(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

“Qaradağ Lökbatan”ın məğlubiyyətlərinin sirri: klub Premyer Liqaya yüksəlməyəcək

“Qaradağ Lökbatan”ın məğlubiyyətlərinin sirri: klub Premyer Liqaya yüksəlməyəcək

Birinci divizionun lideri "Qaradağ Lökbatan" 14 oyunluq ardıcıl qələbə seriyasından sonra indi də məğlubiyyətləri sıralayır. Son 3 oyunda uduzan Həbib Ağayevin komandası xeyli söz-söhbətə də səbəb verib.
 
Futbolinfo.az xəbər verir ki, komandanın oyunları “stavka”ya qoyması barədə söz-söhbət yayılıb. Divizionda populyar olan bu mövzu istər-istəməz inandırıcı görünür. Lakin klub prezidenti Tahir Mustafayev bunu təkzib edir. O, ölkə mətbuatına açıqlamasında bunları deyib: “Yaxşı başlamışdıq. Səfərdə "Zaqatala"nı da məğlub etdik. Sonra... Heç bilirsiz nə qədər qol vəziyyətindən yararlana bilmədik? "Turan Tovuz"la oyuna baxsaz, görərsiz ki, hər şeyi biz etdik, qol vəziyyətləri yaratdıq. Amma qapımıza 3 zərbə endirdilər hər 3-ü də qol oldu. Ümumiyyətlə, uduzduğumuz son 3 oyunun hamısında əla çıxış etmişdik. Çempionat başlamamış komandaya bildirmişdim ki, ən böyük düşmənimiz arxayınlıqdı. Çünki xal hesabında çox irəlidəyik. 15 xal irəlidə idik, indi bu, cəmi 9-du. 3 oyun ardıcıl məğlubiyyət – belə şey olmamışdı. Əlbəttə, dərs olub. İclas keçirib, futbolçuları danlamışıq. Tovuzlularla oyunda futbolçumuz səhv etdi, qol buraxdıq. İnşallah düzəldəcəyik. Qara bulud idi, gəlib başımızın üstündə durmuşdu. Olur, biz elə komanda deyilik ki, ardıcıl uduzaq. Bu "qara zolaq"dan çıxsaq, davamı gələcək. And ola Allaha, bizdə bununla bağlı söhbət gedə bilməz. Uduzan kimi başqa şeylər fikirləşirlər. Məhz bu məsələdə komandama cavabdehəm. Elə bir şey olsa, deməli, mənim səhvimdi və düzgün işləyə bilmirəm. Yaxşı uşaqlardı, komandanın 95 faizi namaz qılır. Uduzanda belə söhbətlər çıxarmasınlar. Üzr istəyirəm, çox murdar mühit yaranıb. Adam qorxur. Udanda deyirlər belə, uduzanda elə. Adam bilmir nə etsin. Bunları yığışdırmaq lazımdı. Edən özünə edir. Hər qoyunu öz ayağından asırlar. Kişi kimi söz deyilib. Buna əminəm".
 
Mustafayevə inanmaq istəyirik. Ola bilsin, bu məğlubiyyətlər həqiqətən arxayınlığın nəticəsidi. Amma komandanın 95 faizinin namaz qılması haqda dediyinin bir mənası yoxdu. Namaz qılmağın meyar olmadığını “Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov Antalya toplanışı vaxtı sübut edib.
 
Əslində, liderin belə uğursuzluğunun əsas səbəbi arxayınlıq yox, ruh düşkünlüyüdü. Bizdə olan bilgiyə görə, klub Premyer Liqada iştirak etmək niyyətində deyil. “Mil Muğan” və “Zaqatala” kimi, lökbatanlılar da lisenziya almaq üçün, ümumiyyətlə, müraciət etməyib. Bu səbəbdən komanda daxilində ab-hava pozulub. Bunu Mustafayevin dediklərindən də anlamaq olur: “Çempion olaq, qalanını sonra fikirləşərik. İnanın mən hazırda bunu düşünürəm. Çünki öz əlimizdədi, 9 xal fərq var. Premyer Liqanı düşünsək, "Əli aşından da olarıq, Vəli aşından da". Hələ çempion olaq, sonrasını düşünərik".
 
Tahir bəy bu cavabla xəbərimizi təsdiqləyir. Çünki sonra fikirləşməyə vaxt olmayacaq. İndi lisenziya üçün müraciət olunmayıbsa, sənədlər qaydasında deyilsə, çempionluq heç bir işə yaramayacaq. Yalandan baş aldatmaq lazım deyil. İllərdi eyni prosesi izləyirik. “Neftçala”nın ardıcıl 2 çempionluğu da, “Turan Tovuz”un ötənmövsümkü uğuru da bu səbəbdən faydasız olmuşdu. İndi də növbədə “Qaradağ Lökbatan”dı.
 
AĞA

 
tarix: 13-03-2018 09:14


 
Xəbər lenti
23.05.2018

01:03   “Səbail”in futbolçusu Uelslə oyunlara dəvət olundu

00:12   Super Liqada daha bir klub baş məşqçisini yola saldı

00:05   Nazarovlu “Ersgebirge” 2-ci Bundesliqada qaldı

22.05.2018

23:38  Samir Əliyev “Səbail”lə yollarını ayırdı

23:27  Region Liqası başa çatdı

18:33  Azərbaycan kubokunun qalibi bəlli oldu

18:11  Həm evdə, həm də səfərdə

18:07  Abışovla Hacıyev üçün əlamətdar tur

17:44  “Qəbələ”nin futbolçularına qarşı 100 min manatlıq dələduzluq!

17:39  “Yaz turniri”nə yekun vuruldu

17:38  Final matçının hakimləri açıqlandı

17:25  Azərbaycan futbolunda ilk

13:53  Yunanov “Keşlə”də

13:47  Tuheli Favr əvəz etdi

13:37  Dağıdılan neft pulları: "Keşlə" yeyinti məhsulları

13:12  Premyer Liqada dövrənin və 2018-ci ilin ən yaxşısı

12:55  Alxasova Polşadan dəvət

12:15  “Sumqayıt”da yarpaq tökümü başladı

12:01  Pelleqrini yenidən Premyer Liqada

11:22  La Liqada yeni klub

11:00  “eTopaz”da günün canlı oyunları

10:31  “Slaviya”dan Muradovsuz qələbə

10:00  “TOPAZ”DA BU GÜN

09:37  “Volfsburq” Bundesliqada qaldı

09:00  Çempionun hüzurunda

01:13  U-11 Liqasının qalibi bəlli oldu

00:50  “Qarabağ”a çempionluq kuboku təqdim olundu - FOTOLAR

00:35  “Qəbələ” gümüş, “Neftçi” bürünc medallarına qovuşdu - FOTOLAR

00:09  Baqali Dabo: “Çempionluğu seçərdim”

00:01  Ramil Şeydayev: “Harada oynayacağımı hələ bilmirəm”

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az