(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Natiq Muxtarlı
Tahir Süleymanov
Etibar Cəbrayıloğlu
“Atletiko” rəsmisi: “Uğurumuzda Azərbaycanla əməkdaşlığın rolu böyükdü”

“Atletiko” rəsmisi: “Uğurumuzda Azərbaycanla əməkdaşlığın rolu böyükdü”

“Atletiko” Futbol Akademiyasının rəhbəri Antonio Rivera klubun son illərdəki parlaq çıxışının səbəblərini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, o, bunda sponsorlarla əməkdaşlığın böyük rol oynadığını vurğulayıb.

Rivera, xüsusən də, “Land of fire Azerbaijan”ın onların uğurundakı rolundan bəhs edib. O, bu əməkdaşlığın Azərbaycana da fayda verdiyini deyib: “Tərəfdaşlarımızla əməkdaşlıq həm bizə, həm də onlara çox şey qazandırıb. Yəqin ki, əksəriyyət bir neçə il əvvəl formamızın üzərində “Land of fire Azerbaijan” yazılı reklamın yerləşdirildiyini hələ də xatırlayır. Uğurumuzda onlarla əməkdaşlığın rolu böyükdü. Bu hekayə hər iki tərəf üçün faydalı oldu. Azərbaycanın dünyada tanınması, həqiqətən də, artdı. Ora turist axını oldu ki, “Atletiko”nun bunda köməyi faktdı. İndi baş sponsorumuz fərqlidi. Ancaq Azərbaycan tərəfi ilə hələ də yaxşı əlaqələrimiz var. Biz bunu yüksək qiymətləndiririk”.

Akademiya rəhbərinin fikrincə, əsas komandanın La Liqanın, Avropa Liqasının qalibi olmasında, Çempionlar Liqasında finala çıxmasında, ölkədə “Real” və “Barselona”ya meydan oxumasında sponsorluqlarla yanaşı, akademiyanın rolu danılmazdı: “Fernando Torres, Koke, Saul kimi oyunçular məhz akademiyanın kəşfidi. Bu yüksəliş maliyyə artımına da səbəb oldu. Nəticədə stadionumuzu dəyişdirdik, daha müasir arena inşa etdirdik. Həmçinin transfer bazarında dünya nəhəngləri ilə rəqabəq aparacaq gücə sahibik”.

Qeyd edək ki, “Atletiko” 2010-cu ildən bəri La Liqanın (2013-14), İspaniya Kral Kubokunun (2012-13), İspaniya Superkubokunun (2014), Avropa Liqasının (2009-10, 2011-12), Avropa Superkubokunun (2010, 2012) qalibi olub, Çempionlar Liqasında isə 2 dəfə (2013-14, 2015-16) finala yüksəlib. (Apasport)


 
tarix: 19-03-2018 14:25


 
Xəbər lenti
21.03.2019

16:14   “Neftçi”nin futbolçusu Seneqala qarşı 90 dəqiqə oynadı

15:43   İngiltərə millisi daha bir futbolçusunu itirdi

14:34   “Neftçi” “İzmir Cup”da iştirak edəcək

13:58   Türkiyə millisində itki: Heyətdən çıxarıldı

12:43   Emenike Türkiyəyə qayıdır

11:28   İker Kasilyasdan yeni müqavilə

10:26   Ferqyusonun çeynədiyi saqqız 455 min avroya satıldı

10:00   AÇ-2020: Seçmə mərhələyə start verilir - YENİLƏNİR

09:41   Sabiq “Qalatasaray”lı İtaliya klubunda

09:00   Millimiz Xorvatiyaya qarşı - YENİLƏNİR

02:10   Millimizin rəqibinə 1 qol bəs etdi

00:07   Millimiz Zaqrebdə son məşqə çıxdı - FOTOLAR

00:01   Maksim Medvedev: “Oyun səviyyəmiz nisbətən azdır”

20.03.2019

22:40  Azərbaycan – Litva: Hakim təyinatları açıqlandı

22:17  Nikola Yurçeviç: “13 futbolçu arasından seçim edəcəm”

21:22  Luka Modriç: “Azərbaycanı tam ciddiyə alırıq”

21:13  Daliç: “Azərbaycanın necə oynayacağını maraqla gözləyirik”

20:35  “Heç-heçəni qələbəyə bərabər hesab etmək olar”

20:10  Azərbaycan millisi ilk oyunda Rusiya ilə heç-heçəyə razılaşdı

19:15  Premyer Liqa klubunun baş məşqçisinə cəza

17:51  Patonun yeni klubu məlum oldu

16:07  Belçika millisində ciddi itki

15:12  Yurçeviç üçün daha iki köməkçi

14:25  Abramoviç “Çelsi”yə qiymət qoydu: 2,5 milyard!

13:17  “Səbail”in futbolçusu əfsanələrin oyununa dəvət aldı

12:32  Futbol tarixinin ən yaxşı 50 baş məşqçisi

11:31  Bundesliqa klubu yeni baş məşqçisini açıqladı

10:29  “Səbail” 6 futbolçunu qovdu

10:15  ECA, “Morethanfootball” və “Neftçi”

09:09  “Qəbələ”dən 2 oyuna 31 qol

01:11  “Neftçi” “Qaradağ Lökbatan”la “sülh bağladı”

00:42  “Sabah” Region Liqası klubu ilə qarşılaşacaq

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az