(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

“Zirə”də olan rəhbər vəzifələr nəyə lazımdır?!

“Zirə”də olan rəhbər vəzifələr nəyə lazımdır?!

"Zirə" son mövsümlərin ən stabil komandalarından biridi. İddialı klubların dağılması, zəifləməsindən maksimum yararlanan yeni yaradılmış "Zirə" qış fasiləsindən sonra geriləməkdə davam edir.
 
Düzdü, 3-cü yeri hələ ki, qoruyurlar, ancaq xal fərqi kritik həddə çatıb. Belə davam etsələr, nəinki 3-cülük əldən çıxacaq, 4-dən aşağı enə bilərlər...
 
"Zirə" klub rəhbərliyi olaraq heç vaxt önə çıxmayıb. Baş məşqçi(lər), futbolçular istər meydanda, istərsə meydandan kənarda gündəmdə olub, komanda ilə yanaşı, klubun da yükünü daşıyıblar...
 
Bir-iki mövsüm "Zirə"nin ciddi rəqib kimi qəbul olunmaması işlərinə yarayırdı. "Kölgə"də qalaraq komandanı formalaşdırıb Avropaya da daşıya bildilər. Hətta yeni klub olduqları üçün ilk mövsüm qazandıqları uğuru başqalarına hədiyyə də etdilər. Artıq "Zirə"nin "gizlənmək" şansı yoxdur. Rəqibləri onları ciddi qəbul edir, hesablaşırlar...
 
Nə baş verdisə, Qəbələ səfərindən sonra baş verdi. "Zirə" klub olaraq tək meydanda deyil, kənarda da ciddi psixoloji zərbə aldı. Hiss olunur ki, bu "zədə"dən hələ sağalmayıblar.
 
Baş məşqçi komandanı arxasınca apara bilər, aparmalıdır. Klubun tam yükünü öz üzərinə davamlı götürə bilməz. Buna zaman, güc yetməz. Müəyyən müddətdən sonra fəsadları görünəcək. Necə ki, artıq büruzə verməyə başlayıb...
 
Sanki "Zirə"nin prezidenti, vitse-prezidenti, icraçı, idman direktorları yoxdur. İctimaiyyətdə klubu təmsil edən, məsuliyyəti üzərlərinə götürən baş məşqçi və mətbuat xidmətidir. Baş məşqçinin əsas fikiri, düşüncəsi futbolçulara, onların hazırlığına, oyunların təhlilinə, nəticə qazanmağa yönəlməlidir.
 
Komanda ilə birlikdə isə klubu qorumaq birbaşa rəhbərliyin üzərinə düşür, məsuliyyət daşıyırlar. Beyin yükləndiyi anda baş məşqçi təzyiq altında olur, bütün bacarığını komandaya ayıra bilmir. Əgər klubun tam yükünü baş məşqçi daşıyacaqsa, onda klubda olan rəhbər vəzifələr nəyə lazımdır?!
 
Bu, tək "Zirə"yə aid deyil, istənilən peşəkar klubda belə olmalıdır. Söhbət günlərlə mətbuatın diqqətində, gündəmdə olmaqdan getmir. Lazımı anda klubu, komandanı qorumaq, məşqçi və futbolçulara dəstəkdən gedir. Əks halda, baş məşqçi və futbolçular özlərini kimsəsiz hiss edir və sonda meydandakı nəticələrdə özünü göstərir...
 
Müasir futbolun 4-5 ən mühüm faktorlarından biri də psixologiyadır. Psixoloji rahatlığı olmayan klub/komanda istədiyi uğuru qazana bilməz. "Zirə" tez bir zamanda dönüş yaratmağı bacarmalıdır...
 
Futbolda heç kim uğursuz nəticələrdən sığortalanmayıb. Əsas amillərdən biri çətin durumda vəziyyətdən çıxmaq bacarığının olmasıdır. Ayxan Abbasov və futbolçular son turları ciddi təhlil edib dönüş yaratmalıdırlar. Onlarda bu potensial var və bunu dəfələrlə göstəriblər. Təbii, klub rəhbərliyinin onları qoruması, dəstək verməsi, "Zirə"nin komanda yox, klub olmasını ötən mövsümlər olduğu kimi sübut etməkləri şərtilə...
 
TAHİR SÜLEYMANOV

 
tarix: 12-03-2018 08:47


 
Xəbər lenti
23.05.2018

14:55   Zeedorf istefaya göndərildi

14:48   “Səbail”dən daha bir məşqçi getdi: Yeni iş yeri də məlumdu 

14:26   Tender qrupunun üzvləri AFFA-da

13:56   100 illik yubileyə həsr olunmuş yoldaşlıq oyunu keçiriləcək

13:49   AFFA-dan iranlılara 10 oyunluq cəza

13:44   Eltun Yaqublunun idarə etdiyi “Səbail”

13:12   Azarkeşlərindən “Sumqayıt”a daha bir zərbə

13:07   Billiat “Qarabağ”a qolla gəlir

13:00   Cavid Hüseynova ağır cəza

12:49   Divizion klubları üçün vaxt bitdi

12:44   "Qarabağ"da daha iki ayrılıq

12:01   Regional həvəs

11:18   “Arsenal”ın yeni baş məşqçisi rəsmən açıqlandı

11:12   La Liqa klubunda yeni baş məşqçi

11:04   Tərlan Əhmədovun yeni iş yeri

11:00   “eTopaz”da günün canlı oyunları

10:47   Samir Əliyev niyə getdi?

10:28   Millimiz məğlub oldu

10:00   “TOPAZ”DA BU GÜN

09:32   Eminsiz “Kalmar” yenə məğlub oldu

01:03   “Səbail”in futbolçusu Uelslə oyunlara dəvət olundu

00:12   Super Liqada daha bir klub baş məşqçisini yola saldı

00:05   Nazarovlu “Ersgebirge” 2-ci Bundesliqada qaldı

22.05.2018

23:38  Samir Əliyev “Səbail”lə yollarını ayırdı

23:27  Region Liqası başa çatdı

18:33  Azərbaycan kubokunun qalibi bəlli oldu

18:11  Həm evdə, həm də səfərdə

18:07  Abışovla Hacıyev üçün əlamətdar tur

17:44  “Qəbələ”nin futbolçularına qarşı 100 min manatlıq dələduzluq!

17:39  “Yaz turniri”nə yekun vuruldu

17:38  Final matçının hakimləri açıqlandı

17:25  Azərbaycan futbolunda ilk

13:53  Yunanov “Keşlə”də

13:47  Tuheli Favr əvəz etdi

13:37  Dağıdılan neft pulları: "Keşlə" yeyinti məhsulları

13:12  Premyer Liqada dövrənin və 2018-ci ilin ən yaxşısı

12:55  Alxasova Polşadan dəvət

12:15  “Sumqayıt”da yarpaq tökümü başladı

12:01  Pelleqrini yenidən Premyer Liqada

11:22  La Liqada yeni klub

11:00  “eTopaz”da günün canlı oyunları

10:31  “Slaviya”dan Muradovsuz qələbə

10:00  “TOPAZ”DA BU GÜN

09:37  “Volfsburq” Bundesliqada qaldı

09:00  Çempionun hüzurunda

01:13  U-11 Liqasının qalibi bəlli oldu

00:50  “Qarabağ”a çempionluq kuboku təqdim olundu - FOTOLAR

00:35  “Qəbələ” gümüş, “Neftçi” bürünc medallarına qovuşdu - FOTOLAR

00:09  Baqali Dabo: “Çempionluğu seçərdim”

00:01  Ramil Şeydayev: “Harada oynayacağımı hələ bilmirəm”

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az