(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
“Məqsədimiz finala adlamaqdır”

“Məqsədimiz finala adlamaqdır”

Topaz Premyer Liqasının 20-ci turunda "Keşlə" "Qəbələ"ni qəbul edib. 1:1 hesabı ilə bitən matçdan sonra meydan sahiblərinin müdafiəçisi Slavik Alxasov jurnalistlərə müsahibə verib.
 
- Ədalətli nəticə elə heç-heçə idi. Çünki rəqib də bizim kimi hücumlar etdi. Qarşılıqlı hücumlar şəraitində keçən baxımlı görüş oldu. Hər iki komanda meydanda yaxşı mübarizə apardı. "Qəbələ"nin də hücumları kəsərli idi.
 
- "Neftçi" ilə oyunda son dəqiqə qoluyla məğlub olduqdan sonra bu matça köklənmək necə alındı?
- Yığışdıq, toplandtı oldu. O oyunu unutduq və bu matça hazırlaşdıq. Toparlana bildik. Müşahidə şurasının rəhbəri Zaur Axundov da bizi ruhlandırdı.
 
- Mübahisəli epizodlar da bu qarşılaşmada çox oldu. Sertan Taşkının ayağına rəqib müdafiəçi zərbə vursa da, hakim ağ nöqtəni göstərmədi. Oyunun son anlarında isə "Qəbələ"nin qolu ofsayd səbəbiylə qeydə alınmadı...
- Hakim yaxşı idi. Səhv hamıda olur. Mən şəxsən razı qaldım.
 
- "Keşlə"nin oyunu pis deyil. Lakin komandanın tam oturuşmadığı hiss olunur...
- Hələ yavaş-yavaş uyğunlaşırıq. İlk oyunla bu matçı müqayisə edəndə fərqi görmək mümkündür. İrəli xəttdə Sezar Meza Kolli və Herve Tçami kimi yaxşı futbolçularımız var. Topla yaxşı oynayırlar. Bir-birimizə öyrəşirik.
 
- Qış fasiləsində komandaya gələn Ebrima Sohna, Andre Klennon, Pablo Podio kimi futbolçular güclərini göstərə bilmirlər...
- Baş məşqçinin işidir. Onların da oyunu yaxşıdır. Ancaq məşqçinin işinə qarışa bilmərəm. Qərarları o verir.
 
- "Keşlə" ölkə kubokunda "Sumqayıt"la qarşılaşacaq. Bütün gücünüzü ora sərf edəcəksiz?
- Əlbəttə. "Sumqayıt" Azərbaycanda iki komandadan biridir. Hava mübarizələrində də yaxşı oynayırlar. Məşqçiləri çox aqressiv, istəkli və tələbkardır. Çox güclü çalışdırıcıdır. Mən özüm də Samir Abasovun rəhbərliyi altında "gənclik şəhəri" təmsilçisində top qovmuşam. Rəqib güclüdür. Bizim məqsədimiz finala adlamaqdır. "Sumqayıt"ın da hədəfi bizim kimidir. Hər iki komanda kuboka hazırlaşır.
 
- Qış fasiləsindən sonra "Sumqayıt"ın biləyini bükən tapılmayıb. Siz nə edəcəksiz?
- "Sumqayıt" yaxşı kollektivdir. Artıq onlar oturuşmuş heyətə sahibdirlər. Samir müəllim elə heyət formalaşdırıb ki, hamı öz yerini meydanda yaxşı tanıyır. Samir Abasovu çox yaxşı tanıyıram, həqiqətən də əla mütəxəssisdir.
 
- Samir Abasovu ağızdolusu təriflədin. Bəs Yuri Maksimovla işləmək necədir?
- Güclü mütəxəssidir. İstəyir ki, bütün oyunlara ciddi hazırlaşaq. Komandada ab-hava formalaşdırmaq üçün çalışır. Düşüncəm müsbətdir.

 
tarix: 13-03-2018 19:26


 
Xəbər lenti
23.09.2018

20:34   Almeyda “Astana”da qol hesabını açdı

20:30   “Qarabağ” “Qəbələ”yə qarşı - YENİLƏNİR

19:29   Şeydayevdən qarpız qonaqlığı - FOTO

16:00   “Neftçi” ECA-nın “Beactive” layihəsinə qoşulur

15:36   Soni Mustivar: “Layiqli qələbə qazandıq”

15:11   Mahmudovlu “Frankfurt” yenə uduzdu

12:24   Vüqar Əsgərov üçün 45 dəqiqə, 3 xal

12:15   Abasovun pis vərdişi

11:54   Dənizin komandasından ardıcıl 6-cı qələbə

11:37   “Zirə” xala layiq olsa da...

11:27   Ufuk Budakdan məhsuldar ötürmə, “Boluspor”dan qələbə

11:00   “eTopaz”da günün canlı oyunları

10:30   Azərlə Ayazın klubları heç-heçəyə razılaşdı

10:00   “TOPAZ”DA BU GÜN

09:30   Tural Axundov: “Rəqibdən daha istəkli idik”

00:59   “Atletiko” səfərdə, “Real” evdə sevindi

00:48   “Lill” “Nant”ı məğlub yola saldı

00:34   “İnter”ə 1 qol bəs etdi

00:27   “Bavariya”dan qələbə, “Borussiya”dan xal itkisi

00:09   MY büdrədi, “Liverpul”la MS darmadağına sevindi

22.09.2018

23:52  “Trabzonspor” “Göztəpə”yə uduzdu

23:28  “Zirə” - “Neftçi” matçında 3 qol - VİDEO

23:12  Samir Abasov: “Bəzi oyunçularımızdan xeyli narazıyam”

22:59  Roberto Bordin: “Peşmanam”

22:26  “Neftçi” “Zirə”yə də qalib gəldi

22:04  “Səbail”lə “Sabah”dan heç-heçə - VİDEO

21:25  Bordinlə Abasov qovuldu

21:05  Aftandil Hacıyev: “Oyunumuzda inkişaf var”

20:54  Elşad Əhmədov: “Bizə qol vursaydılar, işimiz çətin olardı”

19:22  “Sumqayıt”ın stadionunda son durum - FOTOLAR

18:24  Paşayevsiz “Aleksandriya” yenə məğlub oldu

17:54  Azərbaycan millisindən biabırçı məğlubiyyət

16:52  Ziya Əzizovsuz qələbə

16:15  Tural oynadı, “Yonava” 1 xal qazandı

15:22  “Qarabağ” - “Arsenal” oyununa neçə bilet satılıb?

15:03  “Qəbələ”nin “Şerif”lə oyunlarının vaxtı müəyyənləşdi

14:33  Maksim Medvedevin durumuna aydınlıq gəldi

14:05  Braziliya millisinin əfsanəvi kapitanı Bakıya gəlir

13:54  Ermənistan yığması baş məşqçisiz qaldı

13:05  Ünal Karamandan Ramil Şeydayev açıqlaması

12:38  “Qarabağ”la “Qəbələ”nin 48-ci dueli

11:30  “eTopaz”da günün canlı oyunları

11:00  Qurban Qurbanov FIFA-nın tədbirinə qatılmaqdan imtina etdi

10:49  İlk oyundan qol səsi çıxmadı

10:30  Dadaşov “fərqləndi”, komandası darmadağınla qalib gəldi

10:00  “TOPAZ”DA BU GÜN

09:00  Emin Abbasov yeni vəzifədə

01:11  “Monako” ev oyununda xal itirdi

00:57  “Hueska” “Real Sosyedad”la bacarmadı

00:39  “Empoli” hesabı açmasına peşman oldu

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az