(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Maltanın baş məşqçisi millimizi bu komandalara bənzətdi

Maltanın baş məşqçisi millimizi bu komandalara bənzətdi

“Yoldaşlıq görüşləri olmasına baxmayaraq, meydana məğlub olmaq fikri ilə çıxmırıq və uduzmaq üçün də oynamayacağıq”.

Futbolinfo.az xəbər verir ki, bunu Malta yığmasının baş məşqçisi Tom Saintfit deyib. Millətlər Liqasında Azərbaycan, Kosovo və Farer adaları ilə eyni qrupda yer alan maltalılar bu ay yoldaşlıq görüşlərində qüvvəsini sınayacaq. Belə ki, komanda ayın 22-də Lüksemburqu qəbul edəcəksə, bundan 4 gün sonra Türkiyədə Finlandiya ilə üz-üzə gələcək.

Qarşıdakı oyunlara 25 futbolçu çağıran Saintfit yoldaşlıq görüşlərindəki komandaları Millətlər Liqasındakı rəqiblərinə oxşadıqları üçün bu seçimi etdiklərini vurğulayıb: “Qələbə qazanmağa çalışmalıyıq və bunun üçün “döyüşəcəyik”. Həm Lüksemburq, həm də Finlandiya ilə matçda hücum futbolu sərgiləyəcək, mümkün qədər çox qol vəziyyəti yaratmağa cəhd edəcəyik. Lüksemburq və Finlandiya yaxşı komandalardı. Onlar aşağı-yuxarı sentyabrda başlayacaq Millətlər Liqasındakı rəqiblərimizə bənzəyir. Bu üzdən milliyə yeni çağırılan futbolçuları diqqətlə izləyirik. Ancaq o demək deyil ki, bu, yekun heyətimizdi. Sentyabrda keçirəcəyimiz rəsmi görüşlərə ən ideal heyəti çağıracağımıza əmin olmalıyıq”.

45 yaşlı mütəxəssis yarımmüdafiəçi Miçel Malliaya dəvət göndərsə də, ona şans verilməyəcəyini bildirib: “Komandaya yeni qoşulanlardan biri də Miçel Mallia olacaq. Ancaq o, Avstraliyanın U-23 yığmasında çıxış edib. Məsələ ilə bağlı müraciətimizə FİFA-nın rəsmi cavab verməsini gözləyirik. Bu üzdən onun yoldaşlıq görüşlərində iştirakı mümkün görünmür. Ancaq istədiyimiz cavabı alsaq, Millətlər Liqasında Farer adaları və Azərbaycanla oyunlarda Mallianı meydanda görə bilərik”. 

Qeyd edək ki, sentyabrın 7-də Farer adalarının qonağı olacaq Malta 3 gündən sonra millimizi qəbul edəcək. (Apasport)


 
tarix: 14-03-2018 12:23


 
Xəbər lenti
23.09.2018

00:59   “Atletiko” səfərdə, “Real” evdə sevindi

00:48   “Lill” “Nant”ı məğlub yola saldı

00:34   “İnter”ə 1 qol bəs etdi

00:27   “Bavariya”dan qələbə, “Borussiya”dan xal itkisi

00:09   MY büdrədi, “Liverpul”la MS darmadağına sevindi

22.09.2018

23:52  “Trabzonspor” “Göztəpə”yə uduzdu

23:28  “Zirə” - “Neftçi” matçında 3 qol - VİDEO

23:12  Samir Abasov: “Bəzi oyunçularımızdan xeyli narazıyam”

22:59  Roberto Bordin: “Peşmanam”

22:26  “Neftçi” “Zirə”yə də qalib gəldi

22:04  “Səbail”lə “Sabah”dan heç-heçə - VİDEO

21:25  Bordinlə Abasov qovuldu

21:05  Aftandil Hacıyev: “Oyunumuzda inkişaf var”

20:54  Elşad Əhmədov: “Bizə qol vursaydılar, işimiz çətin olardı”

19:22  “Sumqayıt”ın stadionunda son durum - FOTOLAR

18:24  Paşayevsiz “Aleksandriya” yenə məğlub oldu

17:54  Azərbaycan millisindən biabırçı məğlubiyyət

16:52  Ziya Əzizovsuz qələbə

16:15  Tural oynadı, “Yonava” 1 xal qazandı

15:22  “Qarabağ” - “Arsenal” oyununa neçə bilet satılıb?

15:03  “Qəbələ”nin “Şerif”lə oyunlarının vaxtı müəyyənləşdi

14:33  Maksim Medvedevin durumuna aydınlıq gəldi

14:05  Braziliya millisinin əfsanəvi kapitanı Bakıya gəlir

13:54  Ermənistan yığması baş məşqçisiz qaldı

13:05  Ünal Karamandan Ramil Şeydayev açıqlaması

12:38  “Qarabağ”la “Qəbələ”nin 48-ci dueli

11:30  “eTopaz”da günün canlı oyunları

11:00  Qurban Qurbanov FIFA-nın tədbirinə qatılmaqdan imtina etdi

10:49  İlk oyundan qol səsi çıxmadı

10:30  Dadaşov “fərqləndi”, komandası darmadağınla qalib gəldi

10:00  “TOPAZ”DA BU GÜN

09:00  Emin Abbasov yeni vəzifədə

01:11  “Monako” ev oyununda xal itirdi

00:57  “Hueska” “Real Sosyedad”la bacarmadı

00:39  “Empoli” hesabı açmasına peşman oldu

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az