçirdi, rəqiblərimiz daha yaxşı mübarizə aparırdı komandamıza qarşı. Cari mövsümdə isə fərqli çıxış edirik.

- İlk mövsümdən sonra güclənməyə qərar verdiniz?
- Açığı, çempionatın əvvəlində birinci yerə yüksələcəyimizi gözləmirdim. Düşünürdüm ki, ötən mövsümü 7-ci pillədə başa vurmuşuq, bu dəfə 4 və ya 5-inci yeri tutarıq. Şükürlər olsun ki, hələ işimiz yaxşı gedir. Yekunda necə olacaq, onu zamanı çatanda biləcəyik. 

- Ancaq cari mövsümün reqlamenti fərqlidir. İki dövrəni zirvədə başa vursanız da, çempion olmaq üçün pley-off oyunlarını qələbə ilə bitirməlisiniz…
- Çempionatın əvvəlində keçirilən yığıncaqda belə söhbət oldu. Əvvəl razılaşdıq, ancaq sonradan dəyişiklik edilməsini təklif etsək də, razılaşmadılar. 

- Futzaldakı “Qarabağ”ın futboldakı “Qarabağ”la bağlılığı varmı?
- Bağlılıq deyəndə, Rəşad Sadıqovun qardaşı olduğumu bilirsiniz. Rəşad da hazırda “Qarabağ”dadı. Bizim bu klubun tərkibinə keçməyimizə bir addım qalıb. Nəticələrimizi izləyirlər, komanda haqda məlumatlıdırlar. Ancaq rəhbərliklə hələ üz-üzə oturub, bu haqda söhbət etməmişik.

- Amma komandanın oyun formasında “Azersun”un reklamı yerləşdirilib.
- Ötən mövsüm sponsorumuz fərqli şirkət idi. Bu il heç bir sponsorumuz olmadığına və komandanı özüm maliyyələşdirdiyimə görə, bu addımı atdıq. 

- Sizə maddi baxımdan dəstək verən varmı?
- Hələ sırf özüm maliyyələşdirirəm komandanı. Bir-iki nəfər birinci dövrədə kömək etdi. İndi hər şeyi özüm edirəm.

- Necə düşünürsən, “Qarabağ” böyük futbolda qazandığı uğurları futzalda da əldə edə biləcəkmi?
- İnanıram, biz bura onun üçün gəlirik. Birinci Liqada vaxt keçirmək niyyətində deyilik. Növbəti il Yüksək Liqada oynamaq istəyirik. Orda bir qədər təcrübə topladıqdann sonra 2020-ci ildə Çempionlar Liqasında çıxış etməyi planlaşdırırıq. Futzalda “Araz” ən güclümüzdü. Biz də onlardan sonra Çempionlar Liqasında ölkəmizi təmsil etmək istəyirik. Niyyətimiz budur.

- Deməli, Yüksək Liqada oynamağı qətiləşdirmisiniz?
- Komanda çıxışını ancaq Yüksək Liqada davam etdirəcək. 

- Hazırkı heyətdə elə oyunçular var ki, böyük futbolda hələ də çıxış edirlər. Yüksək Liqada oynayacağınız təqdirdə, buna icazə verilməyəcəyini bilirsən?
- Yüksək Liqada hazırkı 12-13 nəfərlik heyətdən 3, maksim 4 oyunçu çıxışını davam etdirəcək. Qalanları futzal oynamış təcrübəli oyunçular olacaq. 

- Yəqin ki, gözaltı elədiyiniz oyunçular var?
- İşə başlamışam. Pley-offa yaxın, ya da bu mərhələdən dərhal sonra hər şeyi yekunlaşdıracam. Çünki komanda yeni mövsümün startına 2 ay qalmış hazırlığa başlamalıdı. 

- “Qarabağ” adı azarkeşləri cəlb etmək baxımından işinizə yarıyacaqmı?
- Azarkeşləri indi də gətirə bilərəm. “Qarabağ”ın fan-klubunun rəhbəri ilə dostuq. O, deyib ki, nə vaxt istəsən, azarkeşləri oyunlara gətirə bilərəm. Sadəcə, Birinci Liqada oynadığımıza görə, buna ehtiyac duymuram. Ancaq Yüksək Liqada çıxış etsək, bizim oyunlara azarkeşlər cəlb olunacaqlar.


 
tarix: 11-03-2018 17:15


 
Xəbər lenti
24.09.2018

01:45   “Barselona”dan ilk xal itkisi

01:28   “Olimpik”lərin duelində 6 qol, PSJ-dən ardıcıl 6-cı qələbə

01:09   “Yuventus”la “Napoli”dən inamlı qələbə

00:15   “Bayer”ə 1 qol bəs etdi

00:01   “Çelsi” səfərdə büdrədi

23.09.2018

23:47  “Qalatasaray” darmadağınla uduzdu

23:12  “Qarabağ” - “Qəbələ” matçında 5 qol - VİDEO

23:05  Qurban Qurbanov: “Onu bundan sonra sosial şəbəkələrdə az görəcəksiz”

22:56  Sənan Qurbanov: “Məsuliyyət mənim üzərimdədi”

22:23  “Qarabağ” “Qəbələ”ni darmadağınla yola saldı

22:10  “Keşlə” - “Sumqayıt” matçında 3 qol - VİDEO

22:00  Qoran Paratski: “Bu, bizi ikiqat sevindirir”

21:49  “Keşlə”nin futbolçusu xəstəxanalıq oldu

21:30  Milinkoviç: “Keşlə” məğlubiyyətə layiq idi”

21:16  Nazim Süleymanov: “Daha sabit çıxış etməyimizi istəyirəm”

21:05  “Qarabağ”ın rəqibi 3 xalı 2 qolla qazandı

20:34  Almeyda “Astana”da qol hesabını açdı

19:29  Şeydayevdən qarpız qonaqlığı - FOTO

16:00  “Neftçi” ECA-nın “Beactive” layihəsinə qoşulur

15:36  Soni Mustivar: “Layiqli qələbə qazandıq”

15:11  Mahmudovlu “Frankfurt” yenə uduzdu

12:24  Vüqar Əsgərov üçün 45 dəqiqə, 3 xal

12:15  Abasovun pis vərdişi

11:54  Dənizin komandasından ardıcıl 6-cı qələbə

11:37  “Zirə” xala layiq olsa da...

11:27  Ufuk Budakdan məhsuldar ötürmə, “Boluspor”dan qələbə

11:00  “eTopaz”da günün canlı oyunları

10:30  Azərlə Ayazın klubları heç-heçəyə razılaşdı

10:00  “TOPAZ”DA BU GÜN

09:30  Tural Axundov: “Rəqibdən daha istəkli idik”

00:59  “Atletiko” səfərdə, “Real” evdə sevindi

00:48  “Lill” “Nant”ı məğlub yola saldı

00:34  “İnter”ə 1 qol bəs etdi

00:27  “Bavariya”dan qələbə, “Borussiya”dan xal itkisi

00:09  MY büdrədi, “Liverpul”la MS darmadağına sevindi

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az