(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
“Qəbələ”dən alınan xallar, “Keşlə”yə bağışlanan xal

“Qəbələ”dən alınan xallar, “Keşlə”yə bağışlanan xal

“Qəbələ” yenə narazıdı. Komandanın baş məşqçisi Roman Qiqorçuk hakimlərdən şikayətlənir.
 
Ukraynalı mütəxəssis haqlıdı. Həqiqətən də “Keşlə” ilə bugünkü matçda qonaqların qələbəsini əlindən aldılar. Son dəqiqədə Ruslan Qurbanovun baş zərbəsindən sonra toru silkələməsi qol kimi rəsmiləşməli idi. Lakin hakimlər belə düşünmədi. Ömər Paşayevin rəhbərlik etdiyi briqada “Qəbələ”nin 2 xalını əlindən alıb, onun birini “Keşlə”yə hədiyyə etdilər.
 
Və “Qəbələ” də, Qriqorçuk da yalnız bu epizoda görə haqlıdı. Penalti epizodları şübhəli, mübahisəlidi.  Filip Ozobiçin yerdə qaldığı anda hakimin fitinin susması bəlkə də gözləniləndi. Çünki Kamran Ağayev sanki topa daha öncə müdaxilə etmişdi. Videotəkrarda bunu ayırd etmək olmur. “CBC Sport”un “yüksək keyfiyyətli” yayımı üzündən qarşı tərəfdən hansısa görüntü tapa bilmirik, buna görə də qəti fikir bildirmək olmur.
 
Ona qalsa, Voislav Stankoviçin “Keşlə”nin yarımmüdafiəçisi Sərtan Taşkının ayağına zərbə vurduğu epizodda 11 metrlik nöqtəni göstərmək daha rahat olardı, heç kim də hakimləri qınamazdı. Bu səbəbdən Qriqorçukun penaltiylə bağlı üsyanı yox, sayılmayan qola etirazı qəbuledilən sayılmalıdı.
 
Bəli, hakim səhvi var və bu səhv nəticəyə təsir etdiyinə görə “Qəbələ”nin etirazı haqlıdı. Lakin cari mövsümdə “Qəbələ”nin oyunlarında bütün hakim səhvləri məhz bu komandanın lehinə olub. Düzdü, bu, Ömər Paşayevin briqadasının günahını azaltmır, bununla belə, əyalət klubunun rəhbərliyi Qriqorçukun bəhanələri ilə ovunmamalıdı. Ukraynalının yetirmələri qışdan sonra normal futbol oynamır, “İnter Arena”dakı matçda da çox bərbad görünürdülər. Məşqçi hakimlərə etirazla yanaşı, avtoqolları sıralayan müdafiəçilərinə, formada olmayan digər oyunçularına da qulaqburması versə, yaxşı olar.
 
İstənilən halda, bu günün haqlısı “Qəbələ”di. AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun bəhanə axtarmasına gərək yoxdu, yetirmələrinin səhvini etiraf etməsi daha məntiqli olar.
 
CAVAD

 
tarix: 13-03-2018 20:17


 
Xəbər lenti
17.11.2018

01:46   Hollandiya Fransaya qalib gəldi, Ukrayna darmadağına üzüldü

16.11.2018

22:50  Millimiz Farer adaları ilə oyuna hazırlığı başa vurdu - FOTOLAR

21:22  “Qəbələ” yoxlama oyunu keçirəcək

20:22  “Sumqayıt”la “Qarabağ” yoxlama oyunu keçirəcək

20:02  Super Liqa klubunda Aykut Kocaman dönəmi

19:09  Rüfət Dadaşov: “Qol vurmaq mənim işimdi”

18:53  Qurban Qurbanov: “Rəqibin sürprizlərinə hazır olacağıq”

17:26  UEFA-dan “Qəbələ” üçün 25 min avro

17:01  Atli Qreqersen: “Bakıda qələbə qazanacağımıza inanıram”

16:55  Lars Olsen: “Azərbaycan ilə oyunu səbrsizliklə gözləyirik”

16:07  İspaniya yığması 68 il sonra bunu da gördü

15:48  Azərbaycanlı məşqçilər Tiflisdə

15:15  Kapitan 100-ə çatdı

14:54  UEFA Azərbaycan klublarına uşaq futbolunun inkişafı üçün pul ayırdı

14:23  “Topaz”: Hollandiya və Danimarka üçün son şans

13:49  Ayxan Abbasovun ilk məşqi - VİDEO

13:22  Əliyar Ağayev Millətlər Liqasının oyununa təyinat aldı

13:00  Runi son oyununa çıxdı

12:45  Foqts: “Millətlər Liqası dərhal ləğv olunmalıdı”

12:37  Samir Abasov: “Yer tutmamağımızı kənardakılar istədi”

12:30  UEFA-nın rəsmi tərəfdaşları Bakıda

12:23  Uşaq liqalarındakı RƏZALƏT

12:15  Əlvida, 4-cü səbət!

12:00  Vəli Qasımov üçün 10 qol

11:40  “Zirə”nin futbolçusundan millidə məhsuldar ötürmə

11:20  Nazarovun komandası Bundesliqa klubu ilə heç-heçəyə razılaşdı

11:00  Dadaşovun komandası “Borussiya”ya böyük hesabla uduzdu

10:40  İngiltərə ABŞ-ı belə darmadağın etdi - VİDEO

10:20  Almaniya yığmasından ruslara 3 cavabsız qol - VİDEO

10:00  “eTopaz”da günün canlı oyunları

09:40  Xorvatiya - İspaniya matçında 5 qol - VİDEO

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az