(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
“Keşlə”nin məşqçisi futbolçunun valideynlərini söydü

“Keşlə”nin məşqçisi futbolçunun valideynlərini söydü

Dünən baş tutan “Keşlə” – “Qəbələ” matçı xoşagəlməz olayla da yadda qaldı. Topaz Premyer Liqasının heç-heçə (1:1) başa çatan bu oyununun gedişində məşqçi – futbolçu davranışının eybəcərliyi üzə çıxdı.
 
Futbolinfo.az xəbər verir ki, uşaq futbolunda adət etdiyimiz futbolçunun təhqir edilməsi olayı bu dəfə 20-cu tur matçında yaşandı. Və yenə baş rolda yaşlı-başlı məşqçi idi.
 
“Keşlə”nin qapışılar üzrə məşqçisi Cəmaləddin Əliyev adəti üzrə yenə oyunu tribunadan izləyirdi. O, media sektorunun aşağısında, komandasının ehtiyat oyunçular skamyasının arxasında futbolçulara göstəriş verirdi.
 
32-ci dəqiqədə meydan sahiblərinin gənc oyunçularından olan Cabir Əmirli arxaya ötürmə verərkən səhv etdi. Onun müdafiəçilərə göndərmək istədiyi top rəqib futbolçu Baqali Daboya düşdü və hücumçu hesabı açdı. Qola kimi isə Cabirin valideynləri söyülmüşdü. O səhv ötürmə edən kimi epizoda reaksiya verən Cəmaləddin Əliyev “Sənin...” deyərək futbolçunun valideynlərini təhqir etdi və müdafiəçi fasilədə əvəzləndi. Yazılması mümkün olmayan bu sözləri yaxın ətrafdakı bütün insanlar eşitdi.
 
Cabir Yuri Maksimovun gəlişindən sonra mütəmadi əsas heyətə düşür. Düzdü, onun oynamasında limitə uyğun olması da rol oynayır. Bununla belə, Əmirli heç də komandanın ən zəif bəndi deyi. Qoldakı səhvini çıxsaq, “Qəbələ”nin sol cinah oyunçuları onun oyunundan çox əziyyət çəkdi. Cabir 2 epizodda az qala məhsuldar ötürmə müəllifi olacaqdı, amma hücimçular dəqiq oynamadı.
 
İstənilən halda, səhvlər qaçılmazdı, xüsusilə yeniyetmə biri üçün hətta normaldı. Lakin Əliyev kimi məşqçilər onları yetişdirmək, inkişaf etdirmək üçün yalnız söymək bacarığına malikdi. 21 yaşlı Əmirli 58 yaşlı Əliyevdən yalnız təhqir öyrənə bilər...
 
AĞA

 
tarix: 14-03-2018 11:25


 
Xəbər lenti
15.12.2018

09:30   “Traktorsazi” Təbrizdə uduzdu

09:00   “Zirə” “Səbail”ə “Neftçi” “Sumqayıt”a qarşı - YENİLƏNİR

02:15   “Selta” “Leqanes”lə “sülh bağladı”

01:47   “Volfsburq”dan “Nürnberq” üzərində inamlı qələbə

00:37   “Bursaspor”la "Göztəpə"dən heç-heçə

00:04   Avroliqada son turun ən yaxşı oyunçusu

14.12.2018

23:44  Halldorsson Londonda meydana çıxmasa da…

23:17  “Buranın havasını daha çox bəyəndim” - “Neftçi”nin yeni transferi

22:30  Rəşadın erməniyə hücumu - VİDEO

19:48  Avroliqanın finalı ilə bağlı daha bir görüş

18:34  “Neftçi” “Sumqayıt”la ilk oyuna hazırlığı başa çatdı

18:10  Qara Qarayev: “Azarkeşlərdən bayrağı aldım və yuxarı qaldırdım”

17:56  “Keşlə”nin qış hazırlıq planı məlum oldu

17:11  42 yaşlı rekordçu

16:40  ÇL-də həftənin ən yaxşı məlum oldu

16:00  “Neftçi” - “Sumqayıt” matçının biletləri satışda

15:23  “Sabah” da Türkiyəyə gedir

15:11  Moskva “Spartak”ından antirekord

14:57  Azərbaycan mətbuatı seçimini etdi: Qurban Qurbanov!

14:19  Avroliqada son turun rəmzi komandası açıqlandı

13:57  “Zenit” 5 il idi belə aqibətlə üzləşmirdi

13:16  Sampaoli Braziliya klubunda!

12:42  “Fənərbaxça”da yeni baş məşqçi - RƏSMİ

12:17  Avroliqada son turun ən yaxşı oyunçusu adına 4 namizəd

12:07  Edvinas: “Qarabağ”dan revanş almaq istəyirik” 

11:35  "Topaz": "Göztəpə" heç-heçə oynayacaqmı?

11:03  Azərbaycan kuboku: Cavab oyunlarının vaxtı açıqlandı

10:34  Azərbaycan yerində saydı - UEFA reytinqi

10:00  “eTopaz”da günün canlı oyunları

09:33  Avropa Liqasında 1/16 finalın bütün iştirakçıları

03:10  Qurban Qurbanov: “Daha yaxşı nəticələr qazana bilərdik”

02:55  “Qarabağ”ın oyununda erməni təxribatı - FOTO

02:20  Avropa Liqasında qrup mərhələsinə yekun vuruldu

01:54  “Qarabağ” “Arsenal”la yenə bacarmadı

01:29  Almeydalı “Astana” Avroliqa ilə vidalaşdı

01:14  “Qəbələ”nin “Sabah”la 3-cü dueli

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az