(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
“Keşlə”nin uğursuz bazarlığı

“Keşlə”nin uğursuz bazarlığı

“Keşlə”nin iştirak ərizəsində 8 əvnəbinin adı var. Və onlarda 6-ı qış fasiləsində komandaya qoşulub. Legionerin hər birinin 5-7 min dollar (!!!) aralığında maaş aldığını nəzərə alsaq, xərclər bəlli olur.
 
Futbolinfo.az xəbər verir ki, paytaxt klubu aylıq təqribən 50 min dolları bu futbolçulara xərcləyir. Denis Silva, Sezar Meza Kolli, Andre Klennon, Herve Tçami, Adrian Skarlatake, Pablo Podio, Nemanya Stoyanoviç, Ebrima Sohnanın maaşı bu qədərdi. Əcnəbi olduqlarını nəzərə alsaq, normal rəqəmdi. Amma…
 
…Amma iş ondadı ki, klub rəhbərliyi futbolçu seçimi zamanı ciddi səhvlərə yol verib. Bəzi oyunçuları menecer Zaur İsmayılov, bəzilərini baş məşqçi Yuri Maksimov seçib, bir neçəsini də Müşahidə Şurasının sədri Zaur Axundov dost-tanışın xahişi ilə heyətə qatıb. Lakin onlar vahid komanda üçün alınan, heyətin ansambla çevrilməsi üçün götürülənlər deyil, hər biri kimlərəsə müəyyən faiz qazandırır.
 
“Qəbələ” ilə dünənki matç da bunu göstərdi. 8 əcnəbidən 5-i meydanda idi ki, onlardan da Denis Silva və Adrian Skarlatake artıq neçə ildi “Keşlə”də top qovur. Sezar Meza Kolli də köhnə kadrdı, vaxtilə ölkəmizdə çıxış edib. Yalnız Andre Klennon və Herve Tçami indiki rəhbərlik və məşqçilərin kəşfidi ki, onların da səviyyəsi ortadadı. Yamaykalı hücumçu o qədər bərbad futbol sərgiləyir ki, heyət üzü görmür. “Qəbələ” ilə dünənki matçda da o, yalnız bir hissə meydanda qala bildi, fasilədə əvəzləndi. Tçami daha yaxşı görünürdü, lakin o da həmişəki kimi, son dəqiqələrdə “çatdırmayıb” yerini oyundaşına verdi.
 
Digər əcnəbilərdən Pablo Podio və Nemanya Stoyanoviç məşqçinin qara siyahısındadı. Rəhbərliklə qalmaqal üzündən bu futbolçuların oynaması mümkünsüzdü. Maksimov ondan xəbərsiz alınan bu oyunçulara şans vermir. Ebrima Sohna isə zəif oynaması üzündən kənarda idi. O, ümidləri doğrultmadığından ehtiyata atılıb. Ən yüksək ödənişli oyunçulardan olan, ayına 7000 dollar maaş alan bu futbolçu isə Maksimovun seçimidi.
 
Gördüyünüz kimi, 5 lazımsız əcnəbidən danışırıq və onların hamısı qış fasiləsində gələnlərdi. Bu futbolçuar kimlərəsə faiz qazandırır, lakin onlara verilən pullar faktiki, havaya sovrulur. Bütün futbolçuların heyətə “oturması”, hamısının transferinin uğurlu alınması mümkünsüzdü. Lakin qışda alınanların hamısı faydasızdısa, deməli, klubda seleksiya işi düzgün qurulmayıb, nələrsə düz getmir, niyyət təmiz deyil. Halbuki bu pula heyəti daha az, daha keyfiyyətli oyunçularla kifayət qədər gücləndirmək olardı.
 
CAVAD

 
tarix: 14-03-2018 09:22


 
Xəbər lenti
15.12.2018

09:30   “Traktorsazi” Təbrizdə uduzdu

09:00   “Zirə” “Səbail”ə “Neftçi” “Sumqayıt”a qarşı - YENİLƏNİR

02:15   “Selta” “Leqanes”lə “sülh bağladı”

01:47   “Volfsburq”dan “Nürnberq” üzərində inamlı qələbə

00:37   “Bursaspor”la "Göztəpə"dən heç-heçə

00:04   Avroliqada son turun ən yaxşı oyunçusu

14.12.2018

23:44  Halldorsson Londonda meydana çıxmasa da…

23:17  “Buranın havasını daha çox bəyəndim” - “Neftçi”nin yeni transferi

22:30  Rəşadın erməniyə hücumu - VİDEO

19:48  Avroliqanın finalı ilə bağlı daha bir görüş

18:34  “Neftçi” “Sumqayıt”la ilk oyuna hazırlığı başa çatdı

18:10  Qara Qarayev: “Azarkeşlərdən bayrağı aldım və yuxarı qaldırdım”

17:56  “Keşlə”nin qış hazırlıq planı məlum oldu

17:11  42 yaşlı rekordçu

16:40  ÇL-də həftənin ən yaxşı məlum oldu

16:00  “Neftçi” - “Sumqayıt” matçının biletləri satışda

15:23  “Sabah” da Türkiyəyə gedir

15:11  Moskva “Spartak”ından antirekord

14:57  Azərbaycan mətbuatı seçimini etdi: Qurban Qurbanov!

14:19  Avroliqada son turun rəmzi komandası açıqlandı

13:57  “Zenit” 5 il idi belə aqibətlə üzləşmirdi

13:16  Sampaoli Braziliya klubunda!

12:42  “Fənərbaxça”da yeni baş məşqçi - RƏSMİ

12:17  Avroliqada son turun ən yaxşı oyunçusu adına 4 namizəd

12:07  Edvinas: “Qarabağ”dan revanş almaq istəyirik” 

11:35  "Topaz": "Göztəpə" heç-heçə oynayacaqmı?

11:03  Azərbaycan kuboku: Cavab oyunlarının vaxtı açıqlandı

10:34  Azərbaycan yerində saydı - UEFA reytinqi

10:00  “eTopaz”da günün canlı oyunları

09:33  Avropa Liqasında 1/16 finalın bütün iştirakçıları

03:10  Qurban Qurbanov: “Daha yaxşı nəticələr qazana bilərdik”

02:55  “Qarabağ”ın oyununda erməni təxribatı - FOTO

02:20  Avropa Liqasında qrup mərhələsinə yekun vuruldu

01:54  “Qarabağ” “Arsenal”la yenə bacarmadı

01:29  Almeydalı “Astana” Avroliqa ilə vidalaşdı

01:14  “Qəbələ”nin “Sabah”la 3-cü dueli

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az