(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
“Əsas hədəfimiz mövsümü medalla başa vurmaqdı”

“Əsas hədəfimiz mövsümü medalla başa vurmaqdı”

Hesabat turunda “Xəmsə” ilə qarşılaşan və 18:3 hesabı ilə qalib gələn EKOL-un heyətində 6 qol vuran Samir Həmzəyev Futzal Federasiyasının mətbuat xidmətinə müsahibə verib.

Futbolinfo.az həmin müsahibəni təqdim edir:

- Başlayaq “Xəmsə” ilə oyundan. 6 qol vurduğun matçın bu qədər asan keçəcəyini gözləyirdinmi?
- Düzdü, 6 top vurdum, amma bunu təkbaşına etmədim. Komanda şəkilində uğur qazandıq. Həm də rəqibin hansı pillədə qərarlaşmasından asılı olmayaraq, biz ciddiliyimizi itirmirik. Bu komanda ilə əvvəlki oyunlarımız daha çətin, gərgin keçmişdi. Belə deyək də, qələbə oyuna ciddi yanaşmağımızın nəticəsidi.

- Hər nə qədər ciddi yanaşırdıq desəniz də, turnir cədvəlindəki mövqe fərqləri oyunun hazırlığına təsir etməyə bilməzdi...
- Düşünsəydik ki, bu gün autsayderlə oynayırıq, rahat qələbə qazanacağıq, bu peşəkarlığa yaraşmaz. Bəs yekundə bunun əksi ilə üzləşsəydik, itirən kim olacaqdı? Hər bir oyunda qələbəyə 3 xal verilir. Rəqibin autsayder oldu və ya lider, fərqi yoxdu. Ona görə bu cür oyunlarda itkiyə yol vermək olmaz.

- Birinci dövrədə 5:3, ikinci dövrədə 7:3 hesabı ilə qalib gəlmişdiniz. Bu dəfə çempionatın hələ ki, ən qollu oyununu izlədik. Üstəlik, hazırkı mövsümdə bir matçda ən çox qol vuran komandadı EKOL. Bu göstəricilər EKOL-un güclü, yoxsa rəqibin zəif olmasının göstəricisidi?
- Rəqib zəif idi. Üstəlik, oyunu əvəzetmədən keçirdilər. 40 dəqiqə əvəzlənmədən futzal oynamaq çox çətindi. Yoruldular və müqavimət göstərə bilmədilər.

- Qış fasiləsindən sonra EKOL-un iddialı gələcəyini gözləsək də, hələ bu mənzərənin şahidi deyilik. Axsama nə ilə bağlıdı?
- Bunu izah edə bilməyəcəm, çünki səbəbini bilmirəm. “FK.İD.Futsal”la oyunun gedişində hesab 5:1 xeyrimizə idi. Sonra necə oldu ardıcıl 4 qol buraxdıq, bunu anlaya bilmədim. “Araz”a gəldikdə, onların gücü hamıya bəllidi. Millinin bazasıdı bu komanda. “Marafon Futsal”a yenə uduzduq. Görünür, həmin gün rəqibimiz daha yaxşı oynadı. Halbuki onları yensəydik, ikinci yer uğrunda da mübarizə apara bilərdik. Riyazi baxımdan hətta birinci pillə uğrunda da yarışa bilərik. Ancaq reallığı nəzərə alsaq, əsas diqqətimizi üçüncü pilləni tutmağa yönəldəcəyik. Dördüncü dövrə var, gərək ciddi hazırlaşaq və həm “Araz”dan, həm də “Marafon Futsal”dan xallar qoparaq.

- Deməli, mübarizəniz üçüncü yer uğrundadı?
- Üçüncü yerə əsas iddilı bizik. Mümkün olduğu qədər ikinci pillə üçün də mübarizəmizi davam etdirəcəyik. Əsas hədəfimiz mövsümü medalla başa vurmaqdı.

- “Marafon Futsal”ın debüt ilində bu cür qrafik çızacağını gözləmirdin?
- Bizim üçün sürpriz oldu. Arxada qalan 3 oyunda onlara uduzmuşuq və hər dəfə də çox qol buraxmışıq. Heyətlərində legionerləri çoxdu. Ancaq bu heç nəyi dəyişmir.

- Təcrübəli EKOL onları niyə yenə bilmədi?
- Səhvlərimiz çox oldu. Müdafiədə səhvlər edirik, qol buraxırıq. Sonra isə onun qarşılığını vermək çətin olur.

- Ümumiyyətlə, EKOL-da əsas şikayət hücumla, konkret qol vura bilməməklə bağlıdı. Halbuki ön xətdə sən, Namiq Məmmədkərimov kimi təcrübəli oyunçular yer alıb.
- Bu haqda baş məşqçi danışsa, yaxşıdı. Zəif tərəflərimizi onlar bilir. Yəqin yeni mövsüm üçün heyəti gücləndirəcəklər. Komandamız güclüdü, ancaq “Araz”, “Marafon Futsal” kimi komandaların müdafiə xəttini yarmaq çətindi. Ola bilsin, biz bunu bacarmırıq. İstənilən halda, komandamız güclənməlidi.


 
tarix: 14-03-2018 13:09


 
Xəbər lenti
23.09.2018

00:59   “Atletiko” səfərdə, “Real” evdə sevindi

00:48   “Lill” “Nant”ı məğlub yola saldı

00:34   “İnter”ə 1 qol bəs etdi

00:27   “Bavariya”dan qələbə, “Borussiya”dan xal itkisi

00:09   MY büdrədi, “Liverpul”la MS darmadağına sevindi

22.09.2018

23:52  “Trabzonspor” “Göztəpə”yə uduzdu

23:28  “Zirə” - “Neftçi” matçında 3 qol - VİDEO

23:12  Samir Abasov: “Bəzi oyunçularımızdan xeyli narazıyam”

22:59  Roberto Bordin: “Peşmanam”

22:26  “Neftçi” “Zirə”yə də qalib gəldi

22:04  “Səbail”lə “Sabah”dan heç-heçə - VİDEO

21:25  Bordinlə Abasov qovuldu

21:05  Aftandil Hacıyev: “Oyunumuzda inkişaf var”

20:54  Elşad Əhmədov: “Bizə qol vursaydılar, işimiz çətin olardı”

19:22  “Sumqayıt”ın stadionunda son durum - FOTOLAR

18:24  Paşayevsiz “Aleksandriya” yenə məğlub oldu

17:54  Azərbaycan millisindən biabırçı məğlubiyyət

16:52  Ziya Əzizovsuz qələbə

16:15  Tural oynadı, “Yonava” 1 xal qazandı

15:22  “Qarabağ” - “Arsenal” oyununa neçə bilet satılıb?

15:03  “Qəbələ”nin “Şerif”lə oyunlarının vaxtı müəyyənləşdi

14:33  Maksim Medvedevin durumuna aydınlıq gəldi

14:05  Braziliya millisinin əfsanəvi kapitanı Bakıya gəlir

13:54  Ermənistan yığması baş məşqçisiz qaldı

13:05  Ünal Karamandan Ramil Şeydayev açıqlaması

12:38  “Qarabağ”la “Qəbələ”nin 48-ci dueli

11:30  “eTopaz”da günün canlı oyunları

11:00  Qurban Qurbanov FIFA-nın tədbirinə qatılmaqdan imtina etdi

10:49  İlk oyundan qol səsi çıxmadı

10:30  Dadaşov “fərqləndi”, komandası darmadağınla qalib gəldi

10:00  “TOPAZ”DA BU GÜN

09:00  Emin Abbasov yeni vəzifədə

01:11  “Monako” ev oyununda xal itirdi

00:57  “Hueska” “Real Sosyedad”la bacarmadı

00:39  “Empoli” hesabı açmasına peşman oldu

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az