(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Natiq Muxtarlı
Tahir Süleymanov
Etibar Cəbrayıloğlu
Yığmamızın oyununda tanış sima

Yığmamızın oyununda tanış sima

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Kosovo – Azərbaycan matçının baş hakimi Dan Robertsonun kimliyi bəlli olub. 

Futbolinfo.az xəbər verir ki, 31 yaşlı şotlandiyalı referi yığmamızın gənc çalışdırıcısı Rəşad Sadıqov üçün tanış simadı.

Belə ki, böyük britaniyalının yolları ötən mövsümdə iki dəfə müdafiəçinin şərəfini qoruduğu “Qarabağ”la kəsişib. Düzdü, Robertson həmin qarşılaşmalarda baş hakim olmayıb, amma briqadada yer alıb.

2016-cı il iyulun 20-də Lüksemburqda “Düdelanj”la “Qarabağ” arasında II təsnifat mərhələsinin cavab oyununda Kevin Klansi baş hakim, Donald isə dördüncü hakim olub. Reynaldonun qol vurduğu matç 1:1 hesabı ilə nəticələnib və Ağdam klubu mərhələni keçib.

Elə həmin il noyabrın 3-də “Qarabağ”ın PAOK-la Yunanıstandakı görüşündə də ədaləti şotlandiyalılar qoruyub. Con Bitonun baş hakimi olduğu qarşılaşma Avropa Liqasının qrup mərhələsinin IV turuna təsadüf edib. Miçelin qolu ilə 1:0 hesablı qələbə qazanan “Qarabağ”ın həmin uğurunu əlavə köməkçi hakim olan Robertson da izləyib.

2017-ci ildən FİFA dərəcəsi olan britaniyalı baş hakim kimi Azərbaycan komandaları ilə görüşməyib. O, əsasən U-17 və U-19-ların oyunlarına təyinat alıb. Avropa Liqasında cəmi 1 oyun idarə edən referinin U-21 səviyyəsində debütü cari tsiklə təsadüf edib. Robertson Fransanın Qazaxıstanı 4:1 hesabı ilə yendiyi oyunda fit çalıb.

Qeyd edək ki, Kosovo – Azərbaycan oyunu martın 22-də Mitrovitsada keçiriləcək. (Apasport)


 
tarix: 19-03-2018 15:44


 
Xəbər lenti
21.03.2019

02:10   Millimizin rəqibinə 1 qol bəs etdi

00:07   Millimiz Zaqrebdə son məşqə çıxdı - FOTOLAR

00:01   Maksim Medvedev: “Oyun səviyyəmiz nisbətən azdır”

20.03.2019

22:40  Azərbaycan – Litva: Hakim təyinatları açıqlandı

22:17  Nikola Yurçeviç: “13 futbolçu arasından seçim edəcəm”

21:22  Luka Modriç: “Azərbaycanı tam ciddiyə alırıq”

21:13  Daliç: “Azərbaycanın necə oynayacağını maraqla gözləyirik”

20:35  “Heç-heçəni qələbəyə bərabər hesab etmək olar”

20:10  Azərbaycan millisi ilk oyunda Rusiya ilə heç-heçəyə razılaşdı

19:15  Premyer Liqa klubunun baş məşqçisinə cəza

17:51  Patonun yeni klubu məlum oldu

16:07  Belçika millisində ciddi itki

15:12  Yurçeviç üçün daha iki köməkçi

14:25  Abramoviç “Çelsi”yə qiymət qoydu: 2,5 milyard!

13:17  “Səbail”in futbolçusu əfsanələrin oyununa dəvət aldı

12:32  Futbol tarixinin ən yaxşı 50 baş məşqçisi

11:31  Bundesliqa klubu yeni baş məşqçisini açıqladı

10:29  “Səbail” 6 futbolçunu qovdu

10:15  ECA, “Morethanfootball” və “Neftçi”

09:09  “Qəbələ”dən 2 oyuna 31 qol

01:11  “Neftçi” “Qaradağ Lökbatan”la “sülh bağladı”

00:42  “Sabah” Region Liqası klubu ilə qarşılaşacaq

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az