(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Başqa klublara azarkeşlik etməyə məcbur olan “Sumqayıt” prezidenti

Başqa klublara azarkeşlik etməyə məcbur olan “Sumqayıt” prezidenti

Riad Rəfiyev “Sumqayıt”ın prezidenti kimi fəaliyyətə başlayıb. Hələ klubla tanış olur, planlarını cızır.
 
Milli komandaların sabiq meneceri üçün bu post yenidi. İndiyədək bu qədər yüksək vəzifədə işləməyib, öyrəşməsi zaman alacaq. Lakin hazır strukturu olan kluba, hədəfi, iddiası, normal xal ehtiyatı, yaxşı məşqçi və futbolçu heyəti olan bir yerə gəlib. Ona görə də çətinlik çəkməməlidi.
 
Rəfiyevə yalnız vaz keçə bilmədiyi köhnə məşğuliyyətləri mane ola bilər. Həmişə əli futbolçu transferindən qazandığı pul görən Riad indi bu şakərindən əl çəkməlidi. Yoxsa ciddi problemləri ortaya çıxacaq. Yəqin özü də “Səbail”lə son turun matçında bunu hiss etdi. Prezident kimi debüt etdiyi görüşdə istəmədən də olsa, rəqibə azarkeşlik edirdi.
 
Təbii ki, səbəbsiz deyil. Çünki meydan sahiblərinin aparıcı oyunçusu Yevgeni Koçuka görə o, ayda 1000 dollar qazanc əldə edir. Bu legionerin agenti başqası olsa da, onun “Səbail”ə transferində Rəfiyevin rolu var və menecer haqqı kimi alacağı 5000 dolları 5 ay ərzində götürməlidi. Klub Koçuka aylıq 4000 dollar, menecerinə isə bunun ¼-ni verir. Bu səbəbdən Riad Yevgeninin uğurlu çıxışında, qiymətini artırmasında maraqlıdı.
 
Koçukla Rəfiyevin yolları Slovakiyada kəsişib. Bu futbolçu millimizin üzvü Ramil Şeydayevlə nəinki komanda, həm də otaq yoldaşı olub. Elə Ramil də hazırda “Qarabağ”da qazandığından Riada pay ayırır. O, ağdamlılara milli xətti ilə düşüb, AFFA bunda rol oynayıb. Menecer haqqınıisə Rəfiyev götürüb.
 
Rəfiyev avrokubok yolunda əsas rəqibləri olan “Neftçi” ilə matçlarda da əziyyət çəkəcək. Axı, Emin Mahmudov da hazırda Riada pul qazandıranlardandı. Namiq Ələsgərov, Elnur Cəfərov və Rəhman Hacıyevin də meneceri olan “Sumqayıt”ın prezidenti həmçinin Anton Krivotsyukun transferində söz sahibi olub. Pavel Paşayev, Dmitri Nağıyev, Elvin Bədəlov və Araz Abdullayevin “yolgöstərən”i “Zirə”dən Adil Nağıyevin də baş məsləhətçisidi.
 
Kəsəsi, Kamran Quliyevin xələfi ölkə futbolunun monopolistlərindəndi. İndi o, prezident kimi fəaliyyət göstərəcək və rəqib düşərgələrdəki futbolçularını rəhbərlik etdiyi menecer şirkəti “3R Sports Management”in bayrağı altında, başqasının adına qeydiyyatdan keçirəcək. Belədə asan qazancdan imtina etməyəcək. Unikal futbol təsərrüfatımız var…
 
FƏRİD

 
tarix: 13-03-2018 08:42


 
Xəbər lenti
21.06.2018

12:01   Baqali Dabo: “Avroliqada uğurlu ola bilərik”

11:43   Super Liqa klubunda yeni baş məşqçi

11:22   Premyer Liqa klubundan 25 milyonluq transfer

11:00   “eTopaz”da günün canlı oyunları

10:46   FİFA DÇ iştirakçısını 10 min dollar cərimələdi

10:30   Daha bir futbolçu üçün mundial erkən bitdi

10:15   Bordin kimi hədəfə gətirir?

10:00   “TOPAZ”DA BU GÜN

09:30   “Kəpəz” fəaliyyətini dayandıra bilər

09:00   Hədəfləri kiçiltmək olmaz: hamı mərhələ keçməlidi

09:00   Argentina Xorvatiya ilə üz-üzə - YENİLƏNİR

01:08   İran - İspaniya matçının ən yaxşı oyunçusu bəlli oldu

00:26   “Qəbələ” Sloveniya toplanışına start verdi

00:06   İspaniya İranı çətinliklə yendi - VİDEO

20.06.2018

23:54  Portuqaliya, İspaniya və Uruqvaydan 1 qolla 3 xal

23:01  Ronaldo 62 illik rekordu qırdı

21:47  Tomas Giqlemann: “Qəbələ” favoritdi”

21:42  Qələbə qolunu vurdu, ən yaxşı seçildi

21:39  Maksimov ehtiyatlanır

21:20  Uruqvayla Rusiya 1/8-də, 3 komanda mundialla erkən vidalaşdı

20:58  Uruqvay tək qolla qalib gəldi - VİDEO

20:32  Abışov: “Belə bir komanda zəif ola bilməz”

20:17  DÇ-2018-lə vidalaşan ilk komanda bəlli oldu

19:47  “Səbail” də başladı

18:35  Ronaldo ikinci dəfə ən yaxşı seçildi

18:06  Portuqaliyanı Ronaldo sevindirdi - VİDEO

17:56  “Qəbələ”nin Avropada cəmi 1 qələbəsi olan 99 yaşlı rəqibi

17:48  Avroliqada 2-ci təsnifat mərhələsinin bütün cütləri

17:12  “Neftçi” üçün “Sevilya”: Potensial rəqiblərimiz də bilindi

16:46  Sənan Qurbanov: “Proqres” kifayət qədər ciddi rəqibdi”

16:24  Rəqiblər 131-ə çatdı, “Baltsan” 22-cidi

16:18  UEFA “Qarabağ”ın ÇL-də ilk oyununun vaxtını dəyişdirdi 

15:59  “Baltsan” rəsmisi: “Keşlə” cütün favoritidi”

15:45  “Neftçi” üçün “Qəbələ” nümunəsi

15:37  Yeni ənənə və evdə quru hesablı qələbə

15:29  “Keşlə” üçün “asan yem”

15:16  Bordin: “Çalışacağıq ki, bu dueldən qalib çıxaq”

15:00  Avroliqada ilk təsnifat mərhələsinin bütün cütləri

14:30  İlkə imza atmaq istəyən Bordin: “Hədəf çempionluqdu” - EKSKLÜZİV

14:14  “Qəbələ”, “Neftçi” və “Keşlə”nin rəqibləri bəlli oldu

14:00  Super Liqa klubu Sərgən Yalçını göndərib, Rza Çalımbayı gətirdi

13:46  Premyer Liqa klubundan rekord transfer

13:11  Dünya çempionatlarının rekorduna şərik oldular

13:00  Topaz Premyer Liqasında yay bazarlığı - YENİLƏNİR

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az